Babek Film 1979 - Wikipedia
Babek Film 1979 - Wikipedia - Haqqında Məlumat
Babək tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır.[1] Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər.
Babək | |
---|---|
Janr |
tarixi döyüş bioqrafik müharibə |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri | Ənvər Məmmədxanlı |
Baş rollarda |
Rasim Balayev Həsənağa Turabov Amaliya Pənahova Tamara Yandiyeva Şahmar Ələkbərov Məmməd Verdiyev Hamid Azayev Ənvər Həsənov |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçılar |
"Azərbaycanfilm" kinostudiyası "Mosfilm" kinostudiyası |
İlk baxış tarixi | 16 yanvar 1980 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 128 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1979 |
Texniki məlumatlar |
2 seriyalı 14 hissə 3756 metr genişekranlı I seriya: 7 hissə, 1974 metr II seriya: 7 hissə, 1782 metr |
Rəng | rəngli |
IMDb | ID0078816 |
Məzmun
redaktəFilm Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.[2][3]
Film haqqında
redaktə- Filmə Rusiya SFSR 650 min, Azərbaycan SSR isə 1 milyon rubl ayırmışdır.
- Film 1-ci kateqoriya almışdır.
- Filmin bir il ərzində 35 milyon tamaşaçısı olub.
- Film 60-a yaxın ölkə tərəfindən alınmışdır.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Ənvər Məmmədxanlı
- Rejissor: Eldar Quliyev
- Operator: Rasim İsmayılov
- Rəssam: Mayis Ağabəyov
- Bəstəkar: Polad Bülbüloğlu
Rollarda
redaktə- Rasim Balayev — Babək əl-Xürrəmi
- Həsənağa Turabov — Afşin
- Amaliya Pənahova — Zərnisə
- Tamara Yandiyeva — Pərvin
- Şahmar Ələkbərov — Cavidan
- Məmməd Verdiyev — Buğday
- Hamid Azayev — Əzrək
- Ənvər Həsənov — Tərxan
- Hamlet Xanızadə – Xəlifə Mötəsim
- Hacımurad Yegizarov – Xəlifə Məmun
- Səməndər Rzayev – İbn Bəis
- Hacı Xəlilov – İbn Boyat
- Ramiz Məlikov – Səhl ibn Sumbat
- Eldəniz Rəsulov – Azin
- Muxtar Maniyev – İbn Muaz
- Əliabbas Qədirov – Fəzl
- Bahadur Əliyev – Divdad
- Mikayıl Mirzə – minbaşı
- Yaşar Məmmədov – Əbu İmran
- Gündüz Abbasov – Pərvinin atası
- Elxan Əhədzadə — igid Baxsis
- Gümrah Rəhimov — yaraqlı
- Süleyman Ələsgərov (aktyor) - Xürrəmili
- Əli Zeynalov - Xəlifə Məmunun adamı
Filmi səsləndirənlər
redaktə- Həsən Məmmədov — Xəlifə Məmun (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur)
- Tariyel Qasımov — Tərxan (Ənvər Həsənov) (titrlərdə yoxdur)
- Həsən Əbluc — igid Baxsis (Elxan Əhədzadə) (titrlərdə yoxdur)
- Xalidə Quliyeva — Pərvin (Tamara Yandiyeva) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Buğday (Məhəmməd Verdizadə) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — Pərvinin atası (Gündüz Abbasov) (titrlərdə yoxdur)
- Elxan Ağahüseynoğlu — yaraqlı (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Əzrək (Hamid Azayev) (titrlərdə yoxdur)
- Əli Zeynalov — mətni oxuyan (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ "Babək" Belarus telekanalında nümayiş etdirilib: [Eldar Quliyevin quruluşunda] //Mədəniyyət.- 2015.- 7 avqust.- S.2.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.101.
Mənbə
redaktə- B. Nəbiyev. "Babək". "Kommunist" qəzeti. 22 may 1980-ci il.
- "Bakı" qəzeti. 3 may 1981-ci il.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 34; 154; 222.
- Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı: 1999, səh. 58.
- "Mən və sən" qəzeti. 10 dekabr 1999-cu il.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 196–201; 268; 271.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax
redaktəVikisitatda Babək (film) ilə əlaqədar sitatlar var.