Memmedhesen Hacinski - Wikipedia
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (3 (15) mart 1875, Bakı – 9 fevral 1931, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının müvəqqəti və son sədri, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər, maliyyə, xarici işlər naziri, dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin ticarət və sənaye naziri, Bakı Şəhər Dumasının üzvü.
Məmmədhəsən Hacınski | |
---|---|
1923 – 1931 | |
Sonrakı | Heydər Vəzirov |
1 aprel 1920 – 27 aprel 1920 | |
Əvvəlki | Nəsib bəy Yusifbəyli |
Sonrakı | vəzifə ləğv olundu |
18 fevral 1920 – 30 mart 1920 | |
Hökumət | II Yusifbəyli hökuməti |
Əvvəlki | Xudadat bəy Məlik-Aslanov |
Sonrakı | vəzifə ləğv olundu |
24 dekabr 1919 – 18 fevral 1920 | |
Hökumət | II Yusifbəyli hökuməti |
Əvvəlki | Məmmədhəsən Hacınski (özü) |
Sonrakı | Mustafa bəy Vəkilov |
Oktyabr 1919 – 22 dekabr 1919 | |
Hökumət | I Yusifbəyli hökuməti |
Əvvəlki | Nəsib bəy Yusifbəyli |
Sonrakı | Məmmədhəsən Hacınski (özü) |
26 dekabr 1918 – 16 yanvar 1919 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | vəzifə ləğv edilib |
Sonrakı | Nəriman bəy Nərimanbəyli |
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
6 oktyabr 1918 – 7 dekabr 1918 | |
Hökumət | II Xoyski hökuməti |
Əvvəlki | Əbdüləli bəy Əmircanov |
Sonrakı | İvan Protasov |
28 may 1918 – 6 oktyabr 1918 | |
Hökumət | II Xoyski hökuməti I Xoyski hökuməti |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əlimərdan bəy Topçubaşov |
7 dekabr 1918 – 27 aprel 1918 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
27 may 1919 – 7 dekabr 1919 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər qrupu |
22 aprel 1918 – 26 may 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
Zaqafqaziya Komissarlığı ticarət və sənaye komissarının müavini | |
11 noyabr 1917 – Yanvar 1918 | |
Komissar | Məmməd Yusif Cəfərov |
Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədr müavini | |
12 iyul 1917 – 28 may 1918 | |
Sədr | Əlimərdan bəy Topçubaşov |
Əvvəlki | Məhəmməd Əmin Rəsulzadə |
Sonrakı | vəzifə ləğv edilib |
Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri | |
29 mart 1917 – 12 iyul 1917 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əlimərdan bəy Topçubaşov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) mart 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 9 fevral 1931 (55 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı real məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir.
1908-ci ildə Bakıya qayıdaraq, tikinti işlərində, müəllifi Nikolay fon der Nonne olan baş şəhərsalma planı təkmilləşdirilməsində iştirak etmişdir. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin nəcibləşdirməsi barədə kitab nəşr olunur.
Çar Rusiyası dövrü
redaktə1913-cü ildə Bakı Şəhər İdarəsinə rəhbərlik edirdi. O, Şirvanşahlar Sarayına xüsusi diqqət yetirirdi, sarayın bərpası və qorunması haqqında tez-tez təkliflər irəli sürürdü. Hacınskinin təşəbbüsü ilə Ömər Abuyev və Zivər bəy Əhmədbəyov sarayın gələcək bərpası üçün elmi-tədqiqat işləri aparmışdılar. 1902–1917-də Bakı Şəhər Dumasının üzvü olmuşdur. Hümmət və müsəlmanlar arasında savadlılığı yayan "Nəşri-maarif" cəmiyyətinin yaradıcılarından biri idi, "Nicat" müsəlman maarif cəmiyyəti və Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin Mərkəzi Komitəsinin rəhbərliyində çalışmışdı.
1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayını açıq elan edib, fəal iştirak etmişdi. Həmin ilin mayında müsəlmanlarının Moskva qurultayında da iştirak etmişdir.
Keçid dövrü
redaktəZaqafqaziya Komissarlığının ticarət və sənaye komissarının müavini (Məmməd Yusif Cəfərovun müavini) vəzifəsində işləmişdir. Müsavat üzvü olaraq Zaqafqaziya Seyminin üzvü seçilmişdir. Osmanlı imperiyası ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü idi. Trabzon konfransında iştirak edərkən, Seymin danışıqların dayandırılması qərarını şikayət edib, bunu sülhün pozulması cəhdi kimi qiymətləndirmişdi və bunu tarixdə görünməmiş təxribat adlandırmışdı.
Hacınskinin məsləhəti ilə, Akaki Çxenkeli danışıqları kəsmədi. Hacınski də daxil olmaqla, nümayəndə heyətinin bir neçə üzvü Trabzonda qaldı. Hacınski Ənvər paşa ilə söhbətdə Osmanlı imperiyasının Cənubi Qafqazda apardığı siyasəti təhlil etmişdir. Hacınskinin sayəsində Osmanlı imperiyası sülh təşəbbüsü ilə çıxış etməyə başladı.
Zaqafqaziya Demokratik Federativ Respublikası dövründə Məmmədhəsən Hacınski ticarət və sənaye naziri idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
redaktəBatum konfransında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən Zaqafqaziya Seyminin altı əsas nümayəndəsindən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Müsavat və demokratik bitərəflər qrupundan üzvü, həmçinin İstiqlal Bəyannaməsini imzalayan 26 şəxsdən biri olmuşdur.
I Xoyski hökuməti
redaktəMəmmədhəsən Hacınski I Xoyski hökumətində ilk xarici işlər naziri təyin olunmuşdur. Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı Batum müqaviləsini Hacınski də imzalamışdır. 1918-ci il iyunun 14-də Hacınski Gürcüstan hökumətindən Borçalı qəzasından qoşunlarını dərhal çıxarılmasını tələb edib etiraz notası göndərmişdi. Hacınski Gürcüstan və Ermənistan hökumətlərinə Cənubi Qafqaz respublikalarının sərhədlərinin dəqiqləşdirilməsi üçün birgə komissiyanın yaradılmasını təklif etmişdi.
II Xoyski hökuməti
redaktəMəmmədhəsən Hacınski II Xoyski hökumətində də xarici işlər naziri vəzifəsini tuturdu. 1918-ci il oktyabrın 6-da kabinə daxili dəyişikliklər zamanı Məmmədhəsən Hacınski maliyyə naziri vəzifəsinə təyin olunur.
1918-ci ilin 15 – 17 noyabr tarixləri arasında Məhəmmədhəsən Hacınski xəstə olduğu üçün vəzifələri müvvəqəti olaraq Əbdüləli bəy Əmircanov tərəfindən icra olunub.
1918-ci il noyabrın 28-də o, Dağlılar Respublikası ilə müqavilə bağlayır, müqaviləyə əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Dağlılar Respublikasına 10 milyon rubl məbləğində faizsiz kredit verir.
III Xoyski hökuməti
redaktəMəmmədhəsən Hacınski III Xoyski hökumətində dövlət nəzarəti naziri təyin olunur. O, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Hacınski Paris konfransında Topçubaşov rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində idi, konfrans iştirakçılarına azərbaycanlıların müstəqillik uğrunda mübarizə, ağır iqtisadi vəziyyət və Azərbaycan Xalq Cümhuriyyətinin zəngin neft yataqları haqqında məlumat vermişdir.
Hacınski Əlimərdan bəy Topçubaşov ilə birgə ABŞ vətəndaşı M. Robinovu Azərbaycan nümayəndə heyətinin maliyyə məsləhətçisinin vəzifəsinə təyin edilməsi barədə əmri imzalamışdır. Hacınski Parisdə Dağlılar Respublikası ilə imzalanmış ikitərəfli müqavilənin müəllifi idi. Konfransdan Bakıya qayıtdıqdan sonra o, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Nəsib bəy Yusifbəyli ilə birlikdə Tiflisə gedir. Dövlət Müdafiə Komitəsinin əmri ilə Hacınski Fətəli xan Xoyski və Məmmədrza ağa Vəkilovla birlikdə Azərbaycanı Azərbaycan-Ermənistan konfransında təmsil edən nümayəndə heyətinin işində iştirak edir. Hacınski konfrans çıxışında bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında sülhə əsas maneə sonuncunun ərazi iddiaları olmasıdı.
I Yusifbəyli hökuməti
redaktə1919-cu il oktyabr ayında I Yusifbəyli hökumətində daxili işlər naziri vəzifəsi Nəsib bəy Yusufbəylidən Hacınskiyə verildi.
II Yusifbəyli hökuməti
redaktəHacınski 24 dekabr 1919-cu ildə II Yusifbəyli hökumətində yenidən daxili işlər naziri təyin olunur, lakin o, 1920-ci il fevralın 18-də bu vəzifədən uzaqlaşdırılaraq müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri vəzifəsinə təyin olunmuş Xudadat bəy Məlik-Aslanovun əvəzinə ticarət, sənaye və ərzaq naziri təyin olunur.
Hacınski hökuməti
redaktəII Yusifbəyli hökumətinin istefası qəbul edildikdən sonra parlament 1920-ci il martın 30-da Hacınskiyə hökumətin formalaşdırılmasını tapşırdı. Hacınski partiyalarla danışıqlar aparıb, bolşeviklərə nazir portfellərini təklif etsə də, onlardan imtina cavabını aldı. Aprelin 22-də Hacınski, parlamentin sədr müavini və sədr əvəzi Məmməd Yusif Cəfərova hökumətin formalaşdırılması mümkün olmadığını haqda məlumat verdi.
Sovet dövrü
redaktəSovet rejimi bərqərar olduqdan sonra müəyyən müddət Azərbaycan SSR Dövlət Plan Komitəsində çalışan Hacınski, 1923-cü ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Dövlət Plan Komitəsinin sədr müavini təyin olunur.
1924-cü ildə Bakıda Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş Sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, Müsavat və İttihad partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı. mərkəz öz fəaliyyətində Parisdə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi "Qafqaz Siyasi Mühacirlərinin Birləşmiş Komitəsi" və Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Müsavatın İstanbul bürosunun siyasi məramnamələrini rəhbər tutmuşdur.[1].
1928-ci ilin əvvəllərində Parisdəki siyasi mühacir mərkəzlərinin göstərişi əsasında yaradılmış Qafqazın Müstəqilliyi Komitəsinin analoji forması kimi Zaqafqaziya Birləşmiş Komitəsi yaradıldı. Komitəyə Azərbaycandan Məmmədhəsən Hacınski, Məhəmməd Xəlilov və Cəfər bəy Rüstəmbəyov, Gürcüstandan Çiçinadze və Alşibay, Ermənistandan isə Ter Qazaryan və İ. Arutyunov daxil idilər.
1931-ci il sentyabrın 30-da Azərbaycan SSR Dövlət Siyasi İdarəsi kollegiyasının məhkəmə iclasında, 1932-ci il fevralın 2-də isə Tiflisdə Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmədə "Azərbaycan Milli Mərkəzinin işi"nə baxılmış, onun fəaliyyətinə son qoyulmuş, üzvləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum olunmuşlar.[1]
Partiya fəaliyyəti
redaktə1904-cü ilin axırlarında Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı.[2] Məhəmmədhəsən Hacınski də bu təşkilatın sıralarına daxil olmuşdu.
Müsavat Partiyasının ilk üzvlərindən biri idi. Müsavat Partiyasının ikinci qurultayında Məmməd Həsən Hacınski partiyanın siyasət komissiyasına və Mərkəzi Komitəsinə yenidən seçilmişdir.
22 aprel 1920-ci ildə Hacınski Müsavat Partiyasını tərk edir və Azərbaycan Kommunist Partiyasının üzvü olur. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Hacınski Azərbaycan şəhərlərinin abadlaşdırılması ilə məşğul olur. 1930-cu il dekabrın 3-də Lavrenti Beriyanın əmri ilə Məmməd Həsən Hacınski həbs edilir. Həbsxanada Hacınski vərəmə yolxulur. İstintaq sənədlərinə görə, Hacınski işgəncələrə dözməyərək 1931-ci il fevralın 9-da intihar edir, digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilir.[3] Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.
Repressiya və ölümü
redaktə1930-cu il dekabrın 3-də Lavrenti Beriyanın əmri ilə Məmmədhəsən Hacınski həbs edilir.[3]
Həbsxanada Hacınski vərəmə yolxulur. İstintaq sənədlərinə görə, Hacınski işgəncələrə dözməyərək 1931-ci il fevralın 9-da intihar edir, digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilir.[3]
Məmmədhəsən Hacınski Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.
Xatirəsi
redaktə2016-cı ildə Azərmarka tərəfindən Memarlar İttifaqının 80 illiyi münasibətilə hazırlanan poçt markalarından biri Məmmədhəsən Hacınskiyə həsr olunmuşdur.
Qalereya
redaktə-
Məmmədhəsən Hacınski gənc yaşlarında
-
Bakı Şəhər Dumasının üzvləri 1910-cu il. 2-ci sırada soldan 2-ci Məmmədhəsən Hacınski
-
Batuma göndərilmiş Azərbaycan Heyəti-Mürəxxəsəsinin üzvləri. Soldan 4-cü Məmmədhəsən Hacınski
-
ZDFR və Osmanlı arasında təşkil olunan konfransın iştirakçıları. Öndə soldan 2-ci Hacınski
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il (PDF). Bakı: Adiloğlu. 2006. səh. 216.
- Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti. Bakı. 2008.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 1 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 440. ISBN 9952-417-14-2.
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
- Elşad Qoca. Sibir dərsi. Bakı.
- Musa Qasımlı və E. Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı.
- Cəmil Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti. Bakı. 2009.
- Aydın Dadaşov. Məhəmməd Həsən Hacınski. Bakı. 2004.
- Tadeuş Svetoxovski, Brian C. Collins. Historical dictionary of Azerbaijan Historical dictionary of Azerbaijan (#bad_url). ABŞ: Scarecrow Press. 1999. ISBN 0810835509.
HAJINSKI, MAMMAD HASAN (1875-1931). An engineer by training and one of the founding members of the Himmat Party in 1904. Hajinski was also coeditor of the leftist weekly Takammul (Perfection) that appeared in the years 1907-1907. Following the February 1917 Russian Revolution, Hajinski became the head of the executive committee of the Council of Muslim Public Associations. He was part of the Azeri component of the Transcaucasian delegation of the Trebizond Peace Talks in March 1918, and again at the Batum Peace Conference in May 1918. Following Azerbaijan's declaration of independence from Russia in May 1918, Hajinski became the minister of the interior for the Azerbaijani Democratic Republic. His attempts to preserve Azerbaijan's independence by placating the Bolsheviks led to his dismissal from that post in 1920 and his reassignment as the minister of commerce and industry. The resignation of Nasib bey Yusufbeyli's government in April 1920, gave Hajinksi the opportunity to form a cabinet more acceptable to Moscow and thus avert a Red Army invasion of Azerbaijan. However, his efforts were too late, and on April 28, 1920, the Democratic Republic was overthrown by the Bolsheviks.
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 186. ISBN 9952-417-14-2.
- ↑ "Azərbaycan Milli qurtuluş hərəkatının böyük ideoloqu". 2011-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-30.
- ↑ 1 2 3 "Təslim dövrünün baş nazirinin məhbəsdə bitən ömrü — ARAŞDIRMA — FOTO Arxivləşdirilib 2017-08-03 at the Wayback Machine" Lent