Camal Yusifzade - Wikipedia
Camal Yusifzadə (tam adı:Camal Yusif oğlu Bağırov) — azərbaycanlı şair, dramaturq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2006).[1]
Camal Yusifzadə | |
---|---|
Camal Yusif oğlu Bağırov | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADU-nun tarix fakültəsi |
Fəaliyyəti | şair, dramaturq |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | Azərbaycanın Əməkdar jurnalisti |
Həyatı
redaktəCamal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.
Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur (1972-1990).
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998).
1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləmişdir. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulmuşdur.
4 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub.
Əsərləri
redaktə- Lənkəran nəğməsi. Bakı: Gənclik, 1970, 22 səh.
- Atlılar, qanadlılar. Bakı: Gənclik, 1975, 53 səh.
- Yol içində milyon seçdik. Bakı: Gənclik, 1980, 56 səh.
- Payızdan gələnlər. Bakı: Yazıçı, 1983, 88 səh.
- Ümiddən keçən yol. Bakı: Yazıçı, 1988, 88 səh.
- Küləyi döymək olmaz. Bakı: Gənclik, 1993, 48 səh.
Filmoqrafiya
redaktə- Müqtədir ədib ( film 2015) (S.S. Axundov)
- Gələcəyə gedən yolda (film 2015) (Qılman İlkin haqqında)
- Kim məni xatırlasa ( film 2014 ) ( N. Xəzri haqqında)
- Ömrün yuxuları (film 2014 ) ( C.Məmmədquluzadə haqqında)
- Füzuli rindu şeydadı (film 2013 )
- Rauf Kazımovski ( film 2012 )
- Gəl sevək bu həyatı... ( film 2013) ( İslam Səfərli haqqında)
- Zamanın abidəsi (sənədli film 2012) ( M.Hadi haqqında)
- Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-ssenari müəllifi
- Ağaxan (film, 2006)
- Aqşin Əlizadə (film, 2011)
- Ana duasından başlanan yol (film, 2001)
- Aşıq Məhəmməd Sadaxlı (film, 2003)
- Aşiqlər (film, 2008)
- Atəşgah (film, 2001)
- Ayna (film, 2000)
- Azərbaycan çayı (film, 2003)
- Azərbaycan çinisi (film, 2000)
- Azərbaycan üzümü (film, 2002)
- Bakı SOS Uşaq Kəndi (film, 2001)
- Başmaq (film, 2001)
- Bir ocağın nuru (film, 2001)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Çiçi xalçaları (film, 2002)
- Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
- Dan ulduzu, tale ulduzu (film, 2001)
- Daşları dindirən alim (film, 2001)
- Dədə Qorqud axtarışında (film, 2000)
- Dədəgünəş (film, 2000)
- Dönüş (film, 1999)
- Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
- Əliməmməd dayı (film, 2001)
- Əsrin şahidi (film, 2002)
- Əzizə Cəfərzadə (film, 1999)
- Əzvay (film, 2005)
- Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
- Girdiman (film, 2003)
- Həsən Abdullayev xatirələrdə... (film, 2007)
- Həsən Əbluc (film, 1999)
- Xalq rəssamı Kamil Əliyev. İlmələrdə yaşayan ömür (film, 1999) (tammetrajlı sənədli film) (TV)
- İlisu (film, 2006)
- İşıq (film, 2000)
- Kainatın Həsrəti (film)
- Kəngərlilər (film, 1999)
- Küyçü Həmid (film, 2000)
- Lahıc (film, 2004)
- Maraqlı adamlar (film, 1999)
- Məhəbbətin hökmü (film, 1998)
- Məmməd Aslan (film, 2003)
- Mirvarid (film, 1998)
- Mirzə Babayev (film, 2001)
- Molokanlar. Saf ruh (film, 2004)
- Mötəbər insanlarımız (film, 2003)
- Muğanın Sarvanı (film, 2002)
- Müsafir (film, 2001)
- Musiqişünas (film, 2001)
- Ömrün yuxuları (film, 2001)
- Ömürdən qalan izlər (film, 2001)
- Qabil (film, 2001)
- Qara Qarayev (film, 2003)
- Qax abidələri (film, 2001)
- Rəhilə Həsənova (film, 2000)
- Şahmat nağılı (film, 2001)
- Şəkidə toy (film, 2002)
- Sənsiz (film, 1998)
- Səsin Məcnunu (film, 2002)
- Şirin bülbül (film, 2000)
- Son zəng (film, 1999)
- Şuşa (film, 2001)
- Tanrıya tapınan Kiş (film, 2001)
- Tarixin şahidləri (film, 2003)
- Teatr (film, 2004)
- Tənha ruh (film, 1998)
- Teymur Əmi (film, 2002)
- Xan sarayı (film, 1993)
- Yay yağışları (film, 1999)
- Yeraltı şəhərin izi ilə (film, 2004)
- Yorulmamışam. Rövşən Behcət (film, 2007)
- Zaqatala qoruğu (film, 2001)
- Zəli (film, 2003)
- Zirvədən boylanan Xınalıq (film, 1999)
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.