Cmyk - Wikipedia
CMYK – poliqrafiyada rəngli çap üçün istifadə olunan subtraktiv rəng modelidir. Çap olunan bütün rəng çalarları dörd əsas rəngin üst-üstə çap olunması nəticəsində alınır. Bu əsas rənglər mavi, çəhrayı, sarı və qaradır. Mətbəə işçiləri bu rənglərə çox vaxt sadəcə göy, qırmızı, sarı və qara deyir.
CMYK abbreviaturasının mənası
redaktəCMYK abbreviaturası ingiliscə 3 rəng adının (Cyan, Magenta, Yellow) baş hərflərindən və K (Key color) hərfindən ibarətdir. K hərfinin mənşəyi barəsində bir neçə fikir var. Bir versiyaya görə qaranı (Black) B hərfi ilə ona görə işarələmədilər ki göy rənglə (Blue) səhv düşməsin. Digər versiyaya əsasən, ən sonda çap olunan qara rəng üçün nəzərdə tutulmuş çap forması ingilisdilli ölkələrdə key plate termini ilə adlandırılır. Başqa bir versiya isə K hərfinin almanmənşəli olduğunu bildirir. K – Kontur. Bu versiyanı təsdiq edən odur ki köhnə mətbəəçilər qara rəngin plyonkasını məhz kontur adlandırırlar.
Tələffüz
redaktəCMYK abbreviaturasını Azərbaycanda və eləcə də MDB ölkələrinin bir çoxunda adətən "smik", "smayk", "smuk" kimi tələffüz edirlər, odur ki "Si-Em-Uay-Key" kimi tələffüz etmək daha düzgün olardı. Ümilikdə isə bu abreviatur "semaykey" olaraq tələffüz olunur.[1]
Subtraktiv rəng modeli nə deməkdir?
redaktəKağızın və digər çap materiallarının səthi işığı əks edir, şüalandırmır. Buna görə, poliqrafiyada əks olunan işığın miqdarını hesablamaq, udulan işığın miqdarının hesablanması ilə müqaisədə daha rahatdır. Ağ işıqdan ayrı-ayrılıqda qırmızı, yaşıl və ya göy rəngi (RGB) çıxsaq müvafiq olaraq mavi, çəhrayı və sarı rənglərini (CMY) alarıq. Yəni monitorda gördüyümüz ağ rəng üç əsas RGB rənginin cəmidirsə, kağızda ağ rəng – CMY rənglərinin olmamasıdır. Buna görə CMYK modelinə subtraktiv rəng modeli deyirlər, yəni çıxma nəticəsində alınan rəng modeli. İngiliscə "subtract" – cıxma deməkdir.
Dördüncü rəng nə üçün lazımdır?
redaktəBəs əlavə qara rəng nə üçün lazımdır? Əsas səbəblər bunlardır:
- Nəzəri olaraq mavi, çəhrayı və sarı rəngin üst-üstə çap olunması nəticəsində qara rəng alınmalıdır. Lakin, boyaların qeyri-mükəmməl olması və digər səbəblərdən reallıqda bu rənglərin qarışığı tünd qəhvəyi və ya tünd boz rəng verir.
- Xırda qara elementlər çap olunanda, çap formalarının yerindən sürüşməsinin, yəni rənglərin kifayət qədər dəqiq üst-üstə düşməməsinin riski çoxalır.
- Qara rəngi almaq üçün üç rəngin üst-üstə çap olunması nəticəsində kağız çox islanır və deformasiyaya məruz qalır.
- Qara rəngli boya digər üç rəngdən kifayət qədər ucuzdur. Onun əlavə olunması rəngli boyaların sərfiyyatını xeyli azaldır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.