Con Adams - Wikipedia
Con Adams (ing. John Adams; 19 (30) oktyabr 1735[1][2][…], Breyntri[d], Böyük Britaniya krallığı[1] – 4 iyul 1826[3][4][…], Kuinsi[d], Massaçusets, ABŞ[3][7][…]) — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti (1789–1797) və 2-ci prezidenti (1797–1801), ABŞ-nin bani atalarından biri.
Con Adams | |
---|---|
ing. John Adams | |
21 aprel 1789 – 4 mart 1797 | |
Sonrakı | Tomas Cefferson |
4 mart 1797 – 4 mart 1801 | |
Əvvəlki | Corc Vaşinqton |
Sonrakı | Tomas Cefferson |
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d] | |
dekabr 1796 – 4 mart 1797 | |
Əvvəlki | Corc Vaşinqton |
Sonrakı | Tomas Cefferson |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 (30) oktyabr 1735[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 iyul 1826[3][4][…] (90 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi, diplomat, siyasi filosof, dövlət xadimi, yazıçı |
Həyat yoldaşı |
|
Uşaqları | 6 (Con Kuinsi Adams daxil olmaqla) |
Dini | deizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ İstiqlal Bəyannaməsinin müəlliflərindən biridir. Adams dövlət xadimi, diplomat və Amerikanın Böyük Britaniyadan ayrılmasının aparıcı müdafiəçisidir. O, quldarlığa qarşı olmuş, heç zaman qul sahibi olmamış və bununla fəxr etmişdir. Adams 6-cı ABŞ prezidenti Con Kuinsi Adamsın atasıdır.
Erkən həyatı
redaktəCon Adams 1735-ci il 30 oktyabrda Massaçusets ştatının Breyntri yaşayış məntəqəsində, nüfuzlu fermer ailəsində dünyaya gəlmişdi. Ailənin kənd şəraitində yaşamasına baxmayaraq təhsilə xüsusi meyli ilə digərlərindən fərqlənirdi. Gələcək prezident Harvardda təhsilini bitirdikdən sonra vəkil kimi fəaliyyətə başlayır və tezliklə böyük uğurlar qazanır. Çox keçmir ki, onun adı Bostonun tanınmış vəkilləri ilə bir sırada çəkilir. 1764-cü ildə pastor qızı Abigeyl Smitlə ailə həyatı qurur. Bu Amerika müstəmləkələrinin metropoliyaya qarşı mübarizəsinin başlandığı dövrə təsadüf edir. Öz karyerası haqqında düşünən gənc Adams bu mübarizədə iştirak etməkdən çəkinir. Hətta o, 1770-ci ildə Bostonun mülki əhalisinə qarşı qanunsuz əməllərinə görə mühakimə edilən ingilis əsgərlərini müvəffəqiyyətlə müdafiə edir.
Siyasi fəaliyyəti
redaktəLakin tezliklə əmisi oğlu Samuel Adamsın təsiri altında mübarizəyə qatılır. Kontinental konqresin nümayəndəsi kimi, istiqlaliyyət qazanılmasında mühüm rol oynayır. Konqresdə İstiqlaliyyət Bəyannaməsini hazırlayacaq komissiyanın beş üzvündən biri olur. 1778-ci ildə oğlu Con Kunsi ilə birgə diplomatik danışıqlar aparmaq üçün Avropaya göndərilir. Diplomatik nümayəndə heyətinə "birinci amerikalı" adını almış Bencamin Franklin başçılıq edirdi. Bu səbəbdən onun fəaliyyəti kölgədə qalmışdı. 1779-cu ildə vətənə qayıdan Adams Massaçusets ştatının konstitusiyasını hazırlayır. Bu konstitusiyanın başlıca xüsusiyyəti – güclü icraedici hökumət, ikipalatalı qanun verici orqan və müstəqil məhkəmə sistemi – onun ideal hesab etdiyi qarışıq və məhdud idarəetmə forması idi, lakin o, 1787–1788-ci illərdə yeni konstitusiya layihəsinin müzakirələrində bir o qədər fəalıq göstərmirdi. 1788-ci il prezident seçkiləri ilə əlaqədar Massaçusetsə qayıdır. Adams Vaşinqtona alternativ qismində özünü bu vəzifəyə şanslı hesab etmirdi və vitse-prezidentliklə razılaşmaq onun üçün elə də çətin deyildi. Vitse-prezident kimi Adamsın ölkənin idarə edilməsində kifayət qədər böyük xidmətləri olmamışdır. Belə ki, prezident C. Vaşinqton onunla təsadüfi hallarda məsləhətləşərdi. Konstitusiyanın müvafi q bəndinə görə o, həmçinin senatın sədri hesab olunurdu. Səsvermələrdə səslərin sayı bərabər olduqda həlledici səsə malik idi. Adams özünü respublikaçı hesab etsə də, gələcəkdə Birləşmiş Ştatların İngiltərə kimi monarxiyalı respublikaya çevriləcəyinə olan inamını gizlətmirdi. 1791-ci ildə çap etdirdiyi "Davil haqqında düşüncələr"i Fransa Burjua inqilabının təsiri altında olan amerikalılar arasında öz nüfuzunu itirməsinə səbəb olur. Başlıcası isə, bu yazı onun Ceffersonla olan dostluq münasibətlərinə son qoyur, lakin Şimal ştatlarında o, hələ böyük hörmətə malik idi və 1792-ci il seçkilərində yenidən vitse-prezidenti seçilir.
Prezidentliyi
redaktə1795-ci ildə Vaşinqton bir daha prezident seçilməyəcəyini bəyan etdikdə Konqresin federalist üzvləri Adamsın namizədliyini irəli sürməyi qərara alırlar. Növbəti ildə 16 ştatda keçirilən seçkilər (bu zaman Kentukki, Tennesi və Vermont da ittifaqa daxil olmuşdular) partiyalı sistemin yeni inkişaf mərhələsi olur. Seçkilər artıq özlərinin təkmil ideologiya və proqramları olan partiyaların yarışına çevrilir. Respublikaçılar isə T. Cefferson və Aron Burrun namizədliyini irəli sürürlər. Gərgin keçən seçkilərdə, Adams yalnız iki səs üstünlüyü ilə qalib gəlir. T. Cefferson vitse-prezident seçilsə də, bu vəzifəni ciddi qəbul etmir və özünün Montiçellodakı malikanəsinə çəkilir. Partiyalı seçkilərdə, vitse-prezidentin uyğun Konstitusiya maddəsi ilə müəyyənləşdirilməsi özünü doğrultmur və bu çatışmazlıq 1804-cü ildə Konstitusiyaya edilən 12-ci düzəlişlə aradan qaldırılır. 1797-ci il 4 martda İnauqurasiya nitqi söyləyən Con Adams siyasi qruplaşmalar arasında barışdırıcı mövqe tutacağını vəd edir. Öz sələfi nə sadiq olduğunu göstərərək kabinetdə ciddi dəyişiklik etmir. Və tezliklə səhv etdiyini anlayır. Əslində Adamsın mükəmməl fəaliyyət proqramı olmamışdır. Bu səbəbdən o, vaxtının çox hissəsini Massaçusetsdəki malikanəsində keçirir. Digər tərəfdən o, qarşıya çıxan hər hansı problemi qətiyyətlə həll etmək bacarığına malik idi. Adamsın yeritdiyi xarici siyasi kurs əsasən ABŞ-nin beynəlxalq aləmdə bitərəfl iyinə hesablanmışdı. İngiltərə ilə münasibətlər Cey tərəfi ndən bağlanmış müqavilə ilə tənzimlənirdisə, artıq 1796-cı ilin payızından Fransa ilə münasibətlər korlanmağa başlayır. 1797-ci ilin mayında prezident ekstremist federalistlərin etirazına baxmayaraq münasibətləri qaydaya salmaq üçün Fransaya nümayəndə heyəti göndərir. Altı aydan sonra nümayəndələr, danışıqların baş tutması üçün Fransa Xarici İşlər Naziri Taleyranın onlardan böyük miqdarda pul tələb etdiyini bildirirlər. Bu hadisə tarixə "XYZ fırıldağı" kimi düşmüşdür. Problemin bu yolla həlli Adamsı razı salmır və 1799-cu il 18 fevralında Parisə yeni nümayəndə heyəti göndərilir. Nəhayət danışıqlar öz səmərəsini verir. 1800-cü ilin oktyabrında Napoleon Fransası ilə ABŞ üçün əlverişli müqavilə imzalanır və hələ onun prezidentliyi dövründə senatda ratifi kasiya edilir. Bu proseslər Adamsın nüfuzuna böyük zərbə vurur.
Çünki, onun tərəfdarları arasında da Fransa ilə müharibənin başlanmasını istəyənlər vardı. Bəzi federalistlərin, xüsusilə A. Hamiltonun Luiziana və Floridanı işğal etmək barədə fi kirləri özünə tərəfdarlar toplaya bilmişdi. Hamilton və onun bir sox tərəfdarlarının kabinetdən kənarlaşdırılması federalistlər arasındakı ziddiyyətləri daha da kəskinləşdirirdi. Cavab olaraq Hamilton Adamsın daha prezidentliyə yaramadığını bəyan edir. Bu isə növbəti seçkilərə öz təsirini göstərməyə bilməzdi. Prezidentliyinin son aylarını Adams Vaşinqtonda davam etdirir. 1790-cı ildə paytaxt haqqında qəbul edilmiş qərara əsasən Vaşinqton şəhərinin tikilməsi yekunlaşırdı. Hökumətin buraya köçməsi 1800-cü ilin yazına təsadüf edir. Köçürmə prosesi çətin olmur və qısa müddətdə həyata keçirilir. Nazirliklərin bütün sənədləri yeddi iri qutuya asanlıqla yerləşirdi. Abigeyl Adams prezident sarayının ilk "sahibəsi" olur. Con Adamsın prezidentlik kürsüsündəki son fəaliyyəti, bir çox gələcək konfl iktlərin əsasını qoyur. Bu çoxsaylı hakim vəzifələrinə federalistlərin təyin edilməsi ilə həyata keçirilir. Ən başlıcası isə, xarici işlər naziri Con Marşallın ABŞ Ali Məhkəməsinə sədr təyin edilməsi olur. 1801-ci il 4 martda Ceffersonun prezidentlik fəaliyyətinə başlamasına bir neçə saat qalmış Adams ikinci müddətə seçilməmiş ilk eks-prezident kimi nəzərə çarpmadan paytaxtı tərk edir.
Prezidentlikdən sonrakı həyatı
redaktə65 yaşlı eks-prezident özünü vəkilliyə və ya yenidən siyasi mübarizəyə həsr etmək üçün çox yaşlı hesab edirdi. Onun tarixin gedişi, Amerika inqilabı vaxtında həll edə bilmədiyi problemlər haqqında fi kir yürütməyə çoxlu vaxtı vardı. Bu düşüncələr onun ədəbi-fəlsəfi yaradıcılığında öz əksini tapmışdır. 1811-ci ildən başlayaraq, öz köhnə rəqibi T. Ceffersonla yazışmaları ona bir növ məğlubiyyət acısını unutdurur. Ömrünün son günlərini Boston yaxınlığındakı Kuinsi malikanəsində keçirir. Con Adams oğlu C. K. Adams 1824-cü ildə prezident seçildikdən sonra, 1826-cı il iyulun 4-də 90 yaşında vəfat edir. Bu gün Con Adams ABŞ tarixində dövlət xadimlərindən biri hesab edilir. Bu dəyərləndirmə, onun prezidentlik fəaliyyəti yox, bütün həyat və yaradıcılığı kontekstində götürülür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Адамсъ (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 170–172.
- ↑ 1 2 John Adams. // Encyclopædia Britannica: dictionary of arts, sciences, and general literature 9 1875.
- ↑ 1 2 3 4 E. Ch. Adams, John (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 1. P. 176–177.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ 1 2 Kindred Britain.
- ↑ 1 2 Адамс, Джон (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 160.