Belarus Metallurgiya Zavodu - Wikipedia
Belarus metallurgiya zavodu (belar. Беларускі металургічны завод; БМЗ) — Belarusun Jlobim şəhərində yerləşən qara metallurgiya zavodu. Müəssisədə ümumilikdə 11 min insan işləyir. Avropada öz təyinatına görə ən böyük müəssisə sayılır. "Belarus metallurgiya şirkəti" holdinqinin idarəedici şirkətidir.
Belarus Metallurgiya Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Sənaye | Metallurgiya |
Məhsulu | polad |
Təsis tarixi | 1984 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı | 11001 (2015-in ikinci rübü)[1] |
Tərəfdaşlar | Mogilyov Metallurgiya Zavodu[5][6] |
Rəhbərlik | |
Rəhbərlik | Domatenko Fyodor Aleksandroviç[2] |
www.belsteel.com |
Təşkilatlanma tarixi
redaktəMetallurgiya zavodu "Voestalpine" (Avstriya) və "Danieli" (İtaliya) və digər şirkətlərin dəstəyi ilə təşkil edilmişdir. Zavodun ilk istehsal gücü illik 700 min ton polad təşkil edirdi. Müəssisə ilk istehsalını 15 oktyabr 1984-cü ildə gerçəkləşdirmişdir. Belarus Metallurgiya Zavodunun ilk direktoru Derojant Levonoviç Akopov olmuşdur.
İstehsal strukturu
redaktəBelarus Metallurgiya Zavodu 4 strukturdan ibarətdir. Bura poladəritmə, prokat, boru və metal məmulatların istehsalı daxildir. Sex infrastrukturu istehsalın əsas özəyini təşkil edir. Boru istehsalı boru-prokat sexində gerçəkləşdirilir.
Müasir vəziyyət
redaktəBelarus Metallurgiya Zavodu Avropa səviyyəli mini zavodlardan təşkil edilmiş Belarusun unikal metallurgiya müəssisəsidir. Artıq üç on illik ərzində uğurla fəaliyyətini davam etdirir. BMZ dövlətin milli sərvəti hesab edilir və yüksək texnoloji istehsalat müəssisələrinin reyestrinə daxil edilmişdir.
Dünya təcrübəsinə arxalanmaq və müasir texnologiyaların tətbiqi Jlobin şəhərində unikal bir istehsalat müəssisəsinin meydana gəlməsinə səbəb olmuşdur.
Məhsulların ixracı
redaktəBMZ – ölkənin iqtisadi təhlükəsizliyinin təminatçısı rolunu oynayır. İstehsal olunan məhsulların 85%-dən çoxu ixrac olunur. Burada istehsal edilən məhsullar dünyanın 50 ölkəsinə ixrac edilir. Burada müxtəlif təyinatlı armatur, boru, fiber və prokat məhsullar istehsal edilir.
2006-cı il islahatı
redaktəBelarus prezidentinin 60 saylı qərarına əsasən[7] müstəqil müəssisə olan "Belarus Metallurgiya Zavodu" respublika unitar müəssisəsi "Belarus Metallurgiya Zavodu" İstehsalat Birliyinin tərkibinə daxil edilmişdir.
2012-ci il islahatı
redaktə2 yanvar 2012-ci ildə "Belarus Metallurgiya Zavodu" respublika unitar müəssisəsi "Belarus Metallurgiya Zavodu" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
24 avust 2012-ci ildən "BMZ" ASC "Belarus metallurgiya şirkəti" holdinqinin idarəedici şirkətidir.
Mənbə
redaktə- Официальный сайт
- Фото архив
- Торговая площадка
- Канал videobelsteeel
- Белорусский металлургический завод признан лучшим в Содружестве Независимых Государств в номинации: «За лучшие в СНГ достижения высоких показателей в выпуске металлопродукции» Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- На БМЗ произвели рекордное количество стали Arxivləşdirilib 2012-06-30 at the Wayback Machine
- БМЗ инвестирует в экологическую программу 22 миллиона евро Arxivləşdirilib 2017-09-21 at the Wayback Machine
- БМЗ приступил к строительству новой известково-обжигательной печи[ölü keçid]
- БМЗ увеличивает инвестиции в безопасность труда Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Итоги деятельности ОАО Arxivləşdirilib 2019-02-08 at the Wayback Machine, Министерство финансов Республики Беларусь
- ↑ "Минский тракторный завод - О компании". 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- ↑ 1 2 http://epfr.gov.by/file/101083/content.
- ↑ http://epfr.gov.by/file/77447/content.
- ↑ https://www.belsteel.com/about/sostav-holdinga-bmk.php.
- ↑ https://eng.belsteel.com/about/about-holding.php.
- ↑ https://archive.today/20121225035114/lawsby.narod.ru/razdel1/num7/1d7198.html