Baki Demir Yolu Vagzali - Wikipedia
Bakı Dəmiryolu vağzalı — Azərbaycanın paytaxtı Bakı şəhərində sərnişin qatarlarını qəbul edən dalan tipli dəmiryolu stansiyası. Əsası 1880-ci ildə qoyulmuş bu stansiya Tiflis vağzalı kimi də tanınır.
Bakı azərb. Bakı Dəmiryol Stansiyası | |
Poti-Bakı Dəmiryolu Bakı-Yalama Dəmiryolu Bakı şəhərətrafı dəmir yolu | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Memarı | Xrisanf Vasilyev |
Memarlığı | Mavritaniya stili |
Mühəndisi | prof. Bruni |
Tikilmə ili | 1880[1][2] |
İstismar ili | 1.883 |
Elektrikləşdirilməsi | 1.926 |
Sahibi | ADY QSC |
Operatoru | ADY QSC |
Platforma sayı | 5 |
Yol sayı | 8 |
Təkər oxu | 1.520 mm |
Şpalları | Beton |
Vəziyyəti | Tam işlək |
Kodu: | 54 71 12 |
Bakı Vikianbarda |
Tarixi
redaktəVağzalın ilk binası Bakı-Tbilisi dəmiryolu xəttinin istismara verilməsi ilə bir tarixə, 1880-ci ilə təsadüf edir. 1926-cı ildə elektrikləşdirilmiş Bakı — Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərilməsi üçün ikinci vağzal kompleksi-Sabunçu Vağzalı layihələndirilmiş və tikilmişdir. Binanın memarlığı da Şərq üslubunda işlənmişdir. 1967-ci ildə Sabunçu vağzalının binasına metronun "28 May" stansiyasının yeni tikilmiş girişinin binası qoşulub. 1977-ci ildə stansiya böyük yenidənqurma işlərinə məruz qaldı və burada köhnə vağzal binasına sıx bağlanan yeni müasir vağzal binası tikildi.
2024-cü ilin noyabrında "Azərbaycan Dəmir Yolları" QSC tarixi vağzal binasının qarşısındakı meydanın yenidən qurulması və tarixi görkəminin qaytarılması istiqamətində işlərin başa çatdığını elan edib.[3]
Xətt
redaktəSitatlar
redaktə
|
Bakı Dəmiryol Stansiyası 1977-ci ilə qədər iki vağzal kompleksinin, 1883-cü ildə Bakı-Tbilisi xəttinin üzərində inşa edilmiş köhnə "Tiflis vağzalı" ilə 1926-cı ildə şəhərətrafı elektrik qatarları üçün tikilmiş "Sabunçu vağzalı" arasında yerləşirdi.
Hərəkət cədvəli
redaktəQatarın №-si | Hərəkət istiqaməti | Qatarın №-si | Hərəkət istiqaməti |
---|---|---|---|
37 | Bakı — Tbilisi | 38 | Tbilisi — Bakı |
55 | Bakı — Moskva | 56 | Moskva — Bakı |
95 | Bakı — Moskva | 96 | Moskva — Bakı |
369 | Bakı — Xarkov | 370 | Xarkov — Bakı |
373 | Bakı — Tümen | 374 | Tümen — Bakı |
391 | Bakı — Rostov | 392 | Rostov — Bakı |
Stansiyanın ətrafında
redaktəİstinadlar
redaktə- ↑ «Стальной магистрали Азербайджана 100 лет» З. А. Зейналов, Баку, 1980
- ↑ Железнодорожные станции СССР. Справочник. — М.: Транспорт, 1981
- ↑ "Azərbaycanda 140 yaşlı tarixi vağzalın qarşısındakı meydan indi belə görünür" (az.). publika.az. 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-12.
- ↑ "Жюль Верн. Клодиус Бомбарнак". 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-16.