Ceyms Kemeron - Wikipedia
Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır.[2][3][4]
Ceyms Kemeron | |
---|---|
ing. James Cameron | |
Doğum adı | James Francis Cameron |
Doğum tarixi | |
Doğum yeri | Kapuskasinq, Ontario, Kanada |
Vətəndaşlığı | Kanada |
Həyat yoldaşı | |
Uşaqları | Ceyms Kemeron, Devi Kemeron |
Atası | Filip Kemeron |
Anası | Şirli Kemeron |
Fəaliyyəti | rejissor, prodüser, redaktor, ssenari müəllifi |
Fəaliyyət illəri | 1978–bu günə kimi |
Təhsili |
|
Boyu | 188 sm |
Mükafatları |
|
IMDb | ID0000116 |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəKameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib.
Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub. Cameron Amerika montajçılar cəmiyyətinin üzvüdür.
Lightstorm Entertainment prodüser şirkəti ona məxsusdur. Bu şirkəti Larri Kasanoffla birlikdə 1990-cı ildə açmışlar. Şirkət Terminator 2: Axirət günü, Titanik , Avatar kimi filmlərə prodüserlik edib.
Cameronun dediyinə görə ona işlərində yaxşı mənada təsir edənStanley Kubrick olub.
Ceyms Kemeron ateistdir. Ondan soruşanda ki, dünyadan köçmüş insanlardan kimlə görüşmək istərdiniz? Cavabı belə verir: "İsa peyğəmbərlə. Ondan soruşmaq istəyirəm ki, bütün bu işləri necə edib. Bu ideologiyanı bu qədər insanın beyninə necə yeridib."
İlk dəfə tarixdə James Cameron xüsusi effektlər üçün "morphing" adlanan kopyuter proqramından istifadə edib. Əsasən də Terminator 2: Axirət günü filmində "morphing" özünü daha çox göstərib. Robert Patrick bu proqramın köməyi ilə öz formasını dəyişirdi.
Filmoqrafiya
redaktəİl | Filmin orijinal adı | Filmin Azərbaycan dilində adı | Vəzifəsi |
---|---|---|---|
1981 | Galaxy of Terror | Qalaktik terror | ikinci dərəcəli rejissor |
1981 | Piranha II: The Spawning | Pirana 2 | rejissor, ssenari həmmüəllifi |
1984 | The Terminator | Terminator | rejissor, ssenari həmmüəllifi |
1985 | Rambo: First Blood Part II | Rembo: Birinci qan. II hissə | ssenari həmmüəllifi |
1985 | Rambo: First Blood Part II | Rembo: Birinci qan. II hissə | ssenari həmmüəllifi |
1986 | Aliens | Yadlar | ssenari müəllifi, rejissor |
1989 | Abyss | Uçurum | rejissor, ssenari həmmüəllifi |
1991 | Terminator 2: Judgment Day | Terminator 2: Axirət günü | prodüser, rejissor, ssenari həmmüəllifi |
1991 | Point Break | Qırılma nöqtəsi | icraçı prodüser |
1994 | True Lies | Həqiqi yalan | rejissor, ssenari həmmüəllifi, prodüser |
1995 | Strange Days | Qəribə günlər | süjet müəllifi, ssenari həmmüəllifi, prodüser |
1997 | Titanic | Titanik | rejissor, ssenari müəllifi, prodüser |
2002 | Solaris | Solaris | prodüser |
2009 | Avatar | Avatar | rejissor, ssenari müəllifi, prodüser |
2011 | Sanctum | Sanktum | icraçı prodüser |
2012 | Cirque du Soleil: Worlds Away | Soleil Sirki: Serhli dünya | icraçı prodüser |
2019 | Alita: Battle Angel | Alita: döyüş mələyi | ssenari həmmüəllifi, prodüser |
2019 | Terminator: Dark Fate | Terminator: Qara talelər | süjet həmmüəllifi, prodüser |
İstinadlar
redaktə- ↑ 1 2 http://www.filmreference.com/film/71/James-Cameron.html.
- ↑ Than, Ker. "James Cameron Completes Record-Breaking Mariana Trench Dive". National Geographic Society. 25 March 2012. 16 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
- ↑ Broad, William J. "Filmmaker in Submarine Voyages to Bottom of Sea". New York Times. 25 March 2012. 29 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.
- ↑ AP Staff. "James Cameron has reached deepest spot on Earth". MSNBC. 25 March 2012. 19 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2012.