Behram Agayev - Wikipedia
Ağayev Bəhram Cəfər oğlu (1884, Sərab, Şərqi Azərbaycan ostanı – 7 noyabr 1956) — peşəkar inqilabçı, İranda Məşrutə inqilabı və 1-ci Rusiya inqilabının iştirakçısı , "Ədalət" təşkilatının yaradıçılarından biri və MK-nın sədri. RSDFP-nın üzvü.
Bəhram Ağayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 1956 |
Dəfn yeri | |
Partiya |
Həyatı
redaktə"Ədalət" təşkilatının yaradıçılarından biri olan Ağayev Bəhram Cəfər oğlu 1884-cü ildə İranda anadan olmuşdur.
1904-cü ildən Sov.İKP üzvü. 1903-cü ildə inqilabi hərəkata qoşulmuş, Bakı proletariatının 1904 il dekabr ümumi tətilində, 1905–07 illər inqilabında iştirak etmişdir. 1905–11 illər İran inqilabının iştirakçılarından idi. Bakı Sovetinin (1917), RK(b)P BK-nın üzvü olmuşdur. 1918 ildən "Ədalət"-in sədri seçilmişdi. Gilan inqilabının iştirakçısı idi. AK(b)P MNK Rəyasət hey'əti və Azərbaycan SSR MİK üzvü seçilmişdir. Lenin ordeni ilə təltif edilmişdir.. 937-ci ildə Mircəfər Bağırov digərləri kimi onu da sürgün etdirib. "Xalq düşməni" adı ilə 18 il Sibirdə sürgün edilmişdir. 1953 martın 16 bəraat verilmişdir.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
- ↑ "Arxivlənmiş surət". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-11.