Buddist Teqvimi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Buddist təqvimi — kiçik fərqlərlə Taylandda, Laosda, Kambocada, Myanmada və Şri-Lankada istifadə edilir. Çinin ilhaqına qədər Tibetdə də istifadə edilib (bu ölkədə mahayana buddizmi geniş yayılıb). Taylandda eyni zamanda qriqori təqvimi də istifadə edilir. İnduistlər onu ayın fazaları əsasında yaradıblar. Ay-günəş təqvimində ilin başlanğıcı dekabr ayına təsadüf etsə də aylar ayın fazalarına bağlıdırlar. Taylandda buddist təqvimini həm də Tyantharakhati (tay dilində — จันทรคติ. Tyantharakhati) adlandırırlar.
Təqvim | |||
---|---|---|---|
Təqvim haqqında | |||
Təqvim tipi |
|||
Təqvim dövrü | Uzun illərin daxil edilməsi |
||
| |||
Digər təqvimlər | |||
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon |
Buddist təqvimi Budda Qautamanın nirvanaya getməsi ilindən hesablanır və qriqori təqvimini 543 il qabaqlayır (ənənəyə görə Budda Şakyamuninin nirvanası e.ə. 543-cü ilə təsadüf edir). Bu əsasla qriqori təqviminin 2020-ci ili buddist təqviminin 2563-cü ilinə müvafiqdir. Taylandda rəsmi il hesablaması buddist təqviminə əsasən aparılır, amma əcnəbilər üçün istisna hallar mövcuddur və bu zaman qriqori təqvimindən istifadə edilir.
Ay ilinin ilk ayı dekabr ayında bütöv ay fazası zamanı başlayır. Beləliklə, ay təqviminin ardıcıllığı yanvar ayından başlayan qriqori təqvimindən bir ay fərqlidir. Ay təqviminin ayları ardıcıl olaraq nömrələnir, xüsusi olaraq adlanmır. Ay təqviminin ilk iki ayı çin dilində, qalanları isə tay dilində adlanır:
Ay ilinin 1-ci ayı (tay dilində — เดือนอ้าย. Dıan ay) de kabr ayına uyğundur.
Ay ilinin 2-ci ayı (tay dilində — เดือนยี่ . Dıan yi) yanvar ayına uyğundur.
Ay ilinin 3-cü ayı (tay dilində — เดือนสาม. Dıan sam) fevral ayına uyğundur və s.
Tay mədəniyyətinin bütün əsas məşhur tarixlər məhz ay təqviminə bağlıdır. Belə ki, əsas buddist bayramları bütöv ay zamanına – ayın 15-ci gününə təsadüf edir. Bütöv ayda keçirilən bayramlara Visakha Buça, Makha Buça, Asalaka Buça, Khau Phansa, Ok Phansa və başqalarını misal göstərmək olar.
Ay təqvimi ilə eyni zamanda Taylandda ayların nömrələnmədən xüsusi adlarının olduğu adi günəş təqvimi də geniş yayılmışdır (qriqori təqvimi, tay dilində — สุริยคติ, suriyakhati). Hər bir tay təqvimi bu iki hesablamanı, həm ayları, həm illəri, bütöv ayı, yeni ayı özündə əks etdirir.
1 yanvarın rəsmi olaraq yeni ilə keçid i Əlahəzrət VIII Rama Anantha Mahidonanın 24 dekabr 1940-cı ildəki (buddist təqviminə əsasən 2483-cü ildə) əmrinə əsasən qəbul edilmişdir.