Bojena Nemtsova - Wikipedia
Bojena Nemtsova (çex. Božena Němcová) — çex yazıçısı.
Bojena Nemtsova | |
---|---|
çex. Božena Němcová | |
Doğum adı | Barbora Novotná |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Praqa, Çexiya |
Dəfn yeri | |
Vətəndaşlığı | Avstriya-Macarıstan |
Milliyyəti | çex |
Fəaliyyəti | yazıçı, şair, uşaq ədəbiyyatı yazıçısı, xalq nağılları kolleksiyaçısı, redaktor[d], national revival activist[d], publisist, romançı |
Əsərlərinin dili | çex dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBojena Nemtsova 1820-ci ildə Vyanada anadan olmuşdur. Onun atası varlı bir dvoryan malikanəsində mehtər, anası isə Ratiborjitsada, hersogina Saqanın malikanəsində qulluqçu idi. O, ancaq ibtidai təhsil ala bilmişdir. Bojena Nemtsova öz üzərində müstəqil çalışmaq yolu ilə ədəbi biliyini mükəmməlləşdirmişdir.[2]
Bojena Nemtsova 17 yaşında kiçik çinovnikə ərə getmiş, dörd övladı olmuşdur. O, bir müddət əri ilə Kosteletsədə yaşamışdır. Həyat yoldaşının tez-tez iş yerini dəyişməsi ilə əlaqədar ölkənin bütün yerlərini gəzməli olmuşdur.[3]
Onun yaradıcılığında tərbiyə və maarif məsələləri xüsusi yer tutur.[2]
Bojena Nemtsova ömrü boyu maddi ehtiyac içərisində yaşamışdır. Ömrürünün axırıncı on ili yazıçı üçün xüsusilə ağır keçmişdir. 1850-ci ildə Bojena Nemtsovanı şübhəli şəxs hesab etdikləri üçün onun ərini işdən kənar edirlər. Nəticədə ailənin bütün maddi qayğıları Bojena Nemtsovanın üzərinə düşür.[3]
Bojena Nemtsova yoxsulluq və ehtiyac içərisində 21 yanvar 1862-ci ildə Praqada vəfat etmişdir.[2]
Görkəmli çex yazıçısı Bojena Nemtsovanın 130 illiyi 4 fevral 1950-ci ildə Çexoslovakiyada (Çexiya) təntənə ilə qeyd edilmişdir.
Yaradıcılığı
redaktəBojena Nemtsova 1843-cü ildən yazmağa başlamışdır. Onun ilk ədəbi əsərləri vətənpərvərlik ruhunda yazılmış şeirlərdən ibarətdir.[2]
Bojena Nemtsovanın 1845–1847-ci illərdə yazdığı "Uzun gecə", "Kənd mənzərəsi" və s. oçerklərində çex kəndlilərinin surətini, məişətini, adət və ənənələrini təsvir edir.[2]
Bojena Nemtsovanın "Xalq nağılları və povestlər" adlı ilk kitabı 1846-cı ildə nəşr edilmişdir. Bu kitabında müəllif çex kəndlilərinin yaşayış səviyyəsini, adət ənənələrini qələmə almışdır.[3]
Bojena Nemtsova "Nənə" (1855),"Karla", "Bir fincan qəhvə içərkən" (1855), "Vəhşi Bara (1856), "Qəsrdə və qəsrin ətrafında" (1856), "Yaxşı adam" (1858), "Müəllim" (1860) və başqa povest, hekayələrin müəllifidir. Onun povest və hekayələrinin əsas qəhrəmanları kəndlilər, zəhmət adamları və namuslu insanlardır. Yazıçı bu əsərlərində çex soyadlarını daşıdığına görə xəcalət çəkən manqurtlaşmış insanları tənqid edir.[2]
Bojena Nemtsovanın yaradıcılığı çex ədəbiyyatı tarixində ən parlaq səhifədir.[3]
Azərbaycan dilində çap olunmuş əsərləri
redaktə- Vəhşi Bara. (tərcümə edəni: Nağı Nağıyev). Bakı, 1961.
- Çoban və rıtsar. Nağıllar. Bakı, 1964.
Mənbə
redaktə- XIX əsr xarici ədəbiyyat tarixi. (Tərcümə edəni İsmayıl Şıxlı). Bakı, 1964.