Bavariya Gerbi - Wikipedia
Bavariya Gerbi - Wikipedia - Haqqında Məlumat
Bavariya gerbi — tarixi və müasir Bavariya dövlətinin gerbi. Gerbin böyük və kiçik forması mövcuddur. Rəsmi olaraq 5 iyun 1950-ci ildə təsdiq edilmişdir.
Bavariya gerbi | |
---|---|
Versiyalar | |
Detallar | |
Armiger | Bavariya |
Təsis edilib | 5 iyun 1950 |
Tac | Volkskrone |
Vikianbarda əlaqəli mediafayllar |
Mənası
redaktəMüasir gerb 1945-ci ildə Eduard Ege tərəfindən dizayn edilmişdir. Gerbdə 4 rüb var:
- Qızıl şir — Yuxarı Pfalts zonasını təsvir edir.
- Frankoniya dırmığı — Yuxarı Frankoniya, Mərkəzi Frankoniya və Aşağı Frankoniya zonalarını simvolizə edir.
- Göy bəbir — Yuxarı Bavariya və Aşağı Bavariyanın simvoludur.
- Üç şir — tarixi Şvabiya bölgəsini təmsil edir.
- Kiçik qalxan (alm. Herzschild) — Bavariya dövlətini təmsil edir.
- Xalqın tacı (alm. Volkskrone) — Bu tac ilk dəfə gerbdə 1923-cü ildə kral tacının atılmasından sonra xalqın suverenliyini simvolizə etmək üçün əlavə edilib.
Tarixi
redaktəBavariya Şərqi Frank krallığının və Müqəddəs Roma İmperiyasının əsas hersoqluqlarından biri idi. Təxminən səkkiz əsr Bavariyada hökmranlıq edən Vittelsbax sülaləsi, 1242-ci ildən romb tipli gerbi istifadə edirdi, daha sonra ona Pfalz elektoratlığının gerbindəki şir əlavə edildi.
Gerb | Dövlət | İstifadə tarixi | Qeyd |
---|---|---|---|
Bavariya hersoqluğu və Pfalts elektoratlığı | 1623–1806 | Gerbin ortasındakı kürə Bavariya hersoqunun Müqəddəs Roma İmperiyasındakı arxstüardlıq vəzifəsini bildirir. | |
Bavariya krallığı | 1807–1835 | Bavariyanın elektoratlıqdan krallığa yüksəldiyini göstərən tac əlavə edildi. | |
Bavariya krallığı | 1835–1918 | Bavariyanın əsas bölgələrini — Pfalts və Frankoniyanı, həmçinin Burqau markqraflığını və Vittelsbax sülaləsini göstərən simvollar əlavə edildi. |
-
1623-ə qədər
-
1623-1777
-
1777-1799
-
1799-1804
-
1804-1806
-
1806
-
1806-1835
-
1835-1923
-
1923-1950
-
1950-dən bəri