Denis Fonvizin - Wikipedia
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi.
Denis Fonvizin | |
---|---|
rus. Денис Иванович Фонвизин | |
Doğum tarixi | |
Doğum yeri | Moskva |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | dilçi, yazıçı, dramaturq, şair, tərcüməçi |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur.
Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Fonvizin 12 dekabr 1792-ci ildə Peterburq şəhərində vəfat etmişdir.