Bogaz Cografiya - Wikipedia
Bogaz Cografiya - Wikipedia - Haqqında Məlumat
Boğaz – dünya okeanında hər hansı iki quru hissəni (materikləri, adaları, materiklə adanı) bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Boğazlar okeanları (Magellan boğazı, Dreyk boğazı), dənizləri (Bosfor, Dardanel), dənizlə okeanı (La-Manş, Cəbəllütariq boğazı), okean və dənizlərin ayrı-ayrı hissələrini (Mozambik boğazı, Kattegat) birləşdirir. Cəbəllütariq, Babülməndəb boğazı, Malakka boğazı, Sinqapur və s. boğazların böyük ticarət və strateji əhəmiyyəti var.
İki göl, yaxud gölün ayrı-ayrı hissələri arasında da boğazlar olur (Böyük Göllər sistemində Miçiqan və Huron gölləri arasında Makinak boğazı).
Mənbələr
redaktə- ASE, II cild, 1978, səh. 216.