Dauqava - Wikipedia
Dauqava (latış. Daugava; latq. Daugova) və ya Qərbi Dvina (rus. Западная Двина; belar. Заходняя Дзвіна) — Şərqi Avropanın şimalında çay. O, Rusiya, Belorus və Latviya əraziləri ilə axır.
Dauqava | |
---|---|
latış. Daugava, latq. Daugova, rus. Западная Двина, belar. Заходняя Дзвіна | |
Ölkələr | |
Mənbəyi | Rusiya, Valday Təpələri |
• Yüksəkliyi | 215 m |
Mənsəbi | Latviya, Riqa körfəzi |
Uzunluğu | 1 020[1] |
Su sərfi | 678 m³/san |
Hövzəsinin sahəsi | 87 900 km² |
DSR[rus.] | 01020000112199000000010 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəEski adları — Eridan, Rudon, Bubon, Rubon, Sudon, Xesin.[2]
Maks Vasmerın Etimologiya lüğətində yazılıb ki, Dvina toponimi Ural dillərindən gələ bilməzdi və ola bilər ki, Hind-Avropa dillərində çay və ya axar mənasını daşıyan sözündən gəlib.[3]
Coğrafiya
redaktəÇayın tam uzunluğu 1020 km-dır.[1] Onlardan 325 km Rusiya, 338 km Belarus,[1] 352 km isə Latviyaya aiddir.[4] Latviyada Dauqava Riqa körfəzinə tökülməkdən əvvəl Latqale, Zemqale və Vidzeme (o cümlədə Riqa şəhəri) bölgələrin ərazilərində axır.[5] Latqale bölgədəki hissəsinin ətrafında yerləşən Dauqava Döngələri (lat. Daugavas Loki) təbiət parkı 2011-ci ildən bəri Latviyanın milli UNESCO ümumdünya irsi siyahısındadır.[6]
Dauqava Latviyanın ən böyük çayıdır.[7]
Yaşayış məntəqələri
redaktəRusiya
redaktəAndreapol, Zapadnaya Dvina və Velij.
Belarus
redaktəRuba, Vitebsk, Beşenkoviçi, Polatsk, Navapolatsk, Dzisna, Verxnyadzvinsk və Druya.
Latviya
redaktəKraslava, Dauqavpils, Livani, Yekabpils, Plavinas, Aizkraukle, Yaunyelqava, Lielvarde, Kequms, Oqre, İkşkile, Salaspils və Riqa.
İqtisadiyyat
redaktəHazırda çayın Belarus hissəsində 4 su elektrik stansiyası (SES) tikilir.[8] Onun Latviya hissəsində isə Plyavinyas SES, Riqa SES və Kequms SES yerləşir. Beləliklə, Dauqava Latviyanın üçün tək böyük milli enerji mənbəsidir.[9]
Sovet İttifaqı dövründə çay əkinçilik siyasəti və hidrogen enerji layihələrindən ekoloji korlanmanı yaşayıb.[10]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Main Geographic Characteristics of the Republic of Belarus. Main characteristics of the largest rivers of Belarus". Land of Ancestors. Data of the Ministry of Natural Resources and Environmental Protection of the Republic of Belarus. 2011. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2013.
- ↑ "Кулаковский Ю., Карта Европейской Сарматии по Птолемею". 2018-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-05.
- ↑ Фасмер, Макс. Этимологический словарь Фасмера (Russian). səh. 161.[ölü keçid]
- ↑ Latvian Encyclopedia 2. Riga: Valērija Belokoņa izdevniecība. 2003. p. 137. ISBN 9984-9482-2-6.
- ↑ "Introducing Daugava River Valley". Lonely Planet. 22 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2016.
- ↑ "Daugavas Loki Nature Park". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-23.
- ↑ "Даугава". 2016-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- ↑ "Статья / Куда утекает Даугава? Истоки реки мелеют на глазах / Rus.lsm.lv". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ "Западная Двина (Даугава)". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-29.
- ↑ C.Michael Hogan. "Daugava River". Encyclopedia of Earth. National Council for Science and the Environment. 2012. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.