Birinci Sant Albans döyüşündəki qəti York qələbəsinin ardından kraliça Anjulu Marqarita tərəfindən toplanan Lankaster birlikləri Audli baronu Ceyms Tuşe rəhbərliyində, Ludlouda toplanan mərkəzi York birliklərinə qoşulmaq üçün yola çıxan Riçard Nevil rəhbərliyindəki ordunun qarşını almaq üçün vəzifələndirildi. Yaxınlaşan York birliklərini Blor Hif düzənliyindəki tarlada pusquya salmağı planlaşdırsa da, bu planı baş tutmadı və Audli baronu ani hücuma keçdi. Ancaq Riçard Nevilin işlətdiyi döyüş hiyləsilə, Lankaster birlikləri çaya doğru irələməyə məcbur oldu və çox hissəsi çayda boğularaq öldü.
Ceyms Tuşenin döyüş meydanında həlak olmasının ardından isə 500 nəfər York cəbhəsinə keçdi və əks hücumla Lankaster birliklərinə hücum etdilər. Döyüş meydanındakı xəyanətin ardından dağılan Lankaster əsgərləri gecə boyu təqib edildi.