Cilovluq - Wikipedia
Cilovluq, Cilovluq faciəsi və ya Cilovluq soyqırımı — 1918-ci ilin mart ayınd minlərlə Azərbaycan türklərinin, xüsusilə Urmiya, Xoy və Salmas şəhərlərində yaşayanların ermənilər və cilovlar/cilolar (aysorlar) tərəfindən qırğınlara məruz qaldıqları hadisə nəzərdə tutulur.
Cilovluq soyqırımı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | Urmiya, Xoy, Salmas |
Tarix |
|
Hücum metodu | Soyuq və odlu silahlarla kütləvi hücum |
Bu qırğınlar zamanı 200–500 min şiə-müsəlman azərbaycanlının qətlə yetirildiyi iddia edilməkdədir.[1] Bu say o zaman Cənubi Azərbaycanda yaşayanları təxminən 15 faizini təşkil etməkdə idi.
Cilov sözü Cilo sözündən gəlməkdədir. Cilo Van gölünün cənubunda, müasir Türkiyənin Hakkari vilayəti ərazisində yerləşmiş bir inzibati vahiddir.[2] Burada əsasən aysorlar, bir qədər də kürd məskunlaşmışdı. Birinci Dünya müharibəsinin başlamasından sonra aysorlar Rusiya imperiyası ilə ittifaqa girdilər və buna görə də Osmanlı imperiyası tərəfindən bu bölgədən sürgün edildilər. Bundan sonra aysorların əsas hissəsi İrana, əsasən də İran Azərbaycanına qaçdı. Onları təqib edən Osmanlı imperiyası və onunla ittifaqda olan kürd tayfaları İran Azərbaycanının qərbinə daxil oldular.[3]
Bu hadisələr zamanı aysorlar ermənilər ilə ittifaq formalaşdırılaraq, Rusiya, İngiltərə və Fransadan dəstək alaraq İran Azərbaycanın qərbində yaşayan əsasən Azərbaycan türklərinə qarşı qırğınlar təşkil etdilər.
Zəmin
redaktə1900-cü illərin əvvəllərində erməni millətçiləri ilə Rusiya arasındakı gərginlik artmasına baxmayaraq, Birinci Dünya müharibəsinin başlanması və Osmanlıdakı ermənilərin sürgünü bu gərginliyi arxa plana keçirdi. Osmanlının düşməni olan Rusiya təbii olaraq erməni millətçilərinin müttəfiqi hesab olunurdu. Ruslar 1914–1915-ci illər arasında Osmanlıdan yeni işğal edilmiş ərazilərdə, Van gölü ətrafında, ermənilər üçün bir dövlət qurmağa cəhd göstərdilər. Müharibə zamanı ermənilər Rusiyanı dəstəkləyirdilər ki, bu da Osmanlının narahatlığına səbəb oldu.[4]
Şimal-qərbi İranda, Osmanlı ordusunun son qalıqları ilə rusların döyüşdüyü ərazilərdə yaşayan xristian aysorlar da çətin vəziyyətlərlə üzləşirdilər. Urmiya, Nestoriyan aysorların bir icmasına sahib idi və bu əhali Osmanlı ilə döyüşən rus qüvvələri tərəfindən qorunurdu.[5] Bundan əlavə, Urmiyada Fransız və Amerika missioner təşkilatlarının təşviqi ilə Osmanlının şərq əyalətlərindən xeyli sayda aysor, Qərbi [Cənubi] Azərbaycan bölgəsinə sığınmışdı. Onların sayı təxminən 50 min nəfərə çatırdı.[6]
Rus inqilabından sonra aysorlar himayəsiz qaldılar. Aysorları mühüm silahlı dəstələri olmasına baxmayaraq, onlar yenə də nizamlı Osmanlı ordusu və qeyri-nizami kürd qüvvələrinə qarşı müqavimət göstərə bilmək üçün böyük bir gücün dəstəyinə ehtiyac duyurdular. Aysor ordusu Osmanlı ordusunun şimal cinahını ciddi şəkildə təhdid etdiyi üçün, İngiltərə aysorların dəstəkləyicisi rolunu öz üzərinə götürdü. İngilislər aysorları öz məqsədlərinə cəlb etmək üçün müstəqil Aysor dövləti qurulmasını vəd etməyə hazır idilər. Mar Şimon qeyd edir ki, "Britaniya hökuməti xüsusi olaraq Aysor xalqını türklərə qarşı müqavimət təşkil etməyə təşviq etmək məqsədilə, Kapitan George F. Gracey vasitəsilə (o, İntelligence Service-in nəzarətində fəaliyyət göstərirdi), 1917-ci ilin dekabrında və ya 1918-ci ilin əvvəllərində təşkil olunan bir toplantıda, aysor əsgərlərin təchizat və maaşlarını təmin etməyə və aysor xalqını dəstəkləməyə söz vermişdi".[7]
İranın o zaman Milli Şura Məclisinin nümayəndələrindən olan Yəhya Dövlətabadi belə yazır:[8]
İllər boyu Osmanlı dövlətinin erməniləri, yəni (Daşnaksütyun firqəsi) Osmanlı dövlətinə qarşı fəaliyyət və iş aparıblar. Osmanlı dövləti onların törətdiyi fəsadlara qarşı çıxıb, onların hərəkətlərinin qarşısını alıb. Neçə il bundan öncə Van döyüşündə Osmanlı qoşunu ermənilərin hücumu ilə üzbəüz oldu. Bu hücumlar rusların himayəsi ilə ermənilərin uğuru ilə başa çatdı. Bu döyüşdə ruslar qazandıqdan sonra müsəlmanları öldürüb, onların yurdlarını talayıb, onların namuslarına təcavüz etdilər. Osmanlı qoşunu da onların intiqamı üçün ruslarla iş birliyi edən erməniləri tutub, onları qovdu.
Azərbaycan türkcəsində və Osmanlı türkcəsində cilo/cilov adlanan Türkiyə aysorları və ermənilər, Birinci Dünya müharibəsində Osmanlı hökumətinə zərbə vurmaq məqsədilə ruslarla əlbir olub Osmanlı hökumətinə qarşı çıxdılar. Osmanlı hökuməti bundan xəbərdar olub qarşıdurmanı yatırdıqdan sonra qalan aysorlar və erməniləri müasir Qərbi Azərbaycan ostanına yerləşdilər. Bu bölgəyə yerləşdirildikdən sonra onlar öz aralarından nizami qüvvələr təşkil etdilər. İlk növbədə Rusiya imperiyasına, Rusiya imperiyası orduları Azərbaycan ərazisini tərk etdikdən sonra Böyük Britaniyanın köməkliyi ilə 10 min nəfərlik ordu formalaşdırdılar. Bu formalaşdırılan ordu Qacar İranın zəifliyindən istifadə edərək Şəmsi 1396-cı ildə Urmiya şəhərini ələ keçirdilər.[9][10]
Rusların bölgədə möhkəmlənməsindən sonra Urmiya xristianları onlarla yaxınlaşdılar və əvvəlki dövrlərdə kürdlərin onlara etdikləri zülmə görə şəhər və kəndlərdə müsəlmanları incidməyə başladılar. Bu hadisələr bölgə müsəlmanları arasında ciddi narahatlığa yol açsa da, rusların qorxusundan bu məsələni dilə gətirmək də mümkün olmamışdı.[11]
Vasili Nikitin, rus konsulu Urmiya şəhərində ermənilər və ciloların Osmanlıdan gəlmələrini "İran" kitabında belə yazıb:
Asurilərin ruhani başçıları Mar Şimon adıyla bir adam idi. Bu zaman rus generalını görmək, onunla əlbir olub və türklərə qarşı olan savaşlarda iştirak etmək üçün gəlmişdi. Nestorian qəbilələrinin ruhani başçısı Mar Şimondur. Bunlar Sancaq, Gəvər və Van vilayətində yaşamaqdadırlar. Nesturilərin ictimai baxımından öz qonşuları olan kürdlərlə elə bir fərqləri yoxdur. Fərqlilik sadəcə bundadır ki, hər tayfanın başında bir keşiş var və onların hökumət təşkilatları təxminən ruhanidir və aşirət şəklində yaşayırlar. Hər qəbilənin özünə aid bir rəisi var, məlik adlanır. Bu qəbilələr heç bir zaman sayıla bilməyib və həmişə Türkiyənin iqtidar məmurlarından uzaq gəzir və dağların əlçatmaz yerlərində yaşayırlar. Bunların sayı bəlkə 30 ilə 50 min nəfər ola.
Urmiyada xristianların etdiyi qırğınlar
redaktə1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan aysorlar Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları "cilov" adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü.[12][13]
Böyük Britaniya və Fransa rusların İranda Osmanlı və Alman imperiyaları qarşısında dayana bilməyəcəklərini anladıqdan sonra aysorların lideri Mar Şimon ilə İran və Osmanlı ermənilərin də daxil olduğu dəstələr formalaşdırmaq barədə danışıqlara başladılar. Onlar bu məqsəd üçün Culfa vasitəsilə Urmiyaya getdilər. Urmiyada amerikan missionerlər də onlara bu işdə yardım edirdilər. Missionerlərin istifadəsində olan və ABŞ-dan yardım üçün göndərilən pullar aysor və erməni hərbi dəstələr formalaşdırılmasına yönəldildi.[14]
1917-ci ilin sentyabrında Fransa Rusiyaya Osmanlıya qarşı döyüşdə yaralananların müalicəsinə yardım üçün mobil ambulans göndərdi. İlk əvvəllərdə Tiflisdə yerləşdirilən bu tibbi yardım mərkəzi sonradan Urmiyaya göndərildi. Rusiyanın bölgədən geri çəkilməsindən sonra bu qurum yerli xristian silahlı dəstələr üçün hərbi və tibbi yardım göstərməyə başladı. Lazaristlər, yəni Fransız Katolik Kilsəsi missonerləri təbiətlərinə uyğun olaraq qatı katolik idilər və protestantlara, dünyəvi şəxslərə düşmən mövqedə idilər.[15] Fransız hökumətinin dünyəvi olmasına baxmayaraq, dövlət katolik missiyalardan İrana təsir etmək üçün istifadə edirdi. Amerikan missiyasınnı rəhbəri və 1918-ci ilin yanvarından etibarən rəsmi olaraq Amerikanın Urmiyadakı konsul köməkçisi olan Dr. Şedd dini yardım qaynaqlarının müharibə ehtiyacları üçün sərf edilməsini əsaslandırmaq üçün bildirirdi ki, bu xərclər sonradan Britaniya hərbi dairələri tərəfindən ödəniləcəkdir. Əvvəlcə Britaniya Xarici İşlər Nazirliyi bu xərcləri ödəməkdən imtina etdi, lakin nəticədə kapitan Qreysinin erməni-assuriya ordusuna verdiyi vədlərə dair sübutlar ortaya çıxandan sonra ödədi.[16]
Nəticədə Mar Şimon və digər aysorlar özləri üçün Urmiya bölgəsində müstəqil aysor dövlətinin yaradıla biləcəyi barədə ümidlənməyə başladılar.[17]
Mar Şimon, Ağa Petros və digər aysor liderləri Şedd ilə birlikdə və Nikitinin köməkliyi ilə Hacı Mostaşarın mülküntə hərbi birlik formalaşdırdılar və yerlilərdən əsgər toplamağa başladılar. Fevra ayında (bəhmən ayı) bir aysor iki müsəlmanı və bir yəhudini bazarda qətlə yetirdi və bu toqquşmaya səbəb oldu. Nəticədə daha dörd nəfər də öldürüldü. Bundan sonra silahlı aysorlar Urmiyanın ətrafındakı kəndlərə hücumlar etməyə başladılar və nəticədə yüzlərlə insan həyatını itirdi. İki nəfərin şəhəri kənarında öldürülərək meyidi ortalıqda buraxılmış şəxsi dəfn etməyə çalışması tam həcmli toqquşmaların meydana çıxması ilə nəticələndi. Xristianlar şəhərdə qarşılarına çıxan hər kəsi güllələməyə başladılar və aysorlar şəhəri topa tutdular. Sonda bir nümayəndə heyəti rus konsulluğuna Mar Şimon ilə görüşməyə göndərildi.[18]
Şəhərdə rus zabitin komandanlığında olan kazaklar ağ bayraq qaldıraraq aysorların daha da cəsarətlənməsinə səbəb oldular. Bundan sonra kazakların binası da aysorların hücuma məruz qaldı. Aysorlar tapa bildikləri bütün kazakları qətlə yetirdilər. Bütün Urmiyanı əhatə edən qırğınlar zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 10 min insan qətlə yetirildi. Bu rəqəm sadəcə Urmiya şəhərini əhatə etməkdədir. Halbuki ətraf kəndlərdə də qırğınlar həyata keçirilmişdi.[18]
Bundan sonra Mar Şimun diqqətini Salmas üzərinə dikərək, onu öz nəzarəti altına almağa çalışır. Aysorların və ermənilərin məhdud sayda olduğunu dərk edərək Simko ilə müttəfiq olmağa çalışırdı.[19]
Rus inqilabının təsirləri
redaktəFevral inqilabı
redaktə1917-ci ildə Rusiya inqilabı baş verdi və İranda ruslar tərəfindən dəstəklənən qüvvələr üçün vəziyyət anidən pisləşdi. İranda yerləşdirilmiş bir çox rus döyüşçüsü öz komandanlarının əmrlərini dinləməməyə başlamışdılar və yaşayış məntəqələrində yağmalar həyata keçirməyə başlamışdılar. Məsələn, 14 tir tarixində Urmiyada bazar qarət edildi. Qarət zamanı 3 nəfər öldürüldü və bazarın özü də yandırıldı.[20]
Kəndlərdə aysorlar təkcə yağma etmədilər, eyni zamanda qırğınlar törətməyə də başladılar. Mordad ayının ortalarında, ermənilər, başıboş rus əsgərləri və aysorlar birlikdə Nazlıçay bölgəsində kütləvi qırğınlara başladılar. Bu proses zamanı 8 və ya 9 kənd dağıdıldı və kütləvi qırğınlar həyata keçirildi.[21]
Aban ayında ruslar və aysorlar öz fəaliyyətlərini davam etdirməkdə idilər. Hətta bu zaman onlar Aşura mərasimi zamanı ələ salmaq üçün bir nəfəri öldürüb, beş nəfəri də yandırmışdılar.[22]
Oktyabr inqilabı
redaktə1917-ci ilin Oktyabr İnqilabından qısa bir müddət sonra Urmiyada aysorlar "Azad Urmiya Assurilərinin Birləşməsi və İttifaqı Manifesti" adlı bəyanət dərc etdilər. Manifestin birinci fəslində müstəqil bir Aysor milli dövlətinin ərazi sərhədləri "Urmiya, Mosul, Tur Abdin, Nuseybin, Cizrə və Cularməg" kimi müəyyən olunmuşdu. Bəyanat, iqtisadiyyat, ticarət və, əlbəttə ki, hərbi sahələrdə azad Rusiya (yəni Çar Rusiyasından sonrakı Rusiya) ilə əməkdaşlıq tələb edir və Rusiya ilə ittifaq istəklərini ifadə edirdi.[23]
Mar Şimonun ölümü
redaktəÖzlərinə müstəqil dövlət qurmağa çalışan xristianlar saylarının azlığının fərqində idilər və buna görə də kürdlərin dəstəyini qazanmaq qərarına gəldilər. Onlar bu məqsəd üçün Sİmqonun daha çox yaradığını düşünməkdə idilər. Urmiyada qırğınların baş verməsindən 2–3 gün sonra Mar Şimon o, qırğınların baş verməsini pisləyərək geri çəkilmək istədiyini bildirdi. Əslində isə o, Salmasa gedib oranı ələ keçirmək və elə burada da Simko ilə Köhnə Şəhərdə görüşmək niyyətində idi. Əhməd Kəsrəvi bu ikisinin görüşü zamanı Mar Şimonun nə dediyinin bilinmədiyini, bildiklərimizin də Simkonun bildirdiklərindən bildiyimizi qeyd edir. Simko Mar Şimonun ona bunları dediyi qeyd etmişdir:[24]
İndi Kürdüstan adlandırılan bu torpaq bizim hamımızın vətəni idi, lakin dini ayrılıq bizi ayırdı və bizi bu vəziyyətə saldı. İndi biz qüvvələrimizi birləşdirməli, bu torpağı özümüzə götürməli və birlikdə yaşamalıyıq. Biz ordu toplamışıq, lakin süvarimiz yoxdur. Sənin çoxlu süvarilərin var və əgər sən bizə qatılsan Təbrizə gedərik və onu da ələ keçirərik.
Bu görüşün sonunda Simko və Mar Şimon razılığa gəlib əl-ələ görüşüblər və bir-birilərinə yardım sözü veriblər. Lakin Mar Şimon öz faytonuna minərkər Simko tərəfindən güllələnir və bunun ardınca onunla birlikdə olan bütün aysorlar da kürdlər tərəfindən öldürülür. Bu görüşdən təxminən 140 aysordan cəmi 1–2 aysor sağ qurtula bilir. Bu hadisəni Simko sonradan dəfərlərlə qürurla danışmışdır. O, bildirib ki, Mar Şimonun öldürülməsini əvvəldən planlamışdı, lakin aysorların bundan xəbər tutmaması üçün bunu qardaşı Əli ağadan başqa heç kimə deməmişdi. Eyni zamanda o, iranlıların bunu layiqincə qiymətləndirmədiklərindən də gileylənirmiş.[25]
Mar Şimonun ölümündən sonra Urmiya şəhəri
redaktəAysorlar öz liderlərinin öldürülməsindən xəbər tutduqdan sonra qəzəbləndilər və elə həmin gecə Köhnə Şəhərə hücum etdilər. Onlar şəhərdə qarşılarına çıxan hər bir kəsi öldürdülər və şəhəri yandırdılar. Şəhərdə mindən çox adamın öldürüldüyü bildirilir. 17–18 mart günü Mar Şimonun öldürülməsi Urmiyaya çatdıqdan sona ermənilər və aysorlar öz rəislərindən intiqam üçün onlara icazə verilməsini istədilər. 12 saatlıq icazə verildikdən sonra Urmiya şəhərində qırğınlar başladı. Bu hadisələr zaman yəhudilər də daxil olmaqla 10 min insanın öldürüldüyü bildirilməkdədir.[26]
Rəhmətullah Tovfiq öz kitabında yazır:[27]
Mirzə Məmməd Üsuli müctəhid cənabları Allah xatirinə və Allah rizasına görə ölülərin dəfn edilməsini istədi. Mən də ürəkdən qəbul edərək, doktor Şud mühafizləri ilə birlikdə və 100 nəfər yardımçı ilə sahibsiz ölüləri evlərdən, küçələrdən yığışdırıb, Hacı Xan məscidinin qarşısında böyük yer qazıb, ölülərin hamısını bir-birinin üstünə yığıb torpağa tapşırdıq.
Bu hadisələrdən sonra Ağa Petros Mar Şimonun qisası üçün Simkonun Çehriqdəki qərərgahına rus topları ilə hücum etmək qərarına gəldi. İsmayıl ağanın qaçmasından sonra Çəhriqdə qalan bütün kürdlər də öldürüldülər. Simkonun anası və qardaşı Cəfər ağanın qızı ələ keçirildi. Ağa Petros zəfər qazanaraq Urmiyaya geri döndü. Lakin Salmasın Dilmaqan bölgəsində əhalinin silahlanmasına və Təbriz ilə Şərəfxanadan yardım gəlməsinə görə qırğın baş vermədi. Sonra Urmiyadan əlavə xristian dəstələri Dilməqana gəldilər. Burada xristianların sayının artması müsəlmanların narahatlığına səbəb oldu. Aysorlar şəhərə heç bir müqavimətin göstərilməyəcəyi halda qırğının olmayacağını bildirdilər. Bu zaman yerli məmur Vatuq əl-Məmalik şəhəri təslim etmək qərarına gəldi. Bu zaman əhalinin bir hissəsi qaçdı, bir qismi isə evlərində qaldılar. həmin gecə xristian hərbi lider Samoon və ermənilərdən ibarət silahlı dəstə şəhərə daxil oldu və yağma baş vermədi. Lakin sabah Çəhrikdən Ağa Petrosun rəhbərliyində geri dönən dəstə şəhərə daxil oldu. Bununla da yağma, oğurluq və evlərə daxil olmalaq başladı. İnsanlar qaçmağa çalışsalar da, çoxu öldü, sağ qalmağı bacaranlar isə Xoy şəhəri əhalisi tərəfindən qarşılandılar.[28]
Sonradan aysorlar Simkonun Mar Şimonu Təbrizdəki Azərbaycan valisinin əmri ilə öldürüldüyünü bildirdilər. Onlar bununla Urmiya əhalisinə qarşı edilən qırğınları əlaqələndirmək istəyirdilər.[29] Lakin bu iddia aysorların qətldən dərhal sonra Simkonun Azərbaycan valisinin əmri istiqamətində hərəkət etdiyini necə anladıqlarını izah etməkdə yetərsiz qalır.
Seyid Məhəmməd Pişmamazın öldürülməsi
redaktəAysorlardan bir neçə nəfər Seyid Məhəmməd Pişnamazın evinə girib və silah istəyiblər. O, aysorların cavabında deyib:
Ağalar, sizin özünüz də bilirsiniz ki, mən ruhaniyəm. Məndə silah tapılmaz. Mənim üçün silah heç bir ehtiyac deyil və onunla tanışlığım yoxdur. Mən dava, savaş əhli deyiləm.
Aysorlar onun dediklərinə məhəl qoymadan döyməyə davam ediblər və silahını verməsi üçün israr ediblər. Seyid Məhəmmədin Allaha və Qurana heç vaxt silahı olmaması barədə and içməsinə baxmayaraq aysorlar tələblərində geri addım atmayıblar. Ən sonda isə Seyid Məhəmmədin sağ qolunu qılınc ilə kəsiblər. Hələ də Seyid Məhəmmədin silahının olmadığını bildirməsinə görə sırayla onun sol əli, sağ ayağı, sol ayağı da kəsilir və cəsədi parçalara ayrılır. Bildirilir ki, bu prose zamanı bütün otağın divarları qana qoyanıbmış. Ermənilər tərəfindən şəhər nizmiyyəsinin rəisi təyin edilən Aleksandr Manasiryan Milli Aşur Məclisinin nümayəndəsi olaraq Seyid Məhəmmədin qətlini araşdırmaq üçün onun evinə gedib. O, Seyid Məhəmmədin evinə daxil olduqdan sonra parçalanmış cəsədi, əlləri və ayaqları gördükdən sonra öz qərərgahına geri dönüb və dostlarına bunları deyib:[30][31][32]
Gedib dua edin ki, göylərdə və yerdə heç bir Allah olmasın. Yoxsa bu öldürmələri və yaratdığınız səhnəni gördüm, əmin oldum ki, Allah varsa, belə cinayətlər üçün onun qəzəbi və qəhri nə sizə, nə də bütün dünya xristianlarına aid olacaqdır.
Urmiya şəhərinin əhalisi bu faciəni eşidəndən sonra öz ölülərini unudub və onun halına matəm saxladığı bildirilir
Xristianların Urmiya hakimini öldürməsi
redaktəAzimüs-Səltənə Sərdar Ağaxanın oğlu Urmiyanın sayılıb-seçilən insanlarından biri idi. Onun əcdadları Urmiyada Qulamxan rüstəsinin əvvəlində Əbdüssəmədxan məscidini tikdirmişdir. Bu məscid Urmiya şəhərində ikinci böyük məscid sayılırdı. Sonralar Azimüs-Səltənə Sərdar onu təmir etdirdiyi üçün Sərdar məscidi adı ilə şöhrət qazanmışdır.[33]
Sərdar Cilovluq dövründə Urmiya şəhərinin hakimi olub və bu təyin olunma və seçilmə xristianların öz tərəfindən dəstəklənmişdir. Rəhmətullah Tofiqin yazdığı kitabda Sərdarın terrora məruz qalmasına belə işarə edir:[33]
Şaban ayının (1336-cı ay ilinin) axırlarında bir nəfər Fərhad adlı xristian Vəzirabad kəndinin rəiyyətləri ilə birlikdə günün işığında Darülhökuməyə gedib. Sərdar və Mirzə Əliağa Müəyyədülislam otaqdan çıxıb və içəri imarətə getdikləri zaman hər ikisini ortadakı dəhlizdə güllələyib, hər ikisi də o an dünyasını dəyişiblər. Qatil də bir naməlum xristian olub. Silahı əlində Sərdarın evindən çıxaraq uzaqlaşıb…
Urmiya kəndlərində baş vermiş hadisələr
redaktəUrmiyə bölgəsinin bütün kəndləri, Urmiyanın özü kimi, bu hadisələrdə ağır zərbə aldılar. Aysorlar çoxlu kəndləri talayıb sakinlərini öldürdükdən sonra Dağ Əsgərabad və Qəhrəmanlı kəndlərinə hücum etdilər. Bu kəndlərin möhkəm qalaları olduğu üçün şiddətli müqavimətdən sonra aysorların əlinə keçdilər. Buna görə də kənd və əhalisinə böyük təlafət verildi.[33]
Dağ Əsgərabad kəndi
redaktəƏsgərabad kəndi, Urmiya bölgəsində yerləşən kəndlərdən biridir. Kəndin ərazisin böyük divar və istehkam olduğu üçün onun əhalisi ermənilər və aysorların hücumuna müqavimət göstərməyi bacarmışdılar. Buna baxmayaraq, aysorlar və ermənilər 21 Şaban 1336 (1918) tarixində kəndin böyük qapısını topa tutub kəndə girərək böyük bir qırğın törətdilər. Bildirilənlərə əsasən, 200-ə yaxın uşaq, qadın və kişi kəndin məscidinə pənah gətirə bilmişlər, ancaq onların hamısı rəhm edilmədən öldürülmüşdülər. Bu hadisədən canlarını qurtaranların dediklərinə əsasən, məscidin içində ölülərin sayının çoxluğundan, ölülərin qanı məscidin içərisindən ətrafa axmışdı.[34][1]
Qəhrəmanlı kəndi
redaktəKəndin camaatı hücum edən aysorlar qarşısında öz canlarını və mallarını qorumaq üçün müdafiə təşkil edirlər. Buna görə də aysorlar əlavə qüvvə və artilleriya gətirməyə məcbur olurlar. Qala divarının topa tutulmasından sonra yaranan oyuqlardan aysor dəstələri kəndin içinə girməyi bacarırlar. Kənd sakinlərinin güllələri bitdikdən sonra hücum edən dəstələr kənddəki bütün yaşlı, qoca və kişiləri qətlə yetirirlər. Kəndin özü də yağmalanır.
Aysor ordusunun sayı
redaktəMar Şimon ilə birlikdə Osmanlı imperiyası ərazisindən 12 min aysor ailəsi gəlmişdi. Təxminən Urmiya, Salmas, Sulduz və ətraf ərazilərdəki 20 min ailə erməni və aysor ailəsi də onlara qoyulmuşdular. İrəvan, Van və Naxçıvandan da təxminən 5–6 min erməni ailəsi köçərək onlara qatılmışdılar. Onların birləşmiş ordusunda 20 min döyüşçü, 800 rus və 72 fransız zabiti var idi. Orduda eyni zamanda 25 top və 100 pulemyot da var idi.[35]
Urmiya şəhər bazarının yandırılması
redaktə1335-c iilin Tir ayının 15-də Urmiya bazarı yanmağa başlayır. Ətrafdakı insanların müdaxilə etməyə çalışmasına baxmayaraq, bazardakı malların xeyli hissəsi yandırılır. Bazarın yalnız aşağı hissəsi və ortalardakı dükanların bir hissəsini xilas etmək mümkün olmuşdur.[33]
Osmanlı imperiyasının (Cənubi) Azərbaycana geri dönüşü
redaktəƏrəblərin üsyanından və ABŞ-ın müharibəyə daxil olmasından sonra Osmanlı imperiyası İraq və digər yerlərdəki məğlubiyyətlərin əvəzini çıxmaq üçün Arazın cənubundakı və şimalındakı (Azərbaycan) türklər yaşayan yerləri ələ keçirmək qərarına gəldi. Bu yerlərdəki türklər də bu zaman ermənilər, gürcülər və aysorlarla müharibə şəraitində idilər. Pantürk hərəkatı olan Gənc Türklər Avropa torpaqlarının çoxunu itirdikdən sonra Rusiya imperiyası hesabına öz ərazilərini genişləndirmək istəyirdilər. Onların məqsədi şərqə doğru genişləyib türklərin yaşadığı Qafqazı və Mərkəzi Asiya ilə birləşmək idi. Bu zaman Osmanlı imperiyasında yaşayan ermənilər və aysorlar uğursuz üsyanlardan sonra imperiya tərəfindən sürgün edildilər.[36]
Osmanlı ordusunun İran Azərbaycanına gəlməsindən əvvəl demək olar ki, Salmasda heç bir yaşayış yeri qalmamışdı. Sadə insanlar ya öldürülmüş, ya da dağılmışdılar. Urmiyada bir qədər insan yaşasa da, hər gün hansısa öldürülmələr və ya yağmalama xəbərləri ilə keçirdi. Bu zaman ingilis generalı Denstervil Həmədan və Qəzvinə yerləşdi. İyunun ilk yarısında Osmanlı ordusunun bir hissəsi Xoydan keçərək Salmasa gəldi və burada Ağa Petros komandanlığındakı xristianların dəstəsini məğlub etdi. Salmasdakı xristianların Urmiyaya yönəlməsi yenidən toqquşmalara və dağıntılara yol açdı. Erməni könüllülərdən ibarət korpusun komandanı Andronik Ozanyan bu zaman Xoya hücum etdi və Osmanlı ordusu Urmiya ətrafından geri çəkilməyə məcbur oldu. Ermənistan Respublikasını quran daşnaklar Van, Naxçıvan və İrəvanın birləşdirilməsini vacib hesab edirdilər və Xoya hücum da bu kontekst də baş vermişdi.[37][38] Heyvaoğlunda baş vermiş döyüşdə Osmanlı ordusu məğlub oldu.[39] Xoyun dini rəhbərlərinin fətvalarından sonra[40][41] yerli əhali Osmanlı imperiyasına yardıma başladı və onlara əlavə dəstək qüvvələr gələnə qədər ermənilərə müqavimət göstərmələrinə səbəb oldular. Nəticədə ermənilər məğlub oldular. Nəticədə Osmanlı ordusu Xoy və ətrafındakı bütün erməniləri darmadağın etdilər.[42]
Bu uğursuzluqlardan sonra aysorlar Urmiyadakı şiddətləri daha da artırdılar və nəticədə yerli əhali Osmanlı ordusunu müdaxilə etməyə dəvət etdilər. Aysorlar Urmiyada şəhərin hörmətli şəxslərini belə öldürməkdən qaçınmırdılar. Belə adamların arasında parçalanaraq öldürülmüş Ağa Mir Məhəmməd Pişnamaz Xalxali kimi hörmətli seyidlər də daxil idi.[43][30][31][32]
Bu zaman bütün teleqraf xətləri kəsilmiş, yerli əhali dağılmış və regionun xarici aləmlə əlaqəsi mümkünsüz hala düşmüşdü. Aysorlar getdikcə daha da narahat olmaqda idilər, çünki Osmanlı ordusunun yaxınlaşmasından qorxurdular və Antanta qüvvələrinin harada olmasından xəbərsiz idilər. Tirin 16-da Bakıya doğru irəliləmək tapşırılmış Denstervilin ordusuna mənsub olan təyyarə Urmiyaya gəldo. Təyyarənin tapşırığı aysorları ingilis ordusuna cəlb etmək, onlardan istifadə edəərk Həmədan-Urmiya istiqamətində Osmanlı ordusunun təminat xətini kəsmək, Təbrizi ələ keçirib Qafqazı Osmanlılardan almaq idi. Bu hadisədən sonra Miyanə yaxınlığında Osmanlı ordusu və aysorlar arasında şiddətli toqquşma yaşandı və Osmanlı geri çəkildi. Osmanlı ordusunun Salmasa doğru irəliləməsi ilə daha çox qırğın da yaşandı. Eyni zamanda onların özü də kürdlərin, Azərbaycan türklərinin və Osmanlı ordusunun qisas hücumlarına məruz qaldılar. Qonşusunun evlərində gizlənən xristianlar belə Osmanlı ordusunun cəza tədbirlərindən yayına bilmədilər.[44][45] Osmanlı ordusunun gəlişi ilə aysorlar və ermənilər qırğınlar edə-edə qaçmağa başladılar. Hadisələr zamanı müsəlmanlara düşmənliyi ilə bilinən liderlərdən Dr. İsraeil də Osmanlı ordusu tərəfindən edam edildi. Aysorlardan təxminən 50 min nəfərlik qrup Sayınqalaya çata bildi və burada Denstervillə görüşdü. İngilis generalı onların Baqubehə yerləşdirilməsi istiqamətində əmr verdi. Tarixçi Əhməd Kəsrəvi düşünür ki, bu hadisələr zamanı 120 min müsəlman öldürülmüşdür, eyni zamanda xristianların da itkisi az olmamışdır. Bu hadisələrdən sonra Salmas və Urmiya bölgələrində əhali o qədər tükəndi ki, kənd yerlərində bütün məhsullar toxunulmaz qaldı. Osmanlı qüvvələri əkin toplamaq və şəhərlərə gətirmək üçün insanları kəndlərə köçməyə məcbur etdi.[46]
Hadisələrdə iştirak edənlərin taleyi
redaktəSimqo 1930-cu ildə İran hökuməti qüvvələri tərəfindən məğlub edildi, dəstək toplaya bilmədi və öldürüldü. Urmiyada azərbaycanlılara qarşı qırğınları təşkil edən amerikalı missoner Dr. Uilyam Şedd Sayınqalada teleqraf mərkəzində öldü və elə orada dəfn edildi. Sonradan arvadı tərəfindən onun cəsədi çıxarıldı və Təbrizin xristian qəbirstanlığında basdırıldı."The Life of John Haskell Shedd". www.mazdapublishers.com. İstifadə tarixi: 29 noyabr 2024.
İngilislər tərəfindən Baqubehə yerləşdirilən aysorlar içərisində olan Ağa Petros sonradan Lozan Konfransında Türkiyəyə dəstək verdiyini ifadə etdi. O, Hakkarı sancağında aysorların yenidən məskunlaşmasına icazə veriləcəyi halda Türkiyəyə sadiq olacağına söz versə də, onun bu təklifi rədd edildi.[47] Aysorların yerdə qalan qismi İraqda qaldılar. Kanadada uşaq evinin maliyyə baxımından yanlış idarəetməsinə qarışan Ağa Petros həbsdən qaçmaq üçün Vatikana getdi[48] və orada aysorları katolik edəcəyi vədini verdi. Bunun qarşılığında Vatikandan iki medal da almağı bacardı.[48] Sonda ürək çatışmazlığında Tuluz şəhərində 52 yaşında öldü.
Andronik Ozanyan da ABŞ-ın Kaliforniya ştatında öldü. Onun bu ölümündə Xoydakı məğlubiyyətinin də rol oynadığı ehtimal edilir.[49][50]
Urmiyadakı ABŞ misisoner mərkəzində Dr. Şedddən sonra vəzifəcə ikinci şəxs olan Dr. Herri P. Pakkard aysorların şəhəri işğalı zamanı onların polis rəisliyini etmişdi.[16] Münaqişə sonlandıqdan sonra o, Urmiyaya geri döndü. Yerli hali onun kürd tayfa rəisləri ilə maliyyə əlaqələrinə şahidlik edir, onun mühafizəçilərinin kürdlərdən olduğunu görürdülər və buna görə də ona şübhə ilə yanaşırdılar. Simqonun Urmiyaya uğursuz hücumundan sonra yerli əhali ABŞ missionerləri mərkəzinə hücum etdilər və orada olan 900 xristiandan 270-i öldürdülər. Lakin İran hökumətinin müdaxiləsi ilə Pakkar və ailəsinin həyatı qurtarıldı və 28 may 1919-da Tehrana aparıldılar. Əhməd Kəsrəvi bu hadisə zamanı 60 nəfərin öldürüldüyünü bildirir.[51] Pakkard 1923-cü ildə yenidən geri dönməyə çalışırdı. Lakin o zamanki xarici işlər naziri Dr. Məhəmməd Müsəddiq "Dr. Pakkard əvəvllər inqilabi fəaliyyətlərə qarışıb və onun geri dönüşü keçmiş problemləri geri qaytarar" deyərək bu istəyi rədd etdi.[52] Professor Zirinski düşünür ki, Pakkardın yenidən Urmiyaya dönüşü ağılsız bir addım idi. Çünki onun yenidən Urmiyada görünməsi və kürdlərlə olan əlaqələri də nəzərə alındıqda əhalidə ingilislərin əli ilə Urmiyanın ölkənin yerdə qalan qismindən ayrılacağı yönündə əsaslı hesab edilə biləcək qorxuya səbəb olmuşdu.[52]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Malekzadə Dilməqani, 1385. səh. 82, 182
- ↑ Kəsrəvi, 1393. səh. 62
- ↑ Heydəri, 1393. səh. 224, 236
- ↑ Peimani, 2009. səh. 237
- ↑ Gorder, 2010. səh. 71-72
- ↑ Kəsrəvi, 1393. səh. 621-622
- ↑ Petrosian, 2006. səh. 113–148
- ↑ اصغر حیدری. "هولوکاست جیلولوق در ایران و نقش انگلستان در آن یا تلاش انگلستان برای تشکیل جمهوری ارمنستان در خاک ایران". www.ensani.ir. 1 may 2013. 22 noyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2024.
- ↑ Sərdari-Nia, 1385. səh. 62
- ↑ Majmūʿa-yi Mujalladāt-i Mīrāth-i Islāmī, bih Kushish-i Rasūl Jaʿfariyān, Jild-i Dahum, (Bakhsh-i Tārīkh-i Tahājumāt va Jināyāt-i Arāmana, Ismāʿīl Sīmiṭuqū va Sardār Māʿkī dar Āzarbāyjān, Taʾlīf-i Mīrzā Abū al-Qāsim Amīn al-Sharʿ Khūʾī, bih Kushish-i ʿAlī Ṣadrāʾī Khūʾī), Qum, Kitābkhāna-yi Ḥaẓrat Āyatullāh al-ʿUẓmā Marʿashī Najafī (Q), az Ṣafḥa-yi 13 tā Ṣafḥa-yi 80.
- ↑ Həşmət, 1387. səh. 9
- ↑ Nəcəfli, 2016
- ↑ Dilməqani, 2011. səh. 712
- ↑ Kəsrəvi, 1393. səh. 712
- ↑ Zirinsky, 1997. səh. 4
- ↑ 1 2 Zirinsky, 1997. səh. 4-16
- ↑ Kəsrəvi, 1393. səh. 713
- ↑ 1 2 Kəsrəvi, 1393. səh. 714-725
- ↑ Kəsrəvi, 1393. səh. 726
- ↑ Kəsrəvi, 1393. səh. 685
- ↑ Kəsrəvi, 1393. səh. 686
- ↑ Kəsrəvi, 1393. səh. 697
- ↑ Fred Aprim. "Dr. Freidoun Atouraya". www.zindamagazine.com. 11 aprel 2001 -. 2 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2024.
- ↑ Kəsrəvi, 1393. səh. 725
- ↑ Kəsrəvi, 1393. səh. 725-728
- ↑ Gurock, 1998. səh. 11
- ↑ Tovfiq, 1389. səh. 24, 33, 42
- ↑ Kəsrəvi, 1393. səh. 728-733
- ↑ Mar Apram. "DECLINE AND MURDER OF THE PATRIARCH 1900 - 1918 FROM PATRIARCH MAR RWEL SHIMUN UNTIL THE MURDER OF PATRIARCH MAR BENYAMIN SHIMUN" (PDF). shodhganga.inflibnet.ac.in. 2024-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 noyabr 2024.
- ↑ 1 2 Ābrūn, 1390. səh. 756
- ↑ 1 2 Anzalī, 1384. səh. 372
- ↑ 1 2 Tovfiq, 1389. səh. 43
- ↑ 1 2 3 4 Tovfiq, 1389. səh. 23, 33, 42
- ↑ al-Vozara, 1402. səh. 138
- ↑ Kəsrəvi, 1393. səh. 735-736
- ↑ Bloxham, 2009. səh. 3
- ↑ Bayāt, 1388. səh. 3
- ↑ Sərdari-Nia, 1385. səh. 90
- ↑ Kəsrəvi, 1393. səh. 751-753
- ↑ Riyāhī, 1372. səh. 501-508
- ↑ Bābā'ī, 1389. səh. 290
- ↑ Kəsrəvi, 1393. səh. 755
- ↑ Kəsrəvi, 1393. səh. 756
- ↑ "Bringing the solidarity of the Pope. Interview with Cardinal Fernando Filoni, Francis' Personal Envoy to Iraq". www.osservatoreromano.va. 17 mart 2015. 1 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2024.
- ↑ Kəsrəvi, 1393. səh. 761
- ↑ Kəsrəvi, 1393. səh. 763
- ↑ Dr. Racho Donef. "1923: Agha Petros and the Lausanne Telegraphs". www.atour.com. 2003. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2024.
- ↑ 1 2 Wigram, 1922. səh. 218
- ↑ Bloxham, 2005. səh. 103–105
- ↑ Bayāt, 1388. səh. 93
- ↑ Kəsrəvi, 1393. səh. 838
- ↑ 1 2 Zirinsky, 1993. səh. 341
Mənbə
redaktə- Kəsrəvi, Seyid Əhməd, Tarikh-e Hejdah Saleh-ye Azerbaijan [تاریخ هیجده ساله آذربایجان: بازمانده تاریخ مشروطه ایران], Tehran: امیرکبیر, 1393
- Heydəri, Əsğər, Holocaust-e Jiloluq dar Iran va Naqsh-e Engelis dar An ya Talash-e Engelis baraye Tashkil-e Jomhuri-ye Armanestan dar Khak-e Iran (PDF), 1393
- Malekzadə Dilməqani, Tohid, Azerbaycan dar Jang-e Jahani-ye Avval ya Faja'e-ye Jiloluq, Entesharat-e Hashemi Soodmand va Akhtar, 1385
- Sərdari-Nia, Səməd, Qatl-e 'Am-e Musalmanan dar Do Su-ye Aras, Nashr-e Akhtar, 1385
- Həşmət, Qulamxan, Moyeh-ha-ye Shahr-e Gharib, Entešārāt-e Yāz, 1387
- Gurock, (Ed.) Jeffrey S., East European Jews in America, 1880-1920: Immigration and Adaptation (American Jewish History, Vol. 3, Part 1), Routledge, 1998, ISBN 978-0415919227 ([[:Category:|link]])[[Category:]]
- Zirinsky, Michael, American Presbyterian Missionaries at Urmia During the Great War, 1997
- Güntəkin Nəcəfli. 1917-1918-ci illərdə Urmiya bölgəsində 130 mindən artıq azərbaycanlı soyqırıma məruz qalıb. Azərbaycan. 2016.
- Tohid Dilməqani. Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində. Bakı: AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu. 2011.
- Tovfiq, Tarixçə-ye Orumiyeh: Yaddasht-ha-yi az Salha-yi Jang-e Avval-e Jahani va Ashub-ha-yi Ba'd az An, Rəhmetullah, Şiraz: Şirazə Nəşriyyatı, 1389
- Peimani, Hooman, Conflict and Security in Central Asia and the Caucasus, Bloomsbury Academic, 2009, ISBN 1598840541, 9781598840544
- Gorder, Christian A. Van, Christianity in Persia and the Status of Non-Muslims in Modern Iran, Lexington Books, 2010
- Petrosian, Vahram, ASSYRIANS IN IRAQ (PDF), Iran and the Caucasus,. 10 (1), 2006, ISBN 1609-8498
- Bayāt, Kāveh, Tūfān bar Farāz-e Qafqāz: Negāhī beh Monāsebāt-e Mantagheh’ī-ye Īrān va Jomhūrīhā-ye Āzarbāyjān, Armenestān va Gorjestān, Tehran: Edāre-ye Nashr-e Vezārat-e Umūr-e Khārejeh, 1388, ISBN 9789643610654
- Riyāhī, Mohammad Amin Riyāhī – Tārīkh-e Khoy – safhe-ye 508 va 501 / Nāmāvarān-e Orūmīyeh – Intishārāt-e Takderakht – Ali Bābā'ī – 1389, Tārīkh-e Khoy, Tos, 1372
- Bābā'ī, Ali, Nāmāvarān-e Orūmīyeh, Tehran: Intishārāt-e Takderakht, 1389, ISBN 9786005559293
- Ābrūn, Moḥammad Reẓā, Moṣāḥebe az Bānū Maḥbūbeh Shahīdī, motevalled 1300 Sh, ‘Aroos-e Shahīd Seyyed Moḥammad Pīshnamāz, az Ketāb: Ān Rūy-e Penhān-e ‘Arab Bāghī az Lābeh Lāy-e Ketābhāyash Bāyad Shenākht, Qom, 1390
- Anzalī, Ḥasan, Orūmīyeh dar Goẕar-e Zamān, Tehran: Intishārāt-e Dastān, 1384, ISBN 9646614078
- Bloxham, Donald, The Final Solution : A Genocide, Oxford: Oxford University Press, 2009
- Zirinsky, Michael, Render therefore unto Caesar the things which are Caesar's: American presbyterian educators and Reza Shah, Iranian Studies 26(3-4), 1993, ISBN 10.1080/00210869308701805
- al-Vozara, Rahmatollah Khan Mo'tamad, Orumiyeh dar Moharebeh-ye Alam Sooz, Entesharat-e Shirazeh, 1402
- Wigram, Rev. W.A., The Cradle of Mankind, life in Eastern Kurdistan (PDF), Second Edition. London: A & C Black, Ltd., 1922
- Bloxham, Donald, The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians, Oxford: Oxford University Press, 2005
- (#empty_citation)