Camal Ehmedov - Wikipedia
Camal Məhərrəm oğlu Əhmədov (1 yanvar 1928, Aşağı Əskipara, Qazax rayonu – 5 noyabr 1999, Bakı) — alim, Azərbaycan ədəbiyyatının tədrisi sahəsində görkəmli mütəxəssis, pedaqoji elmlər doktoru (1970), professor (1971).
Camal Əhmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Aşağı Əskipara, Qazax qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | pedaqoji elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti (1945–1950) |
Həyatı və elmi fəaliyyəti
redaktəCamal Məhərrəm oğlu Əhmədov 1928-ci il yanvar ayının 1-də Qazax qəzasının Aşağı Əskipara kəndində anadan olmuşdur. 1935-ci ildə kənd orta məktəbinə getmişdir. 1945-ci ildə Şamxor rayonu Nizami adına Morul kənd məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirmiş, Bakının təhsil ocaqlarında əmək fəaliyyətinə başlamışdır.[1]
1952-ci ildə əmək fəaliyyətini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) davam etdirmiş, Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1954-cü ildə "Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsi üsulları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası sahəsində müdafiə olunmuş ilk elmi əsər hesab olunur.[1]
1954–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi işləmişdir. 1968–1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında davam etdirmişdir. 1970-ci ildə "Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX əsrin əvvəlləri)" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru elmi rütbəsini almışdır.[1]
1998-ci ildə anadan olmasının 70 illiyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilmişdir.[2]
Camal Əhmədov 1999-cu il noyabr ayının 5-də Bakı şəhərində vəfat etmişdir.[1]
Elmi-pedaqoji fəaliyyəti
redaktəPedaqoji elmlər doktoru, professor Camal Əhmədov həyatının yarım əsrdən çoxunu ümumiyyətlə ədəbiyyatın, xüsusən də Azərbaycan ədəbiyyatının tədrisi metodikasının elmipedaqoji əsaslarının hazırlanması və təcrübi bazasının formalaşdırılması kimi şərəfli bir işə həsr etmişdir. O, ədəbiyyatın tədrisi metodikasını həm ümumi nəzəri prinsiplərinin müəyyən edilməsi, həm də praktik olaraq metodiki biliklərin və vərdişlərin sisteminin yaradılması sahəsində əhəmiyyətli pedaqoji təlim yaratmaq vəzifəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Professor Camal Əhmədov çoxillik araşdırmalarında xüsusən Azərbaycan məktəblərində milli ədəbiyyatın tədrisi metodikasının tədqiqinə üstünlük vermiş, ümumi sovet ədəbiyyatı çərçivəsində olsa da, xalqın bədii təfəkkürünün təzahürləri kimi meydana çıxmış əsərlərin ölkənin yeni nəslinə mənimsədilməsinin üsulları və vasitələrinin diqqət mərkəzinə çəkilməsinə ardıcıl olaraq səy göstərmişdir.
Camal Əhmədov Azərbaycanda ədəbiyyatın tədrisinin metodikası ilə yanaşı, milli ədəbiyyatın tarixini də elmi şəkildə hərtərəfli surətdə öyrənib araşdırmış, bu sahədə mövcud olan milli pedaqoji ənənəni, təkamül proseslərini tədqiq edərək ümumiləşdirmişdir. Onun 1970-ci ildə "Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu, XX əsrin əvv əlləri)" mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası həmin problemə həsr edilmiş birinci tədqiqat işi kimi mühüm əhəmiyyət kəsb etmişdir. O, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası üzrə ilk elmlər doktoru olaraq ölkədə bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması yollarında xidmət göstərmişdir.
Uzun bir dövr ərzində ədəbiyyatın tədrisi metodikası sahəsində dissertasiya müdafiə edən, kitablar və məqalələr çap etdirən müəlliflərin elmi rəhbəri, rəsmi opponenti, redaktoru və rəyçisi kimi professor Camal Əhmədov yeni nəslin formalaşmasında böyük bir missiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir. Müxtəlif illərdə orta və ali məktəblər üçün çap etdirdiyi dərslikləri, metodik vəsaitləri və məqalələri ilə o, ədəbiyyat dərsləri vasitəsilə vətənpərvər nəsillərin tərbiyə edilməsinin əsaslarını yaratmağa nail olmuşdur.
Camal Əhmədov ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərmişdir və onun ədəbiyyatımızın bu və ya digər məsələlərinə dair 100-dən artıq məqaləsi çap olunmuşdur.
Professor Camal Əhmədovun elmi-pedaqoji fəaliyyətində uşaq ədəbiyyatı ilə əlaqədar məsələlərin öyrənilməsi də xüsusi bir istiqamətdir. O, ölkəmizdə uşaq ədəbiyyatı problemlərini ardıcıl və sistemli şəkildə araşdırıb ümumiləşdirən tanınmış tədqiqatçılardan biri olmuşdur. XX əsr Azərbaycan uşaq ədəbiyyatının ən mühüm ideya-sənətkarlıq xüsusiyyətləri, xüsusən də uşaq ədəbiyyatının tərbiyəvi mahiyyəti ilə əlaqədar mahiyyəti məsələlər Camal Əhmədovun əsərlərində özünün aydın və əsaslı elmi həllini tapmışdır.
Biblioqrafiya
redaktəProfessor Camal Əhmədovun 2015-ci ildə Azərbaycan Milli Kitabxanası tərəfindən professor Kərim Tahirovun redaktorluğu ilə nəşr olunmuş biblioqrafiyası göstərir ki, 1950-ci, 1960-cı illərdə ilk yüksəkixtisaslı ədəbiyyat metodistinin onlarla kitabı, yüz əlliyə qədər elmi, elmi-publisistik məqaləsi çap olunmuşdur.
Əsərləri
redaktə- V–VIII siniflərdə ədəbiyyat tədrisi.- Bakı: [s.n.], 1961.- 149 s.
- Yazı təliminin bəzi.- Bakı: Azərtədrisnəşr, 1961.- 183 s.
- Ana dili: [ibtidai məktəbin dördüncü sinfi üçün].- Bakı: Azərtədrisnəşr, 1963.- 195 s.
- Dil ədəbiyyat dərslərində şagirdlərin sosialist vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsi.- Bakı: Azərtədrisnəşr, 1963.- 58, [2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Azərtədrisnəşr, 1964.- 195 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Azərtədrisnəşr, 1965.- 227 s.
- Dördüncü sinfin Ana dili dərsliyinə metodik göstərişlər.- Bakı: [s.n.], 1965.- 43 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1966.- 226 s.# Orta məktəbdə ədəbiyyat tədrisi.- Bakı: Maarif, 1966.- H. I.- 291 s.
- Orta məktəbdə ədəbiyyat tədrisi.- Bakı: Maarif, 1966.- H. II.- 310,[2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1967.- 226, [2] s.
- Ədəbiyyat dərslərində bədii təhlil.- Bakı: Maarif, 1967.- 93, [3] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1968.- 226, [2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1969.- 226 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1970.- 226, [2] s.
- Azərbaycan ədəbiyyatının tədrisi tarixindən.- Bakı: Maarif, 1971.- 204 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1973.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1974.- 261, [3] s.
- VI sinifdə ədəbiyyat dərsləri: [müəllim üçün vəsait].- Bakı: Maarif, 1975.- 156 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1975.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1976.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1978.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif ].- Bakı: Maarif, 1978.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1979.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1980.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1981.- 261 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1982.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1983.- 259 s.
- Ədəbiyyat tədrisində bədii təhlil: [müəllimlər üçün metodik vəsait].- Bakı: Maarif, 1983.- 131 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1984.- 259, [5] s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1985.- 228 s.
- Uşaq və zaman.- Bakı: Yazıçı, 1986.- 164 s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1987.- 228, [2] s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1989.- 228 s.
- dəbiyyat: [7-ci sinif üçün dərslik].- Bakı: Maarif, 1990.- 228 s.
- Ədəbiyyat tədrisi metodikası: [Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün dərslik].- Bakı: Bakı Universiteti nəşriyyatı, 1992.- 455 s.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Camal Məhərrəm oğlu Əhmədov: biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. ed. M. Vəliyeva, S. Əsədova; ixt. red. və burax. məs. K. Tahirov; red. G. Səfərəliyeva.- Bakı: [s. n.], 2015.- 158, [2] s.
- ↑ Cəfərov, N. Böyük ədəbiyyat müəllimi / N. Cəfərov // 525-ci qəzet.- 2018.- 16 yanvar.- S.7.
Ədəbiyyat
redaktə- Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.