Bilyarsk - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bilyarsk
redaktəBir çox yüzilliklər boyunca aparılan arxeoloji axtarışlar nəticəsində dönə dönə tədqiq olunan Bilər şəhərinin ərazisinin başdan-başa qədim yaşayış yeri olduğu da dəfələlə təsdiqlənməkdədir. Bu ehtişamlı qədim məntəqənin öyrənilməsi göstərir ki, vaxtilə şəhərin çevrəsi 10–12 km; ərazisi isə 573 hektar olub. Məhz buna görə öz dövrünə görə Bilərə "Böyük şəhər" deyidilər. Rus mənbələrində də X əsrdən adı çəkilən Bilər həmin adla yad edilir.1. O dövrdə Bilər qədər böyük bir şəhər bütün Şərqi Avropada mövcud deyildi. Heç təsadüfi deyildir ki, burada 1207 bina qalıqları üzə çıxarılmış və bunlar da Bilərin həqiqətən abad ticarət mərkəzi olması fikrini təsdiqləyir. Bilərdə pul da buraxılırdı; burada kəsilən ən son sikkə 1423-cü il tarixlidir. Volqa-Kama bulqarlarınin bu qədim şəhəri özünün maraqlı tərcümeyi halına malikdir: artıq XII əsrdə bulqarlar reallaşan düşmən təhlükəsi qarşısında Bulqar şəhərinin əvəzində Kiçi Çirmişən çayının sağ sahilində yerləşən, Bilər və ya Bülər adlandırılan bu şəhəri paytaxt etdilər. Sonra Rəşidəddində də Bulqarlar ölkəsinin paytaxtı olaraq Bilər "Böyük şəhər" deyə göstərilməkdədir.2.1654-cü ildə isə buraya ruslar yerləşdirilir və qədim şəhərin adı russayağı Bilyarski adlanmağa başlayır. Tarixçi, rus dövlət adami olan Tatişşev özü burada böyük bir cami və bir çox minarənin mövcudluğundan bəhs edir. 1969-cu ildə Bulqar, Sumar şəhərləri ilə bir sırada Bilər də qoruq şəhər elan olunmuş, bu tarixi ərazidə 1639 (binalar, məzarlıq, qəbir daşları və s.) abidə qeydə alınmışdır
Mənbə
redaktə- Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009