Bas Nazir - Wikipedia
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı.
İcraedici hakimiyyət |
---|
Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır.
Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır.
Tarixi
redaktəBaş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi.
Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi. Bu vəzifələrin yaranma tarixi tam öyrənilməyib.
Azərbaycan Respublikasının Baş naziri
redaktəAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən
Azərbaycan Respublikasının Prezidenti:
...4. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir |
Konstitusiyanın 115-ci maddəsinə əsasən:
... Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. |
Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası
redaktəKonstitusiyanın 118-ci maddəsinə əsasən:
I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
...III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. |
2016-cı ildə referendumla edilən əlavə və düzəlişlərə əsasən Konstitusiyanın 121-ci maddəsində bunlar nəzərdə tutulub:
Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. |
Azərbaycan Respublikasının Konstitusiyasının 123-cü maddəsinə əsasən Baş nazir toxunulmazdır. Bu toxunulmazlıq hətta səlahiyyət müddəti bitsə belə, Baş nazirin müstəsna hüququdur. Baş nazir səlahiyyəti müddətində gömrük məntəqələrində, postlarda müayinə edilmədən keçmək hüquna malikdir. Baş nazirin şəxsiyyəti toxunulmazdır. Səlahiyyəti müddətində cinayət başında yaxalanma halları istisna olmaqla tutula, saxlanıla, şəxsi müayinə edilə, axtarışa məruz qala bilməz, məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Cinayət başında yaxalanarsa, ilk növbədə onu yaxalayan Baş Prokurora məlumat verməlidir. Yalnız bundan sonra Baş Prokurorun təqdimatı əsasında Azərbaycan Resbuplikası Prezidenti tərəfindən Baş nazirin toxunulmazlığına xitam verilir.
De-yure olaraq Baş nazir ölkədə AR Prezidentindən və vitse-prezidentərindən sonra dövlətin ən səlahiyyətli şəxsidir. Belə ki,prezident öz vəzifəsini icra edə bilmədikdə, fəaliyyət qabiliyyətini itirdikdə ilk olaraq birinci vitse-prezident, o olmadıqda sonrakı vitse-prezidentlər, o da olmadıqda prezident səlahiyyətlərini Baş nazir icra edir.
Mənbə
redaktə- Azərbaycan Respublikasının Konstitusiyası.
- Samuel E. Finer. The History of Government from the Ear liest Times (история правительства с древнейших времён), в 3-х тт. Oxford University Press: Оксфорд, 1997 и 1999.[1]