Baki Ictimai Teskilatlar Surasi - Wikipedia
Bakı İctimai Təşkilatlar Şurası — Fevral inqilabından (1917) sonra Bakıda yaradılmış yerli hakimiyyət orqanı[1].
Bakı İctimai Təşkilatlar Şurası | |
---|---|
Ümumi məlumatlar | |
Növü | bələdiyyə |
İdarə heyəti | |
İcraiyyə Komitəsinin Sədri |
Luka Bıç 5 mart 1917 tarixindən |
Qeydlər | |
5 mart 1917 tarixindən 22 noyabr 1918 tarixinədək fəaliyyət göstərmişdir. |
Tarixi
redaktəBakı İctimai Təşkilatlar Şurası 1917-ci il martın 5-nə keçən gecə Bakıda təşkil olunmuşdu. Yerli hakimiyyət orqanı olaraq, müvəqqəti hökumətə etimad göstərmişdi. Tərkibinə Fəhlə Deputatları Sovetlərinin, Bakı Şəhər Dumasının və müxtəlif ictimai təşkilatların nümayəndələri daxil idilər. İcraiyyə Komitəsinin sədri Luka Bıç, üzvlərinin əksəriyyəti qeyri-müsəlman millətlərin nümayəndələri idilər. Komitədə azərbaycanlı əhalini Məmmədhəsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə təmsil edirdilər.
Milli neft sənayeçiləri komitəyə maddi yardım göstərirdilər. Rusiyada oktyabr çevrilişi nəticəsində bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Bakı Fəhlə və Əsgər Deputatları Sovetində əsas vəzifələrə yiyələnən bolşeviklər sovetin təkhakimiyyətliliyinə nail olmaq üçün digər siyasi hakimiyyət strukturlarının, o cümlədən İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvinə çalışırdılar. Bakı Sovetinin bolşeviklərdən ibarət İcraiyyə Komitəsi 1917 il noyabrın 13-də iclas keçirərək, İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvi haqqında elan vermək barədə qərar qəbul etdi. Qərara görə, İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri vəzifəsinə Stepan Şaumyan seçilməli və o, komitəni ləğv etməli idi.
Komitə 1917-ci il noyabrın 17-də özünü ləğvi barədə qərar çıxardı və noyabrın 22-də Bakı İctimai Təşkilatlar Şurası buraxıldı.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
- Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917–1918-ci illər, B., 1960.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, 2004. səh 236.