Laos - Wikipedia
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir.
Laos | |||||
---|---|---|---|---|---|
ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ | |||||
| |||||
ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດຖະນາຖາວອນ "Sülh, müstəqillik, demokratiya, birlik və tərəqqi" |
|||||
Himn: Pheng Xat Lao Lao National Anthem |
|||||
Tarixi | |||||
• Fransadan | 19 İyul 1949 | ||||
• Müstəqillik | 22 Oktyabr 1953 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Vyentyan | ||||
İdarəetmə forması | Sosialist Respublikası | ||||
Dövlət Başçısı və Kommunist Partiya Baş katibi | Bounnhang Vorachith | ||||
Baş nazir | Thongloun Sisoulith | ||||
Sahəsi | Dünyada 84-cü | ||||
• Ümumi | 237955 km² | ||||
• Su sahəsi (%) | 2 | ||||
Əhalisi | |||||
• Əhali | 6,803,699 nəfər (104-cü) | ||||
• Siyahıyaalma (2015) | 6,492,228 nəf. | ||||
• Sıxlıq | 26.7 nəf./km² (177-ci) | ||||
• Ümumi | 18.827.148.530 $[1], 15.724.383.783 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 41 milyard dollar | ||||
• Adambaşına | 5,718 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016) | 14 milyard dollar | ||||
• Adambaşına | 1,921 dollar | ||||
İİİ (2014) | 0.575 (artış; 141-ci) | ||||
Valyuta | Laos kipi | ||||
İnternet domeni | .la | ||||
ISO kodu | LA | ||||
BOK kodu | LAO | ||||
Telefon kodu | +856 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər. XII və XIII əsrlər ərzində laolar, Muonq Sva prensliklərini qurdular.
Lan Xanq dövrü
Laosla əlaqədar ilk tarixi sənədlər Anqkordakı Xmer kralının və yardımları ilə Laodakı ilk dövlət olan Lan Xanqı quran Fa Nqumla başlayır. Fa Nqum 1353-1371-ci illər arasında bugünkü Laos torpaqlarının bütününü və Taylandın şimal və cənub bölgələrini fəth etdi. 1373-cü ildə yerinə oğlu Fya Sam Sene Tay keçdi və krallığın idarə üsullarını yazaraq, müdafiəsini təşkilatlandırdı. 1416-cı ildə onun vəfatından sonra 1478-ci ildə vyetnamlıların işğalıyla qısa müddətli bir durğunluğa məruz qalan uzun sülh dövrü, 1520-1548-ci illər arasında hökm edən Fotisaraz dövründə sona çatdı və Burma və Siyama qarşı müharibə aparıldı. Siyama qarşı aparılan üç müharibədən sonra 1580-ci ildə Lan Xanq dövləti ən geniş sərhədlərinə çatdı. Fotisarazın ölümündən sonra taxta çıxan oğlu Sezatriraz dövründə paytaxt, Luanq Prabanqdan Vyentyaneyə daşıdıldı. 1565 və 1570-ci illərdəki iki Bruma hücumu geri püskürdüldü. 1571-ci ildə Sezatriraz öləndən sonra brumalıların hücumları daha da sıx xarakter aldı. Və 1574-cü ildə Vyentyane işğal edildi, ölkə brumalılar tərəfindən yağmalandı. Bu qaranlıq dövr 1637-ci ildə Suiqna-Vonqsanın taxta çıxıb düzəni yenidən qurmasına qədər davam etdi. Suiqna-Vonqsa Vyetnam və Siyamla müqavilələr bağlayaraq sərhədləri düzəltdi. Buddaçılığın böyük bir müdafiəçisi və incəsənətlərin qoruyucusu oldu. Vyentyaneni gözəlləşdirdi. 1694-cü ildə öləndən sonra yerinə Vyetnam ordularının da köməyi ilə qardaşı oğulları keçdi və beləliklə Laosda Vyetnam idarəsi başladı. Bu dövrdə Lan Xanq krallığı parçalandı. Vyetnam idarəsini qəbul etməyən bəzi kral ailəsi üzvləri, 1707-ci ildə idarələri altında olan şimal bölgələrində istiqlaliyyət elan etdilər və Luanq Prabang və Vyentyane krallıqlarını qurdular. Cənuba isə 1713-cü ildə Çampassak krallığı quruldu. Beləliklə, Lan Xanq 3 krallığa bölündü.
Fransız Müstəmləkəsi Dövrü
Fransa, bölgəni Laos Müstəmləkəsi olaraq təşkilatlandırdı, Luanq Prabanq krallığının varlığı davam edərkən, digər bölgələr bir fransız zabitinin idarəsinə verildi. 1942-ci ildə yapon orduları Mekonq çayı sahillərinə yerləşdikdən sonra 1945-ci ildə Laosun istiqlaliyyətini elan etdilər.
Fransız müstəmləkəçiliyinə qarşı bir hərəkat olan Lao İssara (Azad Laos) hökuməti ələ keçirsə də, 1946-cı ildə fransız hərbi birlikləri ölkədə yenidən idarəçi halına gəldilər. Bu dövrdə Laosda iki siyasi hərəkat ortaya çıxdı - I-si yapon idarəsinə qarşı Luanq Prabanq Sarayı və Çampassak Prensi ətrafındakı hərəkat, II-si fransız idarəsinə qarşı, Vyentyanedə təşkilatlanan və liderliyini Prens Petsarazın öhdəliyinə götürdüyü hərəkat. Bu iki hərəkat, azadlıq müharibəsini fransız orduları gələnə qədər davam etdirdilər.
1946-cı ildə Fransa, keçici olaraq Luanq Prabanq kralı Sisavanq Vonqun idarəsi altında Laosun bütövlüyünü və daxili işlərində azadlığını qəbul etdi. Nəticədə bir konstitusiyanın qəbulu və seçkilərdən sonra Fransa - Laos müqaviləsi imzalandı (1949). Bu müqaviləylə Laos, Fransa birliyi içərisndə azad bir dövlət oldu.
Tam İstiqlaliyyət Müharibəsi Dövrü
Bu inkişafı qənaətbəxş sayan Laos İssara hərəkatındakı əksəriyyət Azad Laos Hərəkatını dağıdaraq hökumətlə birləşdilər. Bu fikrə qarşı çıxanlar, 1950-ci ildə "Patet Lao" hərəkatını qurdular və Prens Sufanuvonqun liderliyində, vyetnamlı yurdsevərlərlə də birləşərək fransız müstəmləkə ordularına qarşı gerilya müharibəsinə başladılar. Şimal vilayətlərində güclənən "Patet Lao", yavaş-yavaş krallıq idarəsiə qarşı da hərbi hərəkata başladı. 1953-cü ilin yazında vyetnamlı yurdsevərlərin fransız müstəmləkəçilərini ağır bir məğlubiyyətə uğratmasından sonra, Vyet Minh gücləriylə birlikdə Patet Lao, krallığın paytaxtı Luanq Prabanqı təhdid edə biləcək vəziyyətə gəldilər. Lakin fransız müstəmləkəçi orduları, Patet Lao - Vyet Minh birləşmiş güclərini məhv edərək Vyetnamın şimal-qərb dağlarını işğal etdilər, Dyen Byen Fuda bir qala tikdilər. 1954-cü ilin mayında vyetnamlıların Dyen Byen Funu ələ keçirməsinin ardından Fransanın hərbi cəhətdən ayaqda durması çətin vəziyyətə düşdü. Buna görə başladılan Cenevrə Konfransına qatılan Fransa, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası və SSRİ-nin də içlərində olduğu 14 ölkə Laosun bütöv və müstəqil varlığını rəsmən tanıdı. Bu inkişafa əlavə olaraq 1956-cı ildə Patet Lao, Neo Lao Hak Sat (Laos Yurdsevər Cəbhəsi) adıyla qanuni bir siyasi parti halına gəldi. Prens Suvanna Fuma öndərliyində, Prens Sufanuvonqun da qatıldığı bir milli hökumət quruldu.
1958-ci ildəki seçkilərdən sonra Patet Lao və Anti-amerikan Santifab Partiyası üstün çıxandan sonra, sağyönlü partiyalar təlaşa düşərək Suvanna Fumayı vəzifədən uzaqlaşdırmağa zorlayaraq öz namizədləri Foni Sanakyoneni prezidentliyə gətirdilər. Foni Sanakyone bütün dövlət heyətlərinə "Milli Əsasları Müdafiə Komitəsi" adlı anti-kommunist hərəkatın dəstəkçilərini gətirdi. 1959-cu ilin mayında Sufanovunqun tutulmasını, Foninin Cenevrə Anlaşmalarına tərs olaraq ABŞ və Filippindən hərbi yardımı istəməsi izlədi. Bunlardan sonra Patet Lao Cenevrə Anlaşmalarıyla qurulan tərəfsizlik siyasətinin açıq şəkildə tapdalandığını elan etdi. Daha sonra Fonq Sali və Sam Neyua kimi şimal vilayətlərini idarəni ələ alan Patet Lao mərkəzi hökumət təmsilçilərini bölgədən çıxartdı. Patet Lao ilə mərkəzi hökumət arasında hərbi münaqişələrin müntəzəm hal almasından sonra, hökumət BMT-yə müraciət etdi.
Patet Laoçular Vyentyanedə
Yeni rejim Vyetnamla əlaqədəydi və kütləvi siyasi kampaniyalara başladı. Bu vaxtlarda Vyentyanedə bir təmsilçilikləriylə var olan Tayland və Amerika Birləşmiş Ştatları ilə əlaqələr gedərək gərginləşirdi. Əsasən də Yarres Ovasunda Myao Gizli Ordusu adlı sağçı gerilyalarla sıx münaqişələr davam etməkdəydi. 1977-ci ildə Vyetamla 25 illik bir dostluq və birlik müqaviləsi imzalandı.
Lakin Çinlə olan əlaqələr gərginliyini saxlayırdı. Çin Xalq Respublikası, hökumətə qarşı mübarizə aparan gerilyalara 1979-cu ilə qədər kömək etməyi davam etdirdi. 1979-cu ildə Yurdsevər Cəbhə adını Milli Qurtuluş Üçün Laos Cəbhəsi olaraq dəyişdirdi. Müxalifləri də Milli Qurtuluş Cəbhəsini quraraq mübarizəyə başladılar.
Ancaq əhəmiyyətli bir uğur qazana bilmədilər. 1981-ci ildə birinci 5 illik plan həyata keçirilməyə başlandı. 1982-ci ildə gerçəkləşdirilən LDHP-nin 3-cü konqressində Çin ən təhlükəli düşmən olaraq seçildi. 1985-ci ildə ölkə ərzaq istehsalı cəhətdən özünə bəs edə bilən vəziyyətə gəldi. Prezident Sufanovonqun tibbi səbəblərə görə istefa verməsindən sonra Fumi Vanqviçit yerinə gətirildi. Taylandla sərhəd anlaşmazlıqlarına görə münaqişələr davam edirdi. 1988-ci ilin əvvəllərində daha da çoxalan hərbi münaqişələr eyni ilin fevral ayında imzalanan atəşkəs müqaviləsiylə başa çatdı. 1988-ci ildə xarici investisiyaların dəstəklənməsinə başlanıldı. Laosda 1975-ci ildən sonra ilk parlament seçkiləri 1989-cu ildə keçirildi.
İqtisadiyyatı
redaktəLaos hökuməti 1986-cı ildə idarəetmənin desentralizasiyası və özəl müəssisələrin inkişafının təşviqinə başlamışdır. Bu sahədə yüksək nəticələr əldə olunmuşdur. Belə ki, 1988-2001-ci illərdə iqtisadi artım orta hesabla 7% təşkil edirdi (1997-ci ildə baş vermiş Asiya maliyyə böhranı səbəbindən qısamüddətli azalma müstəsna olmaqla). Bu artımın yüksək səviyyəsinə baxmayaraq, Laos sadə infrastrukturlu, heç bir dəmiryolu və ibtidai yol sistemi olmayan, məhdud xarici və daxili telekommunikasiyalı ölkə kimi qalmaqdadır. Elektrik enerjisi ilə yalnız bir neçə şəhər əraziləri təmin olunur. Kənd təsərrüfatının payı ÜDM-nın yarısını təşkil edir və ölkə məşğulluğunun 80%-nı təmin edir. İqtisadiyyat gəlirini Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq mənbələrinin yardımından, həmçinin ərzaq və mədən istismarı sahələrinə qoyulan sərmayələrdən əldə olunmasını davam etməkdədir. 2004-cü ildə adambaşına düşən illik gəlir orta hesabla 382 ABŞ dolları olmuşdur. 2008-ci ildə adambaşına düşən illik gəlir orta hesabla 2,1 min ABŞ dolları olmuşdur.
Dini vəziyyət
redaktəLaosda inanclı əhalinin əsas dini txeravad formasında buddizmdir. Dağlı tailandlıların bir qrupu və vyetnamlıların böyük əksəriyyəti şimal buddizminə ibadət edirlər. Dağ qəbilələri – kxmu, dağ kxmerləri, meo, man və digərləri özlərini qəbilə inanclarını qoruyub saxlayıblar. Ölkədə yaşayan az sayda fransız, vyetnam və çinlililərin bir hissəsi, eləcə də yerli əhalinin bir qrupu katoliklərdir (43 min nəfər), çinlilərin bir hissəsi və dağ xalqlarının bəzi nümayəndələri protestanlardır. Cənubi Asiyadan gələnlər - induistlər və müsəlmanlar, çinlilər - konfusiyaçı, daosist və buddistdirlər.
Xarici siyasəti
redaktəLaos Xalq Demokratik Respublikası 2 fevral 2013-cü ildə tarixində Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.[3] Vyetnam ilə əməkdaşlıq Laosun xarici siyasətində mühüm yer tutur. Belə ki, iki ölkə arasında 1975-ci ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Razılaşma bu münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan vermişdir. 1975-ci il razılaşması iki ölkə sərhədlərini müəyyənləşdirmiş, Vyetnam tərəfindən Laosa iqtisadi yardım edilməsini və təhlükəsizliklə bağlı hərbi razılaşmanı özündə əks etdirirdi. İki ölkə arasında daim yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. İqtisadiyyat, siyasət, ticarət və texnika sahəsində əməkdaşlıq bu əlaqələri daha da möhkəmləndirir. Laosun həmçinin, Çin Xalq Respublikası ilə də möhkəm siyasi və iqtisadi əlaqələri mövcuddur. Laosun xarici siyasətdə digər mühüm tərəfdaşı Taylanddır. Coğrafi yerləşmə, dil və mədəniyyət yaxınlığı, iqtisadi və investisiya sahəsində əməkdaşlıq iki ölkə münasibətlərində mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanlarla yanaşı, iki ölkə arasında münasibətlərdə tarixən gərginlik yaşanmışdır. Bu gərginlik əsasən hər iki tərəfdən ərazi iddiaları ilə başlamış və bunun nəticəsində qarşıdurma baş vermişdir. Siyasi sistemlərin müxtəlifliyi, partizanların fəaliyyəti, insan və narkotik maddələrin qeyri-qanuni alveri ölkələr arasında münasibətlərdə gərginlik yaradan amillərdəndir. İki ölkə arasında müəyyənləşdirilməmiş sərhəd əraziləri də mövcuddur. Keçən əsrin 90-cı illərində Laos siyasi və iqtisadi durumundan asılı olmayaraq, bir sıra ölkələrlə münasibətləri inkişaf etdirməyə başlamışdır. 1997-ci ilin iyulunda Laos ASEAN-a üzv qəbul olunmuş və 2004-2005-ci illərdə təşkilata rəhbərlik etmişdir. Laos həmçinin Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün də müraciət etmişdir. Ümumdünya və Asiya İnkişaf Banklarının Laosda nümayəndəlikləri fəaliyyət göstərir və geniş iqtisadi proqramlar həyata keçirirlər.[4]
İstinadlar
redaktə- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Laos və Tacikistan ÜTT-nin tamhüquqlu üzvləri oldular Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine. wto.az, 02.03.2013 (az.)
- ↑ Laos[ölü keçid]