Cume Mescidi Buzovna - Wikipedia
Buzovna "Cümə" məscidi — Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində məscid.
Cümə məscidi | |
---|---|
40°31′01″ şm. e. 50°06′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Xəzər rayonu, Buzovna qəsəbəsi, Axundov küçəsi, 103 |
Tikilmə tarixi | 1896 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | daş[d] |
Vəziyyəti | bərpa olunub, fəaliyyət göstərir. |
İstinad nöm. | 2591 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Tarixi
redaktəİnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır.[1] 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, tam yekunlaşmamışdır.[2] Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılmış, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verilmişdir. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər[3].
Məsciddə qeydiyyata alınmış dini icma fəaliyyət göstərir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 60. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 52. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-13.
- ↑ "Buzovna "Cümə" məscidi — scwra.gov.az saytı". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Mediaforum.az: 450 DİNİ İCMA QEYDİYYATA ALINIB (Siyahı)". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04. (#redundant_parameters); (#redundant_parameters)