Daskesen Dovlet Resm Qalereyasi - Wikipedia
Daşkəsən rayon Dövlət Rəsm Qalereyası — 1986-cı ildən Azərbaycan Respublikasının Nazirlər kabinetinin sərəncamı ilə fəaliyyətə başlamışdır. Qalereyada ştat üzrə 4 nəfər işçi çalışır. Onlardan 1 nəfər ali təhsilli, 3 nəfər isə orta təhsillidir. Ümumi sahəsi 40 m2-dir, 1 otaqdan ibarətdir.[2]
Daşkəsən Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1986 |
Yarandığı yer | Azərbaycan, Daşkəsən |
Fəaliyyət göstərdiyi yer | Daşkəsən, Azərbaycan, H.Əliyev Meydanı |
Sədr | Afət Şamilova[1] |
Ekspozisiyiası və fəaliyyəti
redaktəQalereyada tanınmış, peşəkar və o cümlədən, yerli, həvəskar rəssamların müxtəlif həcmdə çəkdikləri əsərlər və şəkillər nümayiş olunur. Hazırda Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyasının balansında 33 rəsm əsəri vardır. Həvəskar və yerli rəssamların qalereyaya bağışladığı şəkillərlə birgə 60 əsər nümayiş olunur. Belə ki, qalereyada tanınmış rəssamlardan M.Rəhmanzadənin, B.Mirzəzadənin, V.Ağayevin, Ç.Fərzəliyevin və başqalarının əsərləri nümayiş olunur. Həvəskar yerli rəssamlardan isə L.Məmmədovun, N.İsayevin, İ.İsayevin və başqalarının əsərləri sərgilənir. Bu əsərlərin içərisində kətan üzərində yağlı boya ilə işlənmiş şəkillər əksəriyyət təşkil edir. Həmçinin karandaş və quaşla işlənmiş əsərlər də sərgilənir və tərəfimizdən qorunub saxlanılır.[3]
İstinadlar
redaktə- ↑ "Daşkəsən Dövlət Rəsm Qalereyası". azgallery.az. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.03.2021.
- ↑ "Daşkəsən Şəhər Dövlət Rəsmlər Qalereyası". heydaraliyev-centers.az. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.03.2021.
- ↑ "Daşkəsən rayonunda 81 mədəni-maarif müəssisəsi fəaliyyət göstərir". dashkesen-ih.gov.az. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.03.2021.
Xarici keçidlər
redaktə- "Dövlət Rəsm Qalereyaları". kataloq.gomap.az. İstifadə tarixi: 30.03.2021.