Azerbaycanda Parlament Seckileri 2020 - Wikipedia
Azərbaycanda parlament seçkiləri — 9 fevral 2020-ci ildə baş tutan Milli Məclisə VI çağırış seçkiləri. Bundan əlavə, bu seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri olmuşdur.
← 2015 2024 → | ||||
Azərbaycanda parlament seçkiləri | ||||
---|---|---|---|---|
9 fevral 2020 | ||||
Seçici fəallığı | 46,84% | |||
Rəhbər | İlham Əliyev | Sabir Rüstəmxanlı | Fəzail Ağamalı | |
Partiya | Yeni Azərbaycan Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | Ana Vətən Partiyası | |
Tutulan yerlər | 70 | 3 | 1 | |
Dəyişən yerlərin sayı | ▼ 1 | ▲ 1 | ▬ | |
Əvvəlki yerlərin sayı | ||||
Rəhbər | Asim Mollazadə | Elşən Musayev | Qüdrət Həsənquliyev | |
Partiya | Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Azərbaycan Demokratik Maarifçilik Partiyası | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | |
Tutulan yerlər | 1 | 1 | 1 | |
Dəyişən yerlərin sayı | ▬ | ▬ | ▬ | |
Əvvəlki yerlərin sayı | ||||
Rəhbər | Fazil Mustafa | Tahir Kərimli | Sabir Hacıyev | |
Partiya | Böyük Quruluş Partiyası | Vəhdət Partiyası | Vətəndaş Birliyi Partiyası | |
Tutulan yerlər | 1 | 1 | 1 | |
Dəyişən yerlərin sayı | ▬ | ▬ | ▬ | |
Əvvəlki yerlərin sayı | ||||
| ||||
Nəticə | Yeni Azərbaycan Partiyası 70 deputatla birinci partiya olaraq konstitusional çoxluğu əldə etdi. 4 seçki dairəsi üzrə seçki nəticələri ləğv edildi. |
Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.
Seçki sistemi
redaktəAzərbaycan Respublikasının Milli Məclisinin 125 deputatı[q 1] 5 il müddətinə[q 2] təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir[q 3].
Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur[q 4]. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər[q 5].
Hazırlıq işləri
redaktə2019-cu il may ayının 14-də Yeni Azərbaycan Partiyasının Baş Katibi Əli Əhmədov Azərbaycanda Parlament seçkilərinin təyin olunduğu ildə, yəni 2020-ci ildə baş tutacağını bildirdi.
2019-cu il noyabrın 28-i saat 11:00-da Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasının baş tutacağı açıqlandı. Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı və bir saat davam edən iclasın nəticəsində, V çağırış Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsinə dair qərar qəbul olunduğu açıqlandı.
Saat 15:00-da Yeni Azərbaycan Partiyasının Baş Katibi Əli Əhmədov, müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzovun qatılımı ilə mətbuat konfransı baş tutdu.
Azərbaycan Prezidenti İlham Əliyevin 05.12.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi[q 6].
Arxa plan
redaktə2016-cı il 26 sentyabrında keçirilmiş sonuncu referendumla konstitusiyaya bir sıra dəyişikliklər edildi. Həmin dəyişikliklərin arasında prezidentin növbədənkənar seçkilər təyin etmək hüququ da var idi.[q 7] Məhz bunun nəticəsində, prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında növbədənkənar keçirilmişdi. Prezident seçkilərindən sonra parlament seçkilərinin də vaxtından tez keçiriləcəyi ilə bağlı söz-söhbətlər gəzməyə başladı. Bəzi siyasi analitiklər hesab edirdi ki, bunun üçün kifayət qədər səbəblər var. Həmin vaxtlarda parlamentdə 6 yer boş qalmışdı. Belə ki, Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq səlahiyyətinə xitam verilmişdi. Bununla yanaşı, Prezidentin aprelin 23-ü və 24-ü imzaladığı sərəncamlarla 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər vəzifəyə gətirilmişdi.[1] Bundan əlavə, həmin ilin aprelin 15-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev dünyasını dəyişmişdi. Odur ki, konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən bəzi qüvvələrin ali qanunverici orqanda öz təmsilçilərini görmək arzusunda olduqlarını və digər səbəbləri nəzərə aldıqda növbədənkənar parlament seçkilərinin keçirilməsi məqbul görünürdü.
Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov 2018-ci ilin avqustunda azadlığa çıxmasından sonra bu söz-söhbətlər daha da artdı. O bildirirdi ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir və yeni seçkilər keçirilməlidir:
Erkən parlament seçkilərinin nədən vacib olduğunu dünən şifahi dedim. İndi yazılı təkrarlayım. Apreldəki prezident seçkisi indiyədək oynanılan tamaşalardan ən bərbadı idi. Beynəlxalq müşahidəçilərin də bu barədə rəyi həmişəkindən çox daha tənqidi idi. Siyasi tarazlaşdırmanı İlham Əliyev bir üsul kimi qəbul edirsə, yəni ictimai-siyasi prosesin daha gərgin ssenarilərini istəmirsə, ilk addım kimi hamını qane edəcək tərzdə növbədənkənar parlament seçkisi keçirsin. Amma seçki bəzi oliqarxların cibindəki deputatları başqa oliqarxların cibindəki deputatlarla əvəz etməkdən ötrü səhnələnsə, onda heç. Erkən seçki millətin gerçək səsinin Milli Məclisdə təmsil olunması və bu xalq təmsilçilərinin saxta president hakimiyyətilə siyasi dil taparaq dinc demokratik keçidə birgə nail olması üçün vacibdir.[2] |
2019-cu ildə də bu müzakirələr getdikcə güclənirdi. Xüsusilə, prezidentin apardığı struktur islahatlarının parlamentə də təsir edəcəyi hiss olunurdu, lakin iqtidardan bunun əksi reaksiyalar gəlirdi. Baş Nazirin müavini Əli Əhmədov da bu yöndə cümlələr işlədirdi:
Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur.[3] |
Bir neçə ay sonra, daha dəqiq desək noyabrın 28-də sensasion qərar verildi. Belə ki, Yeni Azərbaycan Partiyası prezidentin siyasi kursunu və apardığı islahatları dəstəkləmək məqsədilə parlamentin buraxılmasını və yeni deputatların seçilməsini təklif edib. Həmin gün keçirilən iclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın icra və məhkəmə qollarında islahatlar bu günə kimi aparılıb. İslahatların sistemli olması üçün vacib cəhət odur ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etməlidir.[4]
Dekabrın 2-də əsasən Yeni Azərbaycan Partiyasından olan çoxluq bu təklifi dəstəkləyib və prezidentə bu barədə müraciət ünvanlayıb. Qeyd etmək lazımdır ki, Parlamentin iclasının səlahiyyətli hesab olunması üçün ən azı 83 deputat iştirak etməli və səsvermədə 63 və ya 83 səs çoxluğu ilə qərarlar qəbul edilməlidir.[5] Parlamentdəki partiyalar arasında səs çoxluğu hakim Yeni Azərbaycan Partiyasından olan deputatlarda olduğundan onların istefası təqdirində bu say aşağı düşəcək və sistem işləməyəcəkdi.
Elə həmin gün prezident müraciəti Konstitusiya Məhkəməsinə yönləndirib və dekabrın 4-də məhkəmə təklifin konstitusiyaya uyğun olduğuna qərar verib.
Namizədlər
redaktəSeçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınmışdır, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Xüsusilə, namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Belə ki, partiyanın qərarına tabe olmayan deputatlığa namizədləri dəstəkləməyəcəyini və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra namizədliyini geri götürənlərin sayı 95 nəfərdən 237-yə çatıb.[6] Beləcə, namizədlərin sayı 1325-ə enib.[7][8] Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil edirlər.
Ən çox namizədlə təmsil olunan partiya və siyasi blokları aşağıdadır:
- Yeni Azərbaycan Partiyası — 123 namizəd
- Müsavat Partiyası — 60 namizəd
- Milli Dirçəliş Hərəkatı Partiyası — 33 namizəd
- ReAl Cümhuriyyətçilər İttifaqı — 31 namizəd
- Ümid Partiyası — 21 namizəd
- İslahatlar Naminə Açıq Media Bloku (İNAM)[9] — 21 namizəd[10]
- Ağ Partiya[q 8] — 20 namizəd
- Hərəkət Seçki Bloku — 18 namizəd
- Ana Vətən Partiyası — 14 namizəd
- Azərbaycan Demokrat Partiyası — 10 namizəd
- Azərbaycan Milli İstiqlal Partiyası — 9 namizəd
- Müasir Müsavat Partiyası — 5 namizəd
- Digər partiyalar — Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası.
Seçki kompaniyası
redaktəYeni Azərbaycan Partiyası seçkilərə "Azərbaycanın gələcəyinə səs ver!" və "Daha güclü Azərbaycan naminə!" şüarları ilə qatılmışdır.[11]
Nəticələr
redaktəPartiyalar üzrə
redaktəQanun pozuntuları
redaktəXarici KİV-lər və müstəqil müşahidəçiləri Azərbaycanda Parlament seçkilərində müxtəlif qanun pozuntularını qeydə alıblar:[12][13]
- Müşahidə kameraları skoçlanıb.
- Müşahidəçilər, məşvərətçilər yumruqlanıb, şillələnib, jurnalistlərə təyziq edilib.
- Karusel əməliyyatı keçirilib.
- Seçki kabinələrinə toplu şəkildə girilib.
- Topa bülleten atılıb.
- Ölülər səs veriblər.
- Bəzi seçki məntəqələrində işiqlar kəsilib.
- Hərbçilər kütləvi şəkildə karuselə qurşanıb.
- Bəzi seçicilərin əvəzinə səs verilib.
- Müəllimələr, hakimlər, JEK işçiləri, dövlət qulluqçuları ümumi şəkildə saxtakarlıqda iştiraka cəlb edilib.
- Bəzi məntəqələrdə şəffaf olmayan qutular qoyulub.
2020-ci il yanvarın 13-də Mərkəzi Seçki Komissiyası Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qalib elan olunduğu dairələrdə nəticələri ləğv edib.[14]
Ümumilikdə 328 seçki məntəqəsində nəticələri ləğv edilib.[15]
Nəticələri ləğv olunan seçki dairələri
redaktə- 80 saylı İmişli-Beyləqan seçki dairəsi
- 74 saylı Lənkəran kənd seçki dairəsi
- 35 saylı Xətai üçüncü seçki dairəsi
- 33 saylı Xətai birinci seçki dairəsi[16]
Qeydlər
redaktə- ↑ Azərbaycan Respublikasının Konstitusiyası Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine, maddə 82
- ↑ Azərbaycan Respublikasının Konstitusiyası Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine, maddə 84
- ↑ Azərbaycan Respublikasının Konstitusiyası Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine, maddə 83
- ↑ Azərbaycan Respublikasının Seçki Məcəlləsi Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine, maddə 12.1
- ↑ Azərbaycan Respublikasının Konstitusiyası Arxivləşdirilib 2020-05-29 at the Wayback Machine, maddə 56
- ↑ "Arxivlənmiş surət". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
- ↑ "Referendum Aktı" (PDF). 2022-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-04.
- ↑ Ağ Partiyanın rəsmi-hüquqi adı "Vahid Azərbaycan Partiyası"dır.[1] Arxivləşdirilib 2016-08-01 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Son 2 ildə deputatlıqdan yüksək vəzifəyə gedənlər". azvision.az. 7 dekabr 2019. 2019-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
- ↑ "İ.Məmmədovun facebook statusu". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "Azərbaycanda növbədənkənar seçkilər keçirilə bilərmi?". BBC Azərbaycanca. 11 iyul 2019. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
- ↑ "YAP Siyasi Şurasından sensasion qərar – Parlament buraxılır". vipmedia.info. 28 noyabr 2019. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi: Birinci fəsil". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-04.
- ↑ "Deputatlığa namizədlər və namzədliyini geri götürənlər". Amerikanın səsi. 26 yanvar 2020. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ Ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub Arxivləşdirilib 2020-02-07 at the Wayback Machine, secki-2020.az
- ↑ "Ən çox və ən az – Deputatlığa namizədlərlə bağlı yeni məlumat". Sputnik Azərbaycan. 1 fevral 2020. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
- ↑ "İslahatlar Naminə Açıq Media Bloku — İNAM yaradıldı". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
- ↑ "İslahatlar Naminə Açıq Media Bloku: Namizəd jurnalistlər birlik yaratdı — FOTO". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-06.
- ↑ "YAP-ın seçki şüarı - FOTO". ikisahil.az (az.). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ "Təcili yardım maşınıyla seçkiyə gedənlər". www.azadliq.org. www.azadliq.org. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2020.
- ↑ "Azerbaijani Voters Head To Polls In Snap Elections Called By Longtime Ruler Aliyev". www.rferl.org. www.rferl.org. 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2020.
- ↑ "Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilib". www.azadliq.org. www.azadliq.org. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2020.
- ↑ "MSK: ÜMUMİLİKDƏ 328 SEÇKİ MƏNTƏQƏSİNDƏ NƏTİCƏLƏR LƏĞV EDİLİB". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-07.
- ↑ "Nəticələri ləğv edilən dairələrin tam siyahısı". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.