Beni Cayi - Wikipedia
Beni Cayi - Wikipedia - Haqqında Məlumat
Beni (isp. Río Beni) — Boliviya ərazisindən axan çay. Amazon hövzəsinə aiddir. Uzunluğu 1619 km təkil edir. Orta dərinliyi 9 m, maksimal dərinliyi isə 21,3 metr təkil edir. Orta eni 400 m, maksimal en isə 1069 metrdir. Axarı boyunca çoxlu astanaya rast gəlinir. Braziliya ilə sərhəddə Madre de Dos, Mamore və Beni çayları birləşərək Madeyra çayını əmələ gətirir. . Çay Amazonun əsas arteriyalarından biridir. Puerto-Maldonado şəhərinin cənubunda liman yerləşir. Hövzəsində kənd təsərrüfatı inkişaf etmişdir. Əsasən manqo yetişdirilir. Ağac tədarükü və qızıl hasilatı həyata keçirilir. Bu isə ekoloji problemlər yaradır. Çay boyunca bir necə milli park və qoruq vardır.
Beni çayı | |
---|---|
isp. Río Beni | |
Ölkə | Boliviya |
Mənsəbi | Mamore çayı |
• Yüksəkliyi | 119 m |
Uzunluğu | 1619 km |
Su sərfi | 8,9 m³/s |
Su hövzəsi | Atlantik okeanı |
Hövzəsinin sahəsi | 850.000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qalereya
redaktə-
Anqosta del Bala dərəsi
-
Beni Amazon ovalığının xəritəsində
-
Panorama
Mənbə
redaktə- Madre de Dios Watershed Arxivləşdirilib 2008-09-24 at the Wayback Machine