Demi Mur - Wikipedia
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüseri, keçmiş bəstəkarı və modeli.
Demi Mur | |
---|---|
ing. Demi Moore | |
Doğum adı | Demi Gene Guynes |
Doğum tarixi | |
Doğum yeri | Rozuell, Nyu-Meksiko, ABŞ |
Həyat yoldaşı |
Freddy Moore (1980–1985) Bruce Willis (1987–2000) Ashton Kutcher (2005–2013 |
Uşağı | 4 |
Partnyorları |
|
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1978-ci ildən |
IMDb | ID0000193 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDemi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi.
Seriallarda çəkilir. 1982–1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St. Elmo's Fire" filminə çəkilişlər sayəsində narkotikadan asılılığından azad olur. 1990-cı illərdə "Ruh","A Few Good Men","Indecent Proposal","Striptease" filmləri ilə ən bahalı aktrisalar siyahısına düşür. 2003-cü ildə ən pis qadın aktrisası kimi "Qızıl moruq" antiprizinə layiq görülür.
Demi Mur 18 yaşında Freddi Mur, 1987-ci ildə Brüs Uillislə, 2005-ci ildə özündən 15 yaş kiçik olan Eşton Kutçer ilə ailə qurur. 2011-ci ilin noyabr ayında isə o, media vasitəsilə Eşton Kutçerlə evliliklərinin bitdiyini açıqlayır, lakin təzminat məsələsinə görə cütlüyün məhkəmə prosesi iki il ləngiyir. 2013-cü il noyabrın 27-də Cütlük rəsmən boşanmışdır.
Filmoqrafiya
redaktəİstinadlar
redaktəBu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |