Cornus Alba - Wikipedia
Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.
Ağ zoğal | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ zoğal |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəTəbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır. Meyvələri payızda yetişir. Toxumla, kök zoğları, qələmlərlə asanlıqla çoxalır.
Ekologiyası
redaktəSoyuğa, istiyə, kölgəyədavamlıdır, torpağa tələbkar deyil, çox möhkəm və bərk oduncağına görə "buynuz" adlanır. Xüsusilə qulluq tələb etmir.
Azərbaycanda yayılması
redaktəMərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.
İstifadəsi
redaktəCanlı çəpərlərdə tək və qruplarla əkilmək üçün istifadə edilir. Dekorativ yarpaqları yayda ağımtıl-göy rəngli, payızda qırmızı-bənövşəyi və ya tünd-bənövşəyi rəngdə olur.