Bugumayaqlilar - Wikipedia
Buğumayaqlılar (lat. Arthropoda) — heyvanlar aləminə aid heyvan tipi.
Buğumayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Buğumayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi xarakteristika
redaktəBuğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna, istərsə də müxtəlifliyinə görə daha çox diqqəti cəlb edir. Yaşayış mümkün olan elə bir yer yoxdur ki, orada buğumayaqlılara rast gəlinməsin. Tipin 1500000-dən artıq növü məlumdur. Onlar dəniz və okeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar. Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Parazitliklə əlaqədar olaraq, bəzi növlər öz formalarını elə dəyişmişdir ki, onları buğumayaqlılara oxşatmaq elə də asan olmur.
Müxtəlifliyi
redaktəI yarımtip Qəlsəmətənəffüslülər-Brabnchiata
redaktəI sinif. Xərçənkimilər-Crustacea
redaktə1 yarımsinif. Qəlsəməayaqlılar-Branchiopoda
- 1 dəstə. Qəlsəməayaqlılar-Anostaca
- 2 dəstə. Yarpaqayaqlılar-Phllopoda
2 yarımsinif. Çənəayaqlılar-Maxillopoda
- 1 dəstə. Kürəkayaqlılar-Copepoda
- 2 dəstə. Karpyeyənlər-Branchiura
- 3 dəstə. Bığayaqlılar-Ciripediya
3 yarımsinif. Ali xərçəngkimilər-Malacostraca
- 1 dəstə. Nazikzirehlilər-Leptostraca
- 2 dəstə. Mizidlər-Mysidacea
- 3 dəstə. Bərabərayaqlılar-Isopoda
- 4 dəstə. Yanüzənlər-Amphipoda
- 5 dəstə. Onayaqlı xərçənglər-Decapoda
4 yarımsinif. Çanaqlı xərçənglər-Ostracoda
II yarımtip. Xeliserlilər-Chelicerata
redaktəI sinif. Merostomlular-Merostomata
redaktə- 1 dəstə. Nizəquyruqlular-Xiphosura
- 2 dəstə. Xərçəngəqrəblər-Eurypteridae
II sinif. Hörümçəkkimilər-Arachnoidea
redaktə- 1 dəstə. Əqrəblər-Scorpiones
- 2 dəstə. Qamçıayaqlılar-Uropgi
- 3 dəstə. Yalançıəqrəblər-Pseudoscorpiones
- 4 dəstə. Büvələe(bövlər)-Solifugae
- 5 dəstə. Otbiçənlər-Opiliones
- 6 dəstə. Hörümçəklər-Aranea
- 7 dəstə. Akariform gənələr-Acariformes
- 8 dəstə. Parazitiform gənələr-Parasitiformes
III yarımtip. Trilobitlər-Trilobita
redaktəIV yarımtip. Traxeyatənəffüslülər-Tracheata
redaktəI sinif. Çoxayaqlılar-Myriapoda
redaktə- 1 yarımsinif. İkicütayaqlılar-Diplopoda
- 2 yarımsinif. Doydaqayaqlılar-Chillopoda
II sinif. Həşərat-İnsecta
redaktəI yarımsinif. İlk qanadsızlar-Apterygota
- 1 dəstə. Bığcıqsızlar-Protura
- 2 dəstə. Ayaqquyruqlular-Podura və ya Collembola
- 3 dəstə. İkiquyruqlular-Diplura
- 4 dəstə. Qılquyruqlular-Thysanura
II yarım sinif. Qanadlılar-Pterygota
- 1 dəstə. Gündəcələr-Ephemeroptera
- 2 dəstə. İynəcələr-Odonata
- 3 dəstə. Tarakankimilər-Blattoptera
- 4 dəstə. Dəvədəliyikimilər-Mantoptera
- 5 dəstə. Termitlər-Isoptera
- 6 dəstə. Baharçılar-Plectera
- 7 dəstə. Embilər-Embioptera
- 8 dəstə. Qrillobittidlər-Grilloblattidae
- 9 dəstə. Göstərmələr-Phasmida
- 10 dəstə. Düzqanadlılar-Orhoptera
- 11 dəstə. Hemimeridlər-Hemimerida
- 12 dəstə. Dəriqanadlılar və ya qlağagirənlər- Dermaptera
- 13 dəstə. Zorapterlər-Zoraptera
- 14 dəstə. Otyeyənlər-Psocoptera və ya Copeognatha
- 15 dəstə. Lələkyeyənlər- Mallophaga
- 16 dəstə. Bitlər-Anoplura və ya Siphunculata
- 17 dəstə. Bərabərqanadlılar-Homoptera
- 18 dəstə. Yarımsərtqanadlılar və ya taxtabitlər- Hemiptera və ya Heteroptera
- 19 dəstə. Saçaqqanadlılar və ya tripslər-Tysanoptera
- 20 dəstə. Sərtqanadlılar və ya böcəklər-Coleoptera
- 21 dəstə. Yelpikqanadlılar-Strepsiptera
- 22 dəstə. Torqanadlılar-Neuroptera
- 23 dəstə. Dəvəciklər-Raphidioptera
- 24 dəstə. İriqanadlılar-Megaloptera
- 25 dəstə. Əqrəbşəkilli milçəklər-Mecoptera
- 26 dəstə. Bulaqçılar-Trichoptera
- 27 dəstə. Pulcuqluqanadlılar və ya kəpənəklər-Lepidoptera
- 28 dəstə. Pərdəqanadlılar-Hymenoptera
- 29 dəstə. Birələr-Aphaniptera və ya Siphonaptera
- 30 dəstə. İkiqanadlılar və ya milçəklər-Diptera
Xarici quruluşu
redaktəBuğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtülüdür. Kutikula dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Tipin ayrı-ayrı nümayəndələrində kutikula qalın və ya nazik örtük şəklində olur. Kutikula qatının tərkibində xitindən başqa, digər üzvi və qeyri-üzvi maddələr də vardır. Ali xərçənglərin və bir çox hörümçəkkimilərin kutikulasında müəyyən miqdarda kalsium-karbonat vardır. Xitinli kutikula elastikdir. Buğumayaqlılarda böyümə qabıqdəyişməklə tamamlanır. Bu zaman bədən örtüyü soyulur, hipoderma daha yumşaq və zərif kutikula əmələ gətirir. Sonra köhnə örtük atılır və yeni kutikula qatı bərkiyəndən sonra heyvanın böyüməsi növbəti qabıqdəyişməyə kimi dayanır. Buğumayaqlılar, adətən inkişaf zamanı daha çox qabıq dəyişirlər, yetkin heyvanlar isə çox nadir hallarda qabıq dəyişir, ya da tamamilə dəyişmirlər. Buğumayaqlıların bədəni buğumludur. Buğumlar heteronomdur. Daha sadə quruluşlu formalarda homonom buğumluluq da müşahidə olunur. Bədəndə olan bir qrup buğumlar birləşərək ayrı-ayrı hissələri əmələ gətirmişdir. Buğumayaqlılarda bir-birindən fərqlənən üç hissə nəzərə çarpır: baş, döş və qarıncıq Başda buğumların sayı sabitdir. Döş və qarıncıqda olan buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn, çay xərçənglərində və yengəclərdə qalın olub, zireh əmələ gətirir, ağcaqanadlarda, milçəklərdə və başqa cücülərdə isə nazikdir.
Dəri-əzələ kisəsi
redaktəBuğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bununla əlaqədar olaraq, onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmişdir. Bu əzələlər mürəkkəb quruluşlu olub, hərəkət zamanı daha tez yığılmaq qabiliyyətinə malikdirlər. Buğumayaqlılar bədən boşluğuna malikdirlər. Bədən boşluğu qarışıq bədən boşluğu (miksosel) adlanır.
Həzm sistemi
redaktəHəzm sistemi üç hissədən-ön, orta və arxa bağırsaqdan ibarətdir. Buğumayaqlılar olduqca müxtəlif qida ilə qidalanmağa uyğunlaşmışlar. Bununla əlaqədar olaraq, onlarda həzm sistemində müəyyən dərəcədə dəyişikliklər baş vermişdir. Bağırsaqda həzmə xidmət edən vəzilər də vardır.
Tənəffüs və ifrazat sistemi
redaktəTənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan nümayəndələri isə ağciyər va traxeyalar vasitəsilə tənəffüs edir. İfrazat funksiyasını Malpigi boruları və bəzi vəzilər (koksal, yaşıl vəzilər) yerinə yetirir.
Qan damar sistemi
redaktəQan-damar sistemi açıqdır. Qan boşluq mayesi ilə qarışdığına görə, buğumayaqlıların qarışıq bədən boşluğunda hemolimfa dövr edir. Bel qan damarının nəbzli hissəsi ürək adlanır. Ürək boruşəkillidir və yanlarda yerləşən ostiy adlanan dəliklərə malikdir. Qan ürəyə bu dəliklərdən daxil olur. Ürəkdən çıxan qan, damarlarla axaraq bədən boşluğuna tökülür.
Sinir sistemi
redaktəSinir sistemi baş beyin adlanan cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Buğumayaqlıların bir qrupunda baş-beyin nahiyə daha yüksək quruluşlu olmaqla, bir çox mürəkkəb davranışların yerinə yetirilməsində mühüm rol oynayır. Buğumayaqlıların hiss orqanları da yüksək quruluşludur. Müxtəlif formalarında mürəkkəb fasetli göz, toxunma və kimyəvi hiss orqanları, eşitmə orqanları və s. inkişaf etmişdir.
İnkişafı
redaktəMüxtəlif cinsli heyvanlardır, əksəriyyəti cinsi yolla çoxalır[3]. İnkişafları ya mürəkkəb çevrilmə ilə (metamorfozla), ya da düzünədir.
Təsnifatı
redaktəBuğumayaqlılar tipi 6 yarımtipə ayrılır:
- Xeliserlilər (Chelicerata)
- Xərçəngkimilər (Crustacea)
- Altıayaqlılar (Hexapoda)
- Çoxayaqlılar (Myriapoda)
- †Trilobitkimilər (Trilobitomorpha)
- †Marellokimilər (Marrellomorpha)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2013.
- ↑ Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
- ↑ Ağayev B. İ., Zeynalova Z. A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 308–309
Xarici keçidlər
redaktə- ITIS
- Avropa faunası Arxivləşdirilib 2014-05-24 at the Wayback Machine
- Biolib
- Buğumayaqlılar Arxivləşdirilib 2017-04-16 at the Wayback Machine