Crataegus Azarolus - Wikipedia
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Azarol yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Azarol yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəTəbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir.
Botaniki təsviri
redaktəHündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır. İyul-sentyabrda meyvə verir.
Ekologiyası
redaktəTorpağa tələbkar deyildir. İstiyə və soyuğa davamlıdır. Kolluqlarda bitir.
Azərbaycanda yayılması
redaktəRespublikanın bəzi bölgələrində mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
redaktəQərbi Aralıq dənizi ölkələrində qədimdən meyvəli bitki kimi becərilir. Rusiyada və yaxın ölkələrdə azarol yemişanı becərilmir. Bu adla müxtəlif növlər, əsasən Pontiya yemişanı (Crataegus pontica) becərilir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 477.