Birlesmis Milletler Teskilatinin Tehlukesizlik Surasinin Daimi Uzvleri - Wikipedia
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) — 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları.[1]
Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir.
Hazırkı daimi üzvlər
redaktəBMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir.
Ölkə | Hazırkı dövlət təmsilçiliyi | Əvvəlki dövlət təmsilçiliyi | Hazırkı icraçı liderlər | Hazırkı nümayəndələr |
---|---|---|---|---|
Çin | Çin Xalq Respublikası | Çin Respublikası (1945–1971) | Prezident: Si Tsinpin Baş Nazir: Li Keqianq | Çjan Tszun |
Fransa | Fransa Respublikası | Fransa Respublikasının Müvəqqəti Hökuməti (1945–1946) Dördüncü Fransa Respublikası (1946–1958) | Prezident: Emmanuel Makron Baş Nazir: Jan Kasteks | Nikolas de Riviere |
Rusiya | Rusiya Federasiyası | Sovet Sosialist Respublikaları İttifaqı (1945–1991) | Prezident: Vladimir Putin Baş Nazir: Mixail Mişustin | Vasili Nebenzya |
Birləşmiş Krallıq | Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı | - | Monarx: II Elizabet Baş Nazir: Boris Conson | Barbara Vudvord |
Birləşmiş Ştatlar | Amerika Birləşmiş Ştatları | - | Prezident: Co Bayden | Linda Tomas-Qrinfild |
Veto hüququ
redaktəBöyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qorunub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürərək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. BMT-yə yeni üzv qəbul edilən zaman, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan münaqişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsələnin səsə qoyulmasının prinsipial xarakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür.[1]
Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq edə bilir. SSRİ hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi. ABŞ ilk dəfə 1970-ci ildə İsrailin insan hüquqlarına qarşı siyasətinin tənqid edilməsi və Ərəb torpaqlarının işğal edilməsi ilə əlaqədar bəyannamənin müvafiq bəndinin müzakirəsinə veto hüququndan istifadə etmişdir.[1]
Genişlənmə
redaktəBöyük Britaniya, Çin, Rusiya (SSRİ-nin vərəsəsi), ABŞ, Fransa və Baş Assambleyada təkrar seçilməyə buraxılmayan və iki il müddətinə seçilmiş on üzvü daxildir. Daimi olmayan üzvlər aşağıdakı regionlardan seçilir: beşi Afrika və Asiyadan, biri Şərqi Avropadan, ikisi Latın Amerikasından, ikisi Qərbi Avropadan həmçinin Avstraliya, Kanada da daxil olmaqla digər regionlardan seçilir. Təhlükəsizlik Şurası elə təşkil edilmişdir ki, o fasiləsiz olaraq fəaliyyət göstərsin və onun üzvlərinin hər bir nümayəndəsi daimi BMT-nin mənzil-qərargahında olsun. Sədrlik bir ay müddətində onun hər bir üzvünə təqdim olunur və sədrlərin adı ingilis əlifba sırası ilə yazılır. Qərar qəbul etmək üçün bütün daimi üzvlərin oxşar səsləri nəzərə alınmaqla doqquz səsdən az olmayaraq tələb olunur. Bu onu göstərir ki, daimi üzvlərdən biri və bir neçəsi hər hansı bir qərarın əleyhinə səs versinlər. Bu zaman həmin qərar kənarlaşdırılmış hesab edilir. Daimi üzvün bitərəf qalmasına veto kimi baxılır.[1]
Daimi üzvlərin hazırkı liderləri
redaktəÇin - Si Tsinpin
Fransa - Emmanuel Makron
Rusiya - Vladimir Putin
Birləşmiş Krallıq - Kral III Çarlz. Baş nazir Rişi Sunak
Amerika Birləşmiş Ştatları - Co Bayden
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "BMT-nin Təhlükəsizlik Şurası". https://kayzen.az/. 18 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.