Casus Foederis - Wikipedia
Casus foederis və ya casus fœderis Latın dilindən tərcümədə "müqavilənin qüvvəyə minməsi və məcburi olması şərti" deməkdir. Diplomatik dillə ifadə edilərsə, o, ittifaqın şərtlərinin qüvvəyə mindiyi vəziyyəti təsvir edir və müttəfiqlərdən birinə hücum edildiyi zaman hücuma məruz qalmış olan müttəfiqə hərtərəfli tədbirləri nəzərdə tutur.
Casus foederis, müdafiə ittifaqı vəziyyətində müttəfiqlərdən birinə qarşı müharibə elan edildikdə və ya başladıldıqda baş verir. Müttəfiqlik müqavilələri tez-tez nəyin casus foederis hesab ediləcəyini müəyyənləşdirir.[1]
Tarixi nümunələri
redaktəNATO
redaktəNATO-nu yaradan Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi “casus foederis” kimi təsvir edilir və bu maddəyə görə onun üzvlərinin hər hansısa birinə hücum edilərsə və ya hücum təhlükəsi olarsa, buna qarşı müdafiə təmin edilir və bu üzvə edilmiş hücum təşkilatın bütün üzvlərinə qarşı edilmiş olan hücum kimi dəyərləndirilsə də, sözügedən maddənin reallıqda tətbiqi sadəcə olaraq bircə dəfə həyata keçirilmişdir. 2001-ci il sentyabrın 11-də ABŞ-a edilmiş olan hücumlardan sonra təşkilata üzv ölkələr Vaşinqton administrasiyasına hərbi dəstək vermək məcburiyyətində qalmışdırlar.[2][3]
İstinadlar
redaktə- ↑ Lassa Oppenheim, Hersch Lauterpacht. International Law: A Treatise, 8th Ed., Vol. 1 (Türk dili). New York: Longmans, Green & Co. 1955. 963–964, 1072. ISBN 978-0582302457. 14 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.
- ↑ Hasselbach, Christoph. "Dünden bugüne NATO'daki anlaşmazlıklar". Deutsche Welle. 11 avqust 2017. 13 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2017.
- ↑ Robert Czulda, Robert Łoś. NATO Towards the Challenges of a Contemporary World 2013 (Türk dili). Varşova: International Relations Research Institute. 2013. 63, 316. ISBN 9788362784035. 17 avqust 2017 tarixində arxivləşdirilib.