Dusenbe - Wikipedia
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir.
Düşənbə | |
---|---|
Душанбе | |
38°34′23″ şm. e. 68°47′11″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Rustam Emomali |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | XVII əsr |
İlk məlumat | 1676 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 706 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +992 37 |
Poçt indeksi | 734000 |
Nəqliyyat kodu | 01, 05 |
Digər | |
dushanbe.tj | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə" Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır.[2]
Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı.[2]
1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.[3]
1925-ci ildə Düşənbə qışlağının yerində Düşənbə şəhəri təşkil edildi.[3]
16 oktyabr 1929-cu ildə adı dəyişdirilərək Stalinabad adlandırılmış, Stalinin ölümündən sonra 1961-ci ildə şəhərin tarixi adı özünə qaytarılaraq Düşənbə adı bərpa edilmişdir.[3]
Ərazisi
redaktə1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən şəhər 126.6 km² ərazini əhatə edir.[4]
İnzibati-ərazi bölgüsü
redaktə1 yanvar 2012-ci ilə olan məlumatlara əsasən şəhər inzibati cəhətdən 4 rayona bölünür:[4]
- 1. Sina rayonu (tac. Ноҳияи Сино):
- Ərazisi: 43.8 km²
- Əhalisi: 285.4 min nəfər
- 2. Firdovsi rayonu (tac. Ноҳияи Фирдавсӣ):
- Ərazisi: 29.1 km²
- Əhalisi: 183.3 min nəfər
- 3. Şahmənsur rayonu (tac. Ноҳияи Шоҳмансур):
- Ərazisi: 27.9 km²
- Əhalisi: 147.3 min nəfər
- 4. İsmayıl Samani rayonu (tac. Ноҳияи Исмоили Сомонӣ):
- Ərazisi: 25.8 km²
- Əhalisi: 131.6 min nəfər
Əhalisi
redaktə1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 747.6 min nəfər əhalisi var.[4]
Milli tərkibi
redaktə2010-cu il siyahıyaalınmasının yekunlarına əsasən şəhər əhalisinin 83.4 %-ini taciklər, 9.1 %-ini özbəklər, 5.1 %-ini ruslar, 2.4 %-ini isə digər millətlərin nümayəndələri təşkil edir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://stat.tj/storage//1.01.2022.pdf.
- ↑ 1 2 Главная научная редакция Таджикской Национальной Энциклопедии, Душанбе 2004, " Энциклопедия города Душанбе " Исторический очерк, Древний, средневековый и новый периоды, стр. 25 Arxivləşdirilib 2010-10-28 at the Wayback Machine
- ↑ 1 2 3 Географическая энциклопедия: Душанбе Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ 1 2 3 4 Исполнительный орган местной государственной власти в городе Душанбе: Информация: Общая информация Arxivləşdirilib 2015-03-26 at the Wayback Machine
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |