Boliviya - Wikipedia
Boliviya (tam adı: Boliviya Çoxmillətli Dövləti; isp. Estado Plurinacional de Bolívia) — Cənubi Amerikada dövlət. Paytaxtı Sukre şəhəridir, La Pas, Koçabamba, Santa Cruz, Potosi kimi digər böyük şəhərləri də var. Ölkə Boliviya idarəçiliyi dövründə Yuxarı Peru adlandırılırdı. Sonradan ölkəyə Cənubi Amerikanı ispan əsarətindən qurtaran Simon Bolivarın şərəfinə Boliviya (Bolivarın ölkəsi) adı verilmişdir. Boliviyanın şimal və şimal-şərqdə Braziliya, cənub-şərqdə Paraqvay, cənubda Arqentina, cənub-qərb və qərbdə Çili və Peru ilə sərhədləri var. Cənubi Amerika ölkələr arasında dənizə çıxışı olmayan ən böyük ölkədir. Lakin 2010-cu ildə Peru ilə imzalanmış sazişə əsasən Boliviyaya 99 illik icarəyə liman tikmək üçün dənizkanarı sahə verilib.[4]
Boliviya | |||||
---|---|---|---|---|---|
isl. Estado Plurinacional de Bolivia keçua Buliwya Achka nasyunkunap Mama llaqta aym. Wuliwya Suyu Quarani Tetã Volívia | |||||
| |||||
La Unión es la Fuerza, Unity is Strength, Обединението е силата, Bolivia awaits you, Адзінства — сіла, Cryfder yr Undeb | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | La-Pas | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Luis Arse[ 22.I.2006 ] | ||||
Sahəsi | Dünyada 28-ci | ||||
• Ümumi | 1098581 km² | ||||
Əhalisi | |||||
• Əhali | 12,186,079[1] nəfər (79-cu) | ||||
• Siyahıyaalma (21.XI.2012) | 10 027 262 nəf. | ||||
• Sıxlıq | 9,8 nəf./km² | ||||
• Ümumi | 40.408.208.524 $[2], 43.068.885.673 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 125,428 milyard dollar (94-cü) | ||||
• Adambaşına | 10,340 dollar (120-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | $46.796 milyard dollar (96-cı) | ||||
• Adambaşına | $3,857 dollar (126-cı) | ||||
Valyuta | Boliviya bolivianosu | ||||
İnternet domeni | .bo | ||||
ISO kodu | BO | ||||
BOK kodu | BOL | ||||
Telefon kodu | +591 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəBoliviya 1809-cu ildə İspaniyayadan müstəqilliyini elan etməsinə baxmayaraq, 1825-ci ildə Boliviya İstiqlal müharibəsi nəticəsində ispan əsgərlərinin ölkədən çıxarılması ilə mümkün oldu.
Müstəqillik əldə etdikdən sonra Boliviyadakı siyasi hakimiyyət çox tez-tez dəyişilmişdir. Ölkə müstəqilliyini qazandığı 1825-ci ildən indiki dövrə qədər yüz səksənə yaxın inqilab, ondan çox dəyişdirilmiş konstitusiya və səksənə yaxın prezident görüb. Prezidentlərdən bəziləri hakimiyyəti qan tökərək ələ keçirdiblər və yenə eyni şəkildə hakimiyyətdən getməli olublar. Altı prezident hakimiyyətdə olduğu zaman öldürülüb.
Boliviyanın qonşu dövlətlərlə, xüsusi ilə də Çili və Paraqvay ilə olan əlaqələri gərgin olmuşdur. 1879-cu ildə müttəfiqi Peru ilə birlikdə, sərhəd probleminə görə Çiliyə hücum etdi. Ancaq 1883-cü ildə bitən Sakit okean müharibəsi Boliviya üçün məğlubiyyətlə bitdi. Sakit Okean bölgəsindəki sahil xəttini Çiliyə verməli olan Boliviyanın okean ilə olan əlaqəsi kəsildi və nəticədə ölkə dənizə çıxışı olmayan dövlətinə çevrildi. Bu müharibənin nəticəsi Boliviya xalqının indi də yaddaşından silinmir.
Boliviya həmçinin 1899–1903-cü illərdə Akri müharibəsində ərazisinin 191.000 km² ərazisini itirir. Ölkədə yenə bir sərhəd problemi üzündən 1932-ci ildə qonşu Paraqvay ilə müharibə edir. Cako müharibəsi adlandırılan bu müharibə 1935-ci ildə, Paraqvayın zəfəri ilə sona çatır, Boliviya isə mübahisəli bölgənin ancaq dörddə birini torpaqlarına qata bilir.
Coğrafiya
redaktəBoliviyanın ərazisi 1.100.680 km²-dir .[5] Ölkələrin və ərazilərin sahələrinə görə siyahısında Efiopiyadan sonra 27-ci yer tutur.
Ekoloji zonlara görə Boliviyanın ərazisi çox zəngindir. Ölkənin qərb dağlıq hissəsi And dağlarda yerləşir. Bura həmçinin Altiplano platosu aiddir. Şərq düzənliklərə amazon tropik meşələr və Qran-Çako kimi böyük rayonlar daxildidir. Ölkənin ən hündür nöqtəsi — Oruro departamentində yerləşən sönmüş vulkan Saxama. Ən iri gölləri Peru ilə sərhəddə yerləşən Titikaka gölü və Poopo gölüdür. Dünyanın ən iri şoranlığı — Uyuni şoranlığı isə cənub-qərbdə Potosi departamentində yerləşir.
Demoqrafiya
redaktə2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Boliviyanın 8.274.325 nəfər əhalisi vardır .[6]
İqtisadiyyat
redaktəBoliviya təbii resurslarla zəngindir — qalay, qaz, neft, sink, volfram, sürmə, gümüş, dəmir, qurğuşun, litium, qızıl, meşə, hidroenergetik resurslar.
2010-cu ildə adambaşına düşən ÜDM — 4,8 min dollar (dünya üzrə 150 yer). İşsizlik səviyyəsi 2009-cu ilə görə — 8,5%. Əhalinin 60% yoxsulluğun səviyyəsinin aşağı yaşayır (2006 il).
Qeyd etmək lazımdır ki 1990-cı və 2000-ci illərdə minimal maaş 100 dollardan aşağı və Cənubi Amerika ölkləri arasında ən aşağı səviyyədə idi. Buna baxmayaraq 2017-ci ildə Boliviyada minimal maaş Peru, Kolumbiya, Meksika, Venesuela kimi ölkələrdən daha yüksək səviyyəyə qalxdı və hal hazırda bu göstəricəyə görə Boliviya regionda birinci yerdədir (298.38 dollar — 2018 il)
Kənd təsərrüfatı ÜDM-in 11% təşkil edir və bu sahədə ölkənin 40% çalışır. Əsas məhsullar: soya, kofe, pambıq, qarğıdalı, düyü, şəkər qamışı, kartof.
Heyvandarlıqda əhali əsasən qaramalçılıq və qoyunçuluqla məşğuldur.
Sənaye ÜDM-in 37% təşkil edir və bu sahədə ölkənin 17% çalışır: neft və qalayın hasilatı, qida və toxuçuluq sənayəsi, tütün, əl sənətkarlığı.
Xidmət sahəsi ÜDM-in 52% təşkil edir və bu sahədə ölkənin 43% çalışır
İstinadlar
redaktə- ↑ ""Bolivia". The World Factbook". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Peru deal gives landlocked Bolivia coast for own port". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
- ↑ "Administrative Divisions of Countries ("Statoids") : Departments of Bolivia". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-22.
- ↑ "Administrative Divisions of Countries ("Statoids") : Population of Bolivia by 2001-09-05 census. Source: Instituto Nacional de Estadística de Bolivia". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-22.