Dagqargasi - Wikipedia
Dağqarğası (lat. Pyrrhocorax pyrrhocorax) — qarğakimilər fəsiləsindən quş.
Dağqarğası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dağqarğası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəUzunluğu 37–42 sm, kütləsi 220–450 q-dır; erkəkləri dişilərindən iri olur. Dimdiyi uzun, ensiz, aşağıya oraqşəkilli əyilmiş qanadları uzundur. Lələk örtüyü yaşıl, göy və al-qırmızı çalarlı qaradır; dimdiyivə ayaqları qırmızıdır. Əsasən, Mərkəzi və Cənubi Avropanın, Şimal-Qərbi və Şərqi Afrikanın (Efiopiya), Cənubi Sibirin, Cənub-Qərbi, Orta və Mərkəzi Asiya dağlarının çöl və çəmənlərində yaşayır. Qafqaz, Altay, Sayan və Baykalarxasında yayılmışdır. Dəniz səviyyəsindən nival qurşağadək, adətən, 1200–4800 m-ədək daha yüksəklikdə yuvalayır; dağlarda mövsümi yerdəyişmələr edir. Yüksəklikdə manevr edən quşdur. Əsasən, sürü halında yaşayır. Azərbaycanda bu quş bəzən qırmızıdimdik dağqarğasıda adlanır. Qobustan, Zuvand və Naxçıvanda məskunlaşmışdır. Hərşeyyeyən quşlardır; rasionunun əsas hissəsini torpaq cücüləri, bitki toxumları (o cümlədən, becərilən taxıl bitkilərini), giləmeyvə təşkil edir; həmçinin xırda sürünənləri, quşları və onların yumurtalarını, tullantı və cəmdəyi də yeyir. Dik qayalar arasında, sıldırımlı sahillərdə və tikililərdə ayrı-ayrı cütlər şəklində və kiçik koloniyalarla yuvalayırlar. Yuvası iri, kasaşəkilli, yaxud çoxlu yun və tükdən ibarət qalın döşənəkli platforma şəklində olur. 1–6 (adətən, 3–5) yumurta qoyur, dişi 17–18 gün kürt yatır; erkək bu dövrdə onu yemləyir. Ətcəbalalar yuvada 31–41 gün qalır.[3]
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ Dağqarğası// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 223.