Batay Jorj - Wikipedia
Batay Jorj (10 sentyabr 1897[1][2][…] – 9 iyul 1962[1][2][…], Paris[3]) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi.
Batay Jorj | |
---|---|
fr. Georges Bataille | |
Doğum tarixi | 10 sentyabr 1897[1][2][…] |
Vəfat tarixi | 9 iyul 1962[1][2][…] (64 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Ateroskleroz |
Fəaliyyəti | kitabxanaçı, yazıçı, boyakar[d], filosof |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Qitə fəlsəfəsi, İrrasionalizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır.
Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi.
1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu.
1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi. 1935-ci ildə Jak Lakanın təşkil etdiyi bir psixoanalitik tədqiqat qrupunun işində iştirak etdi.
9 iyul 1962-ci il tarixində Parisdə dünyasını dəyişmişdir.
Əsərləri
redaktə- "Ədəbiyyat və şər" ("La litterature et le mal", 1957)
- Batayın ədəbiyyatşünaslıq, "Daxili təcrübə" ("L’experience interieure", 1943),
- "Erosun göz yaşları" ("Les larmes d’Eros", 1961)
Ədəbiyyat
redaktə- Leiris M. A propos de G. Bataille. P., 1988;
- Surya M. G. Bataille: an intellectual biography. L., 2002;
- Fokin S. Filosof-vne-sebə. J. Vatay. SPb., 2002.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Georges Bataille // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Le Monde (fr.). / J. Fenoglio Paris: Société éditrice du Monde, 1944. ISSN 0395-2037; 1284-1250; 2262-4694