Cin - Wikipedia
Cin (ərəb. جن) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir.
Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər.
Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır.[1]
Qədim Roma və Yunanıstan
redaktəQədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.[2] Platona görə cin Tanrıdan gələn şüa olaraq düşünülə bilər.[3] Bəzi yazıçılar cinlərlə tanrıları bərabər tuturdular. Romalılara cinlərə qurbanlar təklif etmişdir.[4] Cinlər həmçinin kahinlərin köməkçisi idi.[5] Yunan filosofu Sokrata görə cin "daxili səs" idi.
Mesopotamiya
redaktəQədim Mesapatomiya inanclarında cinlər həm qoruyucu, həm də zərərli ola bilərdi.[6] Bəzən yaxşı cinlər, pis cinlər qovmaq üçün çılğın adamın içərisinə girərdilər.[7] Pis cinlər bəzən yeraltı dünyanı tərk edə bilərdilər. Yeraltı dünyada yaşadığına inanılan bir növ cin qalla olaraq bilinirdi. Onların əsas məqsədi bədbəxt ölümləri Kur-a geri qaytarmaq idi. Cadulu yazılarda daha çox yer alırlar. Əsasən yeddi rəqəmi olaraq təqdim edilirlər. Dövrümüzə gəlib çatmış bəzi şeirlərdə tanrı Dumuzidin yeraltı dünyaya apardığı qalladan bəhs edilir.
Lamassu "aslan bədəni, eşşək dişləri, çılpaq sinəsi, tüklü bədəni, qanlı əlləri, uzun barmaqları və dırnaqları və Anzunun ayaqları" olan cin tanrıçası idi. İnsan uşaqlarının qanı ilə qidalandığına inanılırdı. Uşaq ölümlərinin günahkarı olaraq da bilinirdi.
İbrahimi dinlər
redaktəYəhudilik
redaktəTövratda cinlər yad tanrılar olaraq adlandırılır.
Xristianlıq
redaktəXristian dinində əsasən cin və şeytan eyni varlıq olaraq bildirilir. Onlar pis güclərdir və ilahilərə qarşı üsyan edirlər.
Xristianlığa görə bir və ya daha çox çin insanın bədəninə girə bilər. Bu cinlərin bədəninə girdiyi insanın bədənindən çıxarılması mümkündür. Cinlərin fəaliyyəti üç əsas qrupa bölünür: insanlara cinsi yaxınlaşmaları (cinsi əlaqə), saxta inancları dəstəkləmələri (dini) və insanlara əziyyət vermələri (şiddət). Cinlərin xüsusi gücləri ilə insanların beyinlərinə təsir edə bilmələrinə inanılır. Həmçinin cinlərin yuxular vasitəsiylə insanlara xüsusi mesajlar göndərməsinə də inanılır.
Yehovanın Şahidləri cinlərin insanlara fiziki zərər verə biləcəyini amma Yehovaya inansaq və cinlərdən qorunmaq üçün dua etsək cinlərin bizə heç bir şey edə bilməyəcəyini deyir.
İslam
redaktəCinlər
redaktəQurana görə Məhəmməd peyğəmbər həm insanlara, həm də cinlərə göndərilmişdir. Quranın 72-ci surəsi — Cinn surəsi iyimi səkkiz ayədən ibarət olub cinlər haqqında bəhs edir. Səba məlikəsi Bilqeys haqqında bəzi rəvayətlərdə onun cin olduğu deyilir.
Qurana görə insan torpaqdan (palçıqdan), cinlər isə alovun və havanın qarışığından yaranmışdır. "(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi." (ər-Rahmən, 15), "Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq." (əl-Hicr, 26–27).
İslam dinində cinlərin insanlardan əvvəl yarandığına inanılır. Bəzi inanclara görə insanlara oxşayırlar; iradələri var, müsbət və ya mənfi əməllər edirlər, insanlar kimi yeyib-içirlər, evlənirlər və ölürlər. Erkək və dişi cinslərinin də olduğuna inanılır. Amma ömürlərinin insanlara nisbətən daha çox olduğuna inanılır.
İslamda cinlər də insanlar kimi Allaha inanan və inanmayan olaraq mömin və kafir qruplarına ayrılırlar. Kafir cinlərin daha çox olduğu düşünülür. İnsanlar kimi Allaha ibadət etməlidirlər. Mömin cinlər mömin insanlara birlikdə cənnətə, kafir cinlərin isə kafir insanlarla birgə cəhənnəmə gedəcəyinə də inananılır.
Cinlərlə şeytanların fərqi
redaktəCinlər və şeytanlar saf oddan yəni, dumansız odun tüstüsündən və havadan yaradılmış ruhani varlıqlardır. Amma cinlərdə hava, şeytanda isə od çoxdur. Cinlər də şeytanlar kimi gözə görünməyən gizli varlıqlardır. Həmçinin ikisi də müxtəlif formalara çevrilə bilir və çətin işləri həll edə bilirlər. Amma cin yaradılış baxımından şeytandan fərqlidir. Cinlərin atası Canndır. Şeytanların atası isə İblisdir.[8]
Cinlər də insanlar kimi evlənə bilərlər. Onlar da Allaha ibadət etməlidirlər. Bəziləri üsyankar olub kafir, bəziləri də itaətli olub mömindir. Şeytanların isə mömini və kafiri yoxdur. Şeytanların hamısı üsyankar və kafirdir. Ancaq şər işlərlər məşğul olan və insanları doğru yoldan yayındırmağa çalışan varlıqlardır.
Əşərilər arasında cinlərin insanların bədəninə girə bilmələri barədə fikir birliyi vardır. Mötəzilə inanır ki, cinlər də şeytanlar kimi insanlara sadəcə pıçıldaya bilərlər.[9]
Şeytanlar isə tamamilə fərqlidir. Onlar insanların qəlbini və inanc hissəsini ələ keçirə bilərlər. Şeytan insanın qəlbində olanda, ona vəsvəsə verər və onu ələ keçirib doğru yoldan döndərməyə çalışar.
Fars mənbələrində şeytanlar divlərlə müqayisə edilmişdir.[10]
Cinlərlə əlaqəli varlıqlar
redaktə- Cinni: Cinə cinni də deyilir.
- Pəri: Cinlərin dişilərinə pəri deyilir.
- İfritə: Cinlərin kafir erkəklərinə ifritə deyilir. Gücü çox olan və hər şeyi edə bilən kafir cindir.
- Div: Çox güclü, qüvvətli, nəhəng və insan cildində olan cinlərə div deyilir.
- Xortdan: Qəbirstanlıqda yaşayan kafir cinlərə xortdan deyilir.
- Qaf dağı: Divlərin yaşadığı düşünülən yer. (Adı olub özü olmayan dağdır)
- Simurq quşu: Cinlərin quş formasında olanları.
- Cadugər: Kafir olan qoca dişi cinlər.
- Ammar: İnsanlarla birlikdə yaşayan cinə ammar və yaxud ummar deyilir.
- Ervah: Uşaqların qarşısına çıxan cinə ervah deyilir.
- Marid: Şeytandan daha pis olan cinə marid deyilir. (Mariddən daha pis və güclü olana ifritə deyilir)
- Şeytan: Əgər cin pis və yaxud pis əməllərə niyyət edirsə, o şeytandır.
- Düşmüş mələk: Cənnətdən çıxarılan mələklər.
İstinadlar
redaktə- ↑ Rəhman surəsi, 15-ci ayə
- ↑ Nigel Guy Wilson Encyclopedia of Ancient Greece Psychology Press (s. 216)
- ↑ Sir William Smith A Dictionary of Greek and Roman Biography and Mythology (s. 242)
- ↑ Sir William Smith A Dictionary of Greek and Roman Biography and Mythology (s. 242)
- ↑ Amira El-Zein Islam, Arabs, and Intelligent World of the Jinn (s. 59)
- ↑ Konstantopoulos, Gina. "Shifting alignments: The dichotomy of benevolent and malevolent demons in Mesopotamia." Demons and Illness from Antiquity to the Early-Modern Period. Brill, 2017. 17-38.
- ↑ Şablon:Akademik dergi kaynağı
- ↑ "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- ↑ Islam, Migration and Jinn: Spiritual Medicine in Muslim Health Management. (2021). Deutschland: Springer International Publishing
- ↑ "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.