Cites - Wikipedia
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası | |
---|---|
İmzalanma tarixi | 3 mart 1973 |
İmzalanma yeri | |
Dilləri | ingilis dili, fransız dili, ispan dili |
Veb-saytı | cites.org |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycana 46 ton nərə balığı və 38 ton uzunburun balıq tutmağa icazə verilib. Nərə balığı kürüsünün ixrac kvotası 3360 kq, uzunburun kürüsünün ixrac kvotası isə 3000 kq. həddində müəyyən edilib. Komissiya qara kürünün ixrac kvotasını təsdiq edilməsi üçün CITES (tükənməkdə olan flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə konvensiya) Katibliyinə göndərib. 2008-ci ildə CITES tərəfindən Azərbaycan üçün qara kürünün ixrac kvotası 6660 kq həddində təsdiq edilmişdi. Xəzəryanı ölkələr nərə balığı və nərə məhsullarının tutulması və ixracı üzrə razılıq əldə etməyib[1].