Demir Adam 2 - Wikipedia
Dəmir adam 2 (ing. Iron Man 2) – Marvel Studios tərəfindən istehsal olunmuş, Marvel Comics personajı Dəmir adam komikslərinə əsaslanan 2010-cu il ABŞ superqəhrəmanlıq filmi. 2008-ci il istehsalı "Dəmir adam" filminə sikveldir, Marvel Kinematoqrafiya Kainatının isə 3-cü filmidir. Con Favronun rejissorluğu və Castin Terunun ssenaristliyi ilə istehsal olunmuş filmin əsas rollarını Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk və Samuel Lorey Cekson canlandırırlar. "Dəmir adam" filmindəki hadisələrdən 6 ay sonra Toni Stark ABŞ hökumətinin Dəmir adam texnologiyasını almaq cəhdləri ilə, eləcə də, sinəsində ark reaktorunun səbəb olduğu sağlamlıq problemi ilə üzləşir. Eyni zamanda, rus alim İvan Vanko Stark ailəsindən qisas almaq üçün eyni texnologiyanı hazırlayır və silahlar istehsal edir, Starkın rəqibi Castin Hammerə qoşulur.
Dəmir adam 2 | |
---|---|
ing. Iron Man 2 | |
| |
Janr | superqəhrəmanlıq |
Rejissor | Con Favro |
Prodüser | Kevin Fayqi |
İcraçı prodüserlər | Con Favro[d][7], Sten Li[7] |
Əsərin müəllifləri | Sten Li, Larri Liber, Don Hek və Cek Körbinin "Dəmir adam" komiksləri |
Ssenari müəllifi | Castin Teru |
Baş rollarda | Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk, Samuel Leroy Cekson |
Operator | Metyü Libatik |
Bəstəkar | Con Debni |
Montajçı | Den Lebental[d] |
İstehsalçılar |
Marvel Studios, Fairview Entertainment Distribütor: Paramount Pictures[N 1] |
Distribütor | Paramount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d] |
İlk baxış tarixi |
26 aprel 2010 (El Kapitan teatrı) 7 may 2010 (ABŞ) |
Müddət | 125 dəq.[4] |
Büdcə | 170-200 milyon $[5][6] |
Gəlir | 623,9 milyon $[6] |
Ölkə | ABŞ |
Dil | ingilis |
Əvvəlki film | Dəmir adam |
Sonrakı film | Dəmir adam 3 |
Rəng | rəngli |
Çəkiliş yeri | Edvards[d][8], Los-Anceles |
IMDb | ID1228705 |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ilin mayında "Dəmir adam" filminin uğurlu buraxılışından sonra Marvel Studios dərhal sikvel anons etmiş və üzərində işləməyə başlamışdır. Həmin ilin iyulunda Tero ssenarini yazmaq, Favro isə yenə rejissorluq etməklə vəzifələndirilmişdir. Dauni, Peltrou və Cekson əvvəlki filmdəki rollarını yenidən canlandırsalar da, Çidl Terrens Hovardı Ceyms Rods rolunda əvəz etmişdir. 2009-cu ilin ilk aylarında Rurk, Rokuell və Yohansson da filmin aktyor heyətinə qatılmış, həmin ilin aprel-iyul aylarında çəkilişlər baş tutmuşdur. Əvvəlki film kimi bu filmin də böyük hissəsinin çəkilişləri Kaliforniyada baş tutmuş, təkcə bir səhnə Monakoda çəkilmişdir.
"Dəmir adam 2" filminin premyerası 26 aprel 2010-cu ildə El Kapitan teatrında, 7 may 2010-cu ildə isə bütün ABŞ-də baş tutmuşdur. Film ümumilikdə müsbət rəylər qazanmış, Dauninin performansı, döyüş səhnələri bəyənilmişdir. Lakin film baş cinayətkara və ağır irəliləməsinə görə tənqid etmiş, əvvəlki filmin altında qaldığını ifadə etmişdirlər. Film bütün dünyada 623,9 milyon ABŞ dolları gəlir etmiş, 2010-cu ilin ən çox gəlir əldə edən 7-ci filmi olmuş, Ən yaxşı vizual effektlər kateqoriyası üzrə Oskar mükafatı namizədi olmuşdur. Dəmir adam seriyasının 3-cü filmi "Dəmir adam 3" 3 may 2013-cü ildə buraxılmışdır.
Məzmun
redaktəRusiyada KİV Toni Starkın Dəmir adam şəxsiyyətini açıqlaması barədəki xəbəri yayımlayır. Atası Anton Vankonu yenicə itirən İvan Vanko bunu görür və Starkın texnologiyasına bənzər miniatür ark reaktoru hazırlamağa başlayır. Altı ay sonra[N 2] Stark superulduzdur, Dəmir adam kostyumundan sülhməramlı məqsədlər üçün istifadə edir, dizaynlarını satmamaq üçün dövlətə müqavimət göstərir. Atası Hovardın irsinin arxasınca getmək üçün Stark Expo-nu davam etdirməyə qərar verir.
Daha sonra Stark onu yaşadan və kostymuna güc verən ark reaktorundakı palladium nüvəsinin onu yavaş-yavaş zəhərlədiyini öyrənir və ona əvəzedici tapa bilmir. Yaxınlaşan ölümü haqqında getdikcə qayğısız və ümidsiz hal alan Stark şəxsi köməkçisi Pepper Potts şirkətinin CEO-su təyin edir, Natali Raşmanı isə onun şəxsi köməkçisi təyin edir. Stark Monaka Qran-prisinə qatılır, yarışın ortasında elektrikləşdirilmiş qamçılarla təchiz olunmuş Vankonun hücumuna məruz qalır. Stark zirehini geyinir və Vankonu məğlub edir, lakin zireh xeyli zədə alır. Vanko məqsədinin dünyaya Dəmir adamın məğlubedilməz olmadığını sübut etmək olduğunu açıqlayır. Vankonun performansından təsirlənən Starkın rəqibi Castin Hammer Vankonun ölümünü saxtalaşdırır, onu həbsxanadan qaçırır və Starkı keçmək üçün ona zirehli kostyumlar hazırlatdırmağı istəyir. Sonuncu ad günü şənliyi olduğuna inanan Stark Dəmir adam kostymu içərisində sərxoş olur. Bundan bezən Toni Starkın ən yaxın dostu, ABŞ Hava Qüvvələri leytenant-polkovniki Ceyms Rods Starkın prototip zirehini geyinir və onu dayandırmağa çalışır. Döyüş heç-heçə bitir və Rods zirehi ABŞ Hava Qüvvələri üçün gətirir.
Q.A.L.X.A.N. direktoru Nik Fyuri Starka yaxınlaşır, Raşmanın əslində casus Nataşa Romanov olduğunu, Q.A.L.X.A.N.-ın qurucusu Hovard Starkı da şəxsən tanıdığını açıqlayır. Furi izah edir ki, Vankonun atası ark reaktorunu Starkla birlikdə ixtira edib, lakin pul üçün satmaq istədiyindən Stark onu ölkədən çıxarıb. SSRİ isə onu QULAQ düşərgəsinə göndəriblər. Furi Starka atasının köhnə materialını verir: 1974-cü ilə aid Stark Expo dioramasındakı gizli mesajın əslində yeni bir elementin strukturundan xəbər verir. JARVIS-in köməyi ilə Stark onu sintez edir. Vankonun hələ də sağ olduğunu öyrənən Stark yeni elementi ark reaktoruna yerləşdirir və onun palladium asılılığı başa çatır.
Ekspoda Hammer prototip zirehin ağır silahlandırılmış versiyasını geyinən Rodsun başçılığı altında Vankonun zirehli dronlarını tanıdır. Stark Rodsu xəbərdar etmək üçün gəlir, lakin Vanko dərhal uzaqdan bütün dronların və Rodsun zirehinin idarəetməsini ələ keçirib Starka hücum edir. Hammer həbs edilir, Romanov və Starkın cangüdəni Heppi Hoqan Vankonu tapmaq üçün Hammerin fabrikinə gedirlər. Vanko qaçır, lakin Romanov Rodsun zirehinin idarəetməsini ona qaytarır. Stark və Rods birlikdə Vanko və onun dronlarını məğlub edirlər. Vanko öz zirehini və məğlub edilmiş dronlarını partladaraq intihar edir.
Qısa görüş zamanı Furi Starka onun çətin şəxsiyyətinə görə Q.A.L.X.A.N.-ın onu ancaq məsləhətçi kimi istifadə etməyi planlaşdırdığını bildirir. Stark və Rods qəhrəmanlıqlarına görə medalla mükafatlandırılırlar. Titrlərdən sonrakı səhnədə Q.A.L.X.A.N. casusu Fil Koulson Nyu-Meksiko ştatının səhrasındakı bir kraterdə böyük bir çəkicin kəşfini bildirir.[N 3]
Qeydlər
redaktə- ↑ 2013-cü ilin iyulunda filmin yayım haqqları Paramount Pictures-dən Walt Disney Studios-da keçmişdir.[1][2][3]
- ↑ Filmdəki hadisələr "İnanılmaz Halk" və "Tor" filmləri ilə eyni vaxtda baş verir.[9]
- ↑ 2011-ci il istehsalı "Tor" filmində göstərildiyi kimi.
İstinadlar
redaktə- ↑ Tadena, Nathalie. "Disney Acquires Distribution Rights to Four Marvel Films From Paramount". The Wall Street Journal. November 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2013.
- ↑ Finke, Nikki. "Disney Completes Purchase of Marvel Home Entertainment Distribution Rights". Deadline Hollywood. July 2, 2013. November 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2013.
- ↑ Palmeri, Christopher. "Disney Buys Rights to Four Marvel Movies From Viacom's Paramount". Bloomberg. July 2, 2013. April 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2013.
- ↑ "IRON MAN 2 (12A)". British Board of Film Classification. April 26, 2010. September 10, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
When submitted to the BBFC the work had a running time of 125m 29s.
- ↑ Fritz, Ben. "Movie Projector: 'Iron Man 2' has 'The Dark Knight' in its sights". Los Angeles Times. May 6, 2010. August 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 10, 2010.
The movie cost about $170 million to produce, and worldwide print and advertising costs are roughly $150 million, per insiders.
- ↑ 1 2 "Iron Man 2 (2010)". Box Office Mojo. September 10, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2010.
- ↑ 1 2 IRON MAN 2 AND THE AVENGERS UPDATEIRON MAN 2 AND THE AVENGERS UPDATE (ing.): Get the latest news on two of Marvel's next blockbusters!. // marvel.com Marvel Entertainment, 2008.
- ↑ http://www.edwards.af.mil/news/story_print.asp?id=123150149.
- ↑ Eisenberg, Eric. "Why Marvel Movies Don't Overlap Like They Used To, According To Kevin Feige". CinemaBlend. April 27, 2017. April 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2017.
Xarici keçidlər
redaktə- ironmanmovie.marvel.com — Rəsmi saytı
- Dəmir adam 2 — Internet Movie Database saytında
- «Dəmir adam 2» əsərinin publikasiya siyahısı — ISFDB saytında. (ing.)