Delicay - Wikipedia
Dəliçay — Zəngəzurun Sisian mahalının Ərəfsə (keçmiş Qarakilsə rayonunda) kəndində (eyniadlı kənd Naxçıvan MR-in Culfa rayonunda da olduğuna görə və bunların qarışdırılmaması üçün Sisian rayonundakı Ərəfsə kəndinin adı yazıldıqdan sonra mötərizədə rayonun əvvəlki adı — "Qarakilsə" sözü yazılır) çay.
Dəliçay |
---|
Çayın kəndin təsərrüfat həyatında rolu o qədər də böyük deyildir. Dağlardan sürətlə axan bu çay tez-tez daşar, nadir hallarda isə son dərəcə güclü sel gələrdi. Sel az qala ev boyda qayaları, kökündən çıxarıdığı çoxillik ağacları qabağına qatıb gətirər, böyük hay-küyə səbəb olardı. Bu səbəbdən də ona babalarımız tərəfindən Dəliçay adı verilmişdir.[1]
Görkəmli şairimiz Məmməd Araz bu çayın şəninə şeir yazmışdır. Həmin şeirə yazılmış mahnını isə sevimli müğənnimiz Arif Babayev oxuyur (Salvartıya, Dəliçaya haray salıb, O qəhrəman, o qəhrəman).
Başlanğıcını Qırxlar dağlarından götürür və Ərəfsə kəndinin aşağı məhəlləsinin ortalığında Salvartıçay və Taxtakörpüçay (Abuzər) çayları ilə qovuşur. Aşağı axarlarda Bazarçay, daha sonra isə Bərgüşad çayı ilə qovuşub, Araza tökülür.[2]
Dəliçay Ermənistanın rəsmi xəritəsində göstərilmir.
İstinadlar
redaktə- ↑ "(LAÇIN RAYON Icra Hakimiyyəti)". 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-14.
- ↑ laçın.info (Qubadlı rayonunun coğrafiyası) [ölü keçid]