Con Rolz - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Con Rolz (ing. John Rawls; 21 fevral 1921[1][2][…], Baltimor, Merilend[4] – 24 noyabr 2002[3][1][…], Leksinqton[d], Massaçusets[5]) — Amerika filosofu.
Con Rolz | |
---|---|
ing. John Rawls | |
Doğum tarixi | 21 fevral 1921[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 2002[3][1][…] (81 yaşında) |
Vəfat yeri |
|
İstiqaməti | analitik fəlsəfə |
Əsas maraqları | siyasi fəlsəfə[6], politologiya[6] |
Təsirlənib | Con Lokk, İmmanuel Kant |
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfəsi
redaktəİnsan hüquqları və ədalətin prinsipləri barədə məsələ ikinci dünya müharibəsindən sonra yeni bir səslənmə əldə etmişdir. Onun müzakirəsinə mühüm töhfəni amerikan filosofu Con Rolz (John Rawls, 1921) gətirmişdir. Ədalət nəzəriyyəsi (A Theory of Justice, 1971) kitabında o, hüquq, ədalət və ədalətli bölgü ilə bağlı prinsipial məsələləri müzakirə edir. "İnsan hüquqları" və "ədalət" nəzəriyyələrinin problemlərindən biri ondadır ki, onların formulə etdiyi prinsiplər çox vaxt elə bir-birinə zidd olur. Məsələn, əgər nəzəriyyə "insanların ən böyük sayı üçün mümkün olan ən böyük xoşbəxtlik" utilitarist prinsipdən çıxış edirsə, onda o, hər bir ayrıca insani fərdin dəyərli olması prinsipi ilə asanlıqla konfliktə girə bilər. Belə ki, əgər ədalətsiz əməli törətmək (məsələn, günahsız insanı cəzalandırmaq) insanların böyük sayı üçün mümkün olan ən böyük xoşbəxtliyi və ya faydanı təmin edirsə, onda bunu etmək düzgündürmü? Əgər belə bir suala bizim cavabımız mənfidirsə, onda biz həmçinin, digər prinsipləri də nəzərdən keçirməliyik. Lakin elə onlar da bizim "əxlaqi intuisiyamız" ilə konfliktə daxil ola bilərlər. Rolz belə suallara cavab verməyə səy edir və demək lazımdır ki, onun bu işi fəlsəfədən son dərəcə uzaq olan bir çox adamların diqqətini cəlb etmişdi. Müəyyən mənada Rolz müasir liberal demokratiyaya xas olan ədalət prinsiplərini izah etməyə cəhd edir. Özünün "Ədalət nəzəriyyəsi"ndə o, göstərməyə çalışır ki, ədalətin elə müəyyən prinsipləri mövcuddur ki, hər bir zəkavi insan onları seçərdi. Rolz metodoloji olaraq, özünəməxsus fikri eksperiment həyata keçirir. Əgər siz milli, tədrisi, sosial və siyasi statusunuza görə kim olduğunuzu, hansı cinsə, hansı irqə və hansı sinfə məxsus olduğunuzu bilməsəydiniz, onda siz cəmiyyətin hansı formasına üstünlük verərdiniz? Əgər siz elə bir cəmiyyətə düşsəydiniz ki, burada sizin mövqeyiniz və yeriniz qeyri-məlumdur, onda siz bu cəmiyyət üçün ədalətin hansı prinsiplərini seçərdiniz? Bu fikri eksperimenti Rolz çıxış vəziyyəti adlandırır – fərd burada özünün statusunu və yerini bilmədən cəmiyyət üçün ədalətin prinsiplərini seçməlidir. Bu fikri eksperimentin ideyası ondadır ki, ədalətli sosial nizam üçün elə prinsipləri tapmaq gərəkdir ki, onlarla bütün zəkavi insanlar razılaşsınlar. Başqa cür deyilsə, eksperimentin məğzi "rolların dəyişməsi" hipotetik yolu ilə universallaşdırmadan ibarətdir. Rolza görə, biz gözləyə bilərik ki, çıxış vəziyyətində olan və deməli, öz təbii istedadı və resursları barədə məlumatlanmayan zəkavi insan liberal siyasi hüquqların xeyrinə seçim edəcəkdir. Heç bir kəs belə bir şəraitdə siyasi azadlığı olmayan cəmiyyəti seçməzdi. Bundan başqa, Rolz deyir ki, zəkavi insan "çıxış vəziyyətiində" o cəmiyyəti seçərdi ki, maddi durumu pis olan fərdlər daha yaxşı maddi şəraitdə yaşayan fərdlərə görə sıxıntılara məruz qoyulmazdı. O, məsələn, insanların ən böyük miqdarının ən böyük mümkün rifah halının təmin olunması üçün utilitarist hesabata uyğun olaraq hərəkət edərdi, özü də bunu elə edərdi ki, ən pis şəraitdə yaşayan insanların narhat olmaq üçün heç bir əsası olmazdı. Bu seçim onunla izah olunur ki, zəkavi insanın özü də ən pis şəraitdə yaşayanların arasında olmuş ola bilərdi. Ən pis şəraitdə yaşayanların müdafiəsi tələbi fərq prinsipi (the difference principle) adlanır. Beləliklə, bazis siyasi hüquqlar da, bazis rifah halının təminatı da nəzərə alınmalıdır (kantsayağı və utilitarist ideyalar arasında özünəməxsus orta).
Çıxış vəziyyəti adlananla bağlı fikri eksperiment normativ ümumi əhəmiyyətə malik olma üçün meyar verir. O, bizə deyir ki, normanın ümumi əhəmiyyətə malik olduğunu aydınlaşdırmaq üçün biz necə hərəkət etməliyik. (Biz deməli ki, bu meyar haqqında "metanorma" kimi danışa bilərik). Rolz əxlaqi fəlsəfənin bəzi adi problemlərindən maraqlı bir üsulla qaçmağa səy edir. Məsələn, o, əxlaqı ənənəvi mənada əsaslandırmaq istəmir. Əxlaqın əsaslandırılmasının fəlsəfi problemləri belə bir məsələ ilə bağlıdır ki, əxlaqi mülahizələrin həqiqi və ya yalan, düzgün və ya qeyri-düzgün olduğunu hesab etmək olarmı və olarsa, hansı qaydada? Əgər məsələn, heç bir əxlaqi fakt mövcud deyildirsə, onda əxlaqi mülahizə "faktlara" uyğun gələ bilməz (məntiqi pozitivizm ilə müqayisə edin). Rolz yanaşmanı, nəzəri uyğunluq (a coherence-theoretical perspective) ideyasına əsaslanmış yanaşmanı reallaşdırır: əgər əxlaqi prinsip bizim digər normativ nöqteyi-nəzərlərimizlə və təsəvvürlərimizlə uzlaşırsa, onda demək olar ki, o, əsaslandırılmışdır. Beləliklə, məqsəd bizim müəyyən harmoniyaya nail oluncaya qədər düzəlişlər verdiyimiz özünəməxsus refleksiv müvazinətdir. Əgər əxlaqi nəzəriyyə bizim əxlaqi intuisiyamızla və insan və sosial şərait haqqında nəzəriyyələrlə yaxşı uyuşursa, o, daha güclüdür. Etiraz etmək olar ki, belə bir mövqe əxlaqi fəlsəfənin bəzi bazis problemlərindən tamamilə qaçmağa imkan vermir. Məsələn, bir neçə mümkün "razılaşdırılmış" (coherent) əxlaqi sistem təsəvvür etmək olarmı və bizə bu halda onlar arasında necə seçim etmək lazımdır? Belə bir situasiyada biz çətin ki "razılaşmaya" bir meyar olaraq müraciət edə bilək. Bundan başqa, bu müzakirə üsulu görünür, onu nəzərdə tutur ki, əgər prinsip bizim ümumiyyətlə, düzgün hesab edərək inandığımızla uzlaşa bilərsə, onda biz müəyyən praktik sübut əldə etmiş oluruq. Amma burada bəzi filosoflar deyə bilərdilər ki, biz yenidən klassik problemlə qarşılışmışıq. Bizə haradan məlumdur ki, "bizim düzgün hesab edərək inandığımız" düzgündür? Beləliklə, əxlaqi fəlsəfənin bazis problemlərindən tamamilə qaçmaq Rolza nəsib olmur.
Əsas əsərləri
redaktəRus dilində
redaktə- Ролз Дж. Идеи блага и приоритет права // Современный либерализм: Джон Ролз, Рональд Дворкин, Исайя Берлин, Уилл Кимлика, Майкл Дж. Сэндел, Джереми Уолдрон, Чарльз Тейлор / Пер. с англ. Л. Б. Макеевой. — М.: Прогресс-Традиция: Дом интеллектуальной книги, 1998.
- Ролз, Дж. Справедливость как честность pdf // Логос. — 2006. — № 1. — С. 35–60.
- Ролз Дж. Теория справедливости. Новосибирск, изд-во НГУ, 1995.
- Ролз Дж. Право народов (лекция) // Вопросы философии. — 2006. — № 9. С. 79–105.
Cin Rolz haqqında ədəbiyyat
redaktə- Алексеева Т. А. Джон Роулс и его теория справедливости // Вопросы философии. 1994. № 10. С.26–37.
- Литвиненко, Н. Концепция справедливости Джона Ролза pdf // Логос. — 2006. — № 1. — С. 26–34.
- Макеева Л. Б. Философия эгалитарного либерализма в США: Джон Ролз и Рональд Дворкин // История философии. М.,2005., № 12., с.45–62.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Duignan B. John Rawls // John Rawls (ing.).
- ↑ 1 2 John Rawls // Babelio (fr.). 2007.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Duignan B. John Rawls // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 John Rawls, Theorist on Justice, Is Dead at 82 (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2002. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.