Baster Kiton - Wikipedia
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[1][2][…] – 1 fevral 1966[1][3][…], Vudlend-Hillz[d], Kaliforniya[5][6]) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı.
Baster Kiton | |
---|---|
ing. Buster Keaton | |
Doğum adı | Joseph Frank Keaton[4] |
Doğum tarixi | 4 oktyabr 1895[1][2][…] |
Vəfat tarixi | 1 fevral 1966[1][3][…] (70 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Uşaqları | 2 |
Fəaliyyəti | komediyaçı, film prodüseri, yazıçı, montajçı[d], hərbi qulluqçu, kaskadyor, televiziya aktyoru, teatr aktyoru, kinorejissor, aktyor, prodüser, kino aktyoru, zabit, rejissor, ssenarist |
Fəaliyyət illəri | 1917–1966 |
Boyu | 165 sm |
IMDb | ID0000036 |
busterkeaton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəKitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır.
Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster 6 aylığında pilləkandan yıxılaraq ağlamağa başlayır. Yıxılanın yanında olan Hudini onu qaldıraraq belə demişdir : "İlahi, bu nə yıxılma idi" (OMG, what a buster). Sonra balaca Kiton bir neçə yanğın və dəmiryolu qəzası keçirməsinə baxmayaraq, xoşbəxtlikdən sağ qala bilmişdi. Bundan sonra o şəhadət barmağı ilə oynağını bərk əzmiş, sonra başına kərpic düşmüş və ən nəhayət qasırğa qurbanı olmuşdur. Qasırğa zamanı hava qıfı uşağı özü ilə yuxarı mərtəbəli evdən apararaq bir küçədə yerə endirmişdir. Valideynləri uşağın səhnədə, yəni onların yanında təhlükəsiz olduğunu anlayaraq onu özləri ilə aparırlar.
3 yaşından Baster valideynləri ilə səhnədə çıxış etməyə başlamışdır. Kitonların teatrı çoxlu qastrollarda olurdu. Kitonlar ailəsi ancaq uşaq əməyinə görə məsuliyyətə cəlb olunmayan yerlərdə qastrollarda olurdular. Uşağın istedadı hamıya məlum idi. Tamaşaçılar ilk dəfə səhnəyə Böyük Kitonla yanaşı onun dizi boyda olan Balaca Kitonun çıxmasını görəndə həddindən çox gülmüşdülər. Çünki Baster atasının geyindiyi parik və paltarları geyinmiş, onun hərəkətlərini yamsılayırdı. 2 ildən sonra onun atası səhnəyə yeni nömrə qoyur. Basterin valideynləri bir-birinə əşyalar atmaqla ailə mübahisələrini səhnədə nümayiş etdirirdilər. Sonda isə bir-birlərinə öz oğullarını atırdılar. Hər dəfə oğlan gurultu ilə yerə dəyir, yerindən duraraq gülüşsüz şəkildə tamaşaçılardan bu cür üzr istəyirdi: "Bağışlayın, mən yıxıldım". Atası ona səhnədə gülməyi qadağan etmişdi. "3 Kiton" şousu möhtəşəm şöhrət qazanmışdı. Basteri heç kimin şübhə etmədiyi böyük gələcək gözləyirdi.
Maraqlı faktlar
redaktəKitonun təxəllüslərindən biri "Daş sifətli insan" və ya "Gülüşsüz komik" idi. Onun bacarığı ekranda ən absurd situasiyaları oynayarkən sifətinin ifadəsini dəyişməmək idi.
Nyu-York qanunlarına görə, 7 yaşından az olan uşaqlar səhnəyə buraxılmırdı. Kitonun 5 yaşı olanda Toni Pastor Basterin artıq 7 yaşı olduğuna and içmişdi.
Uşaqların müdafiəçiləri ilə pis hadisədən qaçmaq üçün, bəzi teatrların menecerləri Kitonu karlik kimi reklam edirlər.
Filmoqrafiya
redaktəSsenarist
redaktə1935 — Operada gecə
Rejissor
redaktə1938 — N şəhərində həyat
1946 — Evlənmək asandır
1932 — Hollivud handikanı
Aktyor
redaktə1920 — Balda
1917 — Koni adası
1936 — Kimyaçı
1939 — Qərbdən olan taun
1940 — Yeni Ay
1950 — Sanset bulvarı
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Buster Keaton // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 http://www.aveleyman.com/ActorCredit.aspx?ActorID=9166.
- ↑ Mythbusting.
- ↑ 1 2 http://projects.latimes.com/hollywood/star-walk/location/woodland-hills/.
- ↑ 1 2 Encyclopedia of the Great Plains (ing.).