Burunqovaq - Wikipedia
Burunqovaq — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Burunqovaq kəndi Poylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Burunqovaq kənd Soveti yaradılmışdır.[1]
Burunqovaq | |
---|---|
41°05′39″ şm. e. 46°26′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 92 m |
Saat qurşağı | |
Toponimikası
redaktəXIX əsrin sonunda iri mülkədar nəsli olan şahmalıyevlərin tabeliyindən çıxan Samux əhalisinin bir hissəsi Qabırrıçayın aşağı axarında, çayın burulduğu yerdəki Burunqovaq adlı yerdə məskən salmışdı. Qovaqlıq indi də qalır. Kənd həmin yerin adı ilə adlandırılmışdır. Burun komponenti toponimiyada "çıxıntı" mənasında işlənir. 1917-ci ildə oykonim Burun Qonçaq variantında qeydə alınmışdır. Ukraynada Burın, Qazaxıstanda Burunday, Şimali Osetiyada Buron adlı yaşayış məntəqələri də mövcuddur.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Qabırrıçayın sahilində, ovalıqda yerləşir.
Əhalisi
redaktəƏhalisinin sayı 714 nəfərdir[3].
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2022.
- ↑ Burunqovaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |