Ceyms Braun - Wikipedia
Ceyms Braun (ing. James Joseph Brown, 3 may 1933, Cənubi Karolina - 25 dekabr 2006, Atlanta) - ABŞ-lı ifaçı, musiqi sözlərinin müəllifi, soul və funk musiqisi janrılarının yaradıcısıdır. Bir sıra filmlərdə rol almışdır. Məşhur filmləri sırasında olan 1985-ci ildə çəkilmiş "Rokki 4" adlı filmdə epizodik rolda çıxış etmişdir.
Ceyms Braun | |
---|---|
ing. James Brown | |
Ümumi məlumatlar | |
Doğum adı | James Joseph Brown |
Doğum tarixi | |
Doğum yeri | ABŞ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | ABŞ |
Vəfat səbəbi | ağciyər iltihabı, ürək çatışmazlığı |
Milliyyəti | Afro-amerikalı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, bəstəkar, rəqqas, musiqi prodüseri, siyasətçi, pianoçu, gitaraçı, prodüser |
Fəaliyyət illəri | 1954–2006 |
Janrlar | soul[1], fank[d], blüz, qospel |
Musiqi alətləri | gitara, orqan, zərb qurğusu[d] |
Səs tembri | bariton |
Albom şirkətləri | Polydor Records |
Mükafatları |
|
godfatherofsoul.com | |
Vikianbarda əlaqəli mediafayllar |
həyatı
redaktə20-ci əsr pop-musiqisinin ən tanınmış nümayəndələrindən biri. Yoxsul ailədə doğulmuşdur. 1954-cü ildə The Famous Flames musiqi kollektivinə üzv olan Braun tezliklə onun liderinə çevrildi. Braunun 1956-cı ildə buraxılmış “Please Please Please” sinqli emosional ifa tərzi ilə (sonralar bu “soul” adlandı və ritm-end-blüz çartlarına daxil oldu) seçilirdi. 1960-cı illərin ortaları Braunun musiqi karyerasında qızıl dövr adlanır: onun populyarlığı bütün ölkəni fəth etdi. “İt’s a Man’s, Man’s, Man’s World” balladası, “I Got You (I Feel Good)” mahnısı, “Qremmi” mükafatına layiq görülmüş “Papa’s Got a Brand New Bag” kompozisiyası və s. bu illərdə yaranmışdır. Fank üslubunda yazılmış ilk kompozisiya da Brauna məxsusdur. Braunun 1970-ci illər yaradıcılığında “Say It Loud – I’m Black and I’m Proud” (“Ucadan de ki, mən qarayam və bununla fəxr edirəm”) kimi mahnılar üstünlük təşkil etmişdir. Braun tərəfindən təməli qoyulmuş fank sonralar “disko” rəqs üslubuna çevrilərək 1970-ci sonlarında bütün dünyada yayılmışdı.