Bakubus Mmc - Wikipedia
"Bakubus" MMC — 03 aprel 2014 tarixində yaranmış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC). Nazirlər kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb.[1]
2024-cü il üçün 26 şəhərdaxili, 19 şəhərətrafı marşrut xətti mövcuddur.[2][3][4] Bu xətlərdə BMC şirkətinin Procity 12 m CNG, Procity 18 m CNG və Neocity 9 m CNG model avtobusları fəaliyyət göstərir. H1 (Hava Limanı Ekspress), 594 və 595 nömrəli marşrutlarda Neoplan markalı avtobuslar istifadə olunur.[5][6]
2018-ci il məlumatına görə, Bakıda yalnız "Bakubus"a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.[7]
-
BakuBus avtobusu Şərifzadə küçəsində
-
BakuBus Iveco Urbanway
-
BakuBusa məxsus BMC Procity markalı avtobus Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "BŞİH-nin tabeliyində "BakuBus" MMC yaradılır". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- ↑ "Marşrut şəbəkəsi - Bakubus".
- ↑ "AYNA daha iki marşrut üzrə müasir avtobuslar istifadəyə verir".
- ↑ "Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir, daha bir yeni marşrut xətti istifadəyə verilir".
- ↑ ""20 Yanvar" metrostansiyasından Sumqayıta marşrut açılır".
- ↑ "Sumqayıt və Bakı arasında ekspress avtobuslar fəaliyyətə başlayır".
- ↑ "DİQQƏT! Bu avtobuslar xətdən yığışdırılacaq". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.