Ickeriya - Wikipedia
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət.
Çeçen İçkeriya Respublikası | |||||
---|---|---|---|---|---|
çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö rus. Чеченская Республика Ичкерия 1991-2000 | |||||
| |||||
Himn: "Joƶalla ya marşo" ("Ölüm ya azadlıq") |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Qroznı | ||||
İdarəetmə forması | prezidentli rejim, Yarı prezident respublikası | ||||
Əhalisi | |||||
• Əhali | 1,103,686 nəfər | ||||
Valyuta | Çeçen naxarı, Rusiya rublu |
1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi.[1] 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
İstinadlar
redaktə- ↑ "Chechnya profile". BBC News. 11 August 2015. 30 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2017.