Dilare Kazimova - Wikipedia
Dilarə Kazımova (d. 20 may 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, aktrisa, mahnı sözü yazan, bəstəkar, "Woman", "Unformal", "Milk & Kisses" qruplarının keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi.
Dilarə Kazımova | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Delya |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, bəstəkar, mahnı yazarı[d], söz yazıçısı[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janrlar | caz, rok, pop |
Albom şirkəti | BEAT Music |
Əlaqələri | Unformal, Milk & Kisses |
Təhsili | |
Üzvlüyü |
|
dilara.eurovisiontalents.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır.[1]
2015[2]-2016-cı illərdə Türkiyə vətəndaşı Mərt Aslanla ailəli olmuşdur.[3]Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.[4]
Fəaliyyəti
redaktəİlk öncə "Woman" qrupunun tərkibində səhnə almışdır. Qadınlardan ibarət qrupla səhnə alan ifaçı, 2004-cü ildə "Sing Your Song 2" mahnı müsabiqəsinə qatılmış və "Unformal" qrupu ilə "Cherry" adlı dueti ifa etmişdir. Uğurlu işbirliyindən sonra ifaçı "Unformal" rok qrupunun solisti kimi fəaliyyətini davam etdirmişdir. Finalı Heydər Əliyev Sarayında keçirilən "Sing Your Song 2" mahnı yarışmasında ifaçı üzvü olduğu "Unformal" qrupu ilə birlikdə ikinci olmuşdur. 2006-cı ildə "Çalış, nəfəs alma" filmində baş rollarını paylaşdığı Xalq artisti Fəxrəddin Manafovla birlikdə kamera qarşısına keçmişdir. Film İtaliyada keçirilən “Salento Finibus Terrae” beynəlxalq qısametrajlı filmlər festivalının mükafatçılarından biri olmuşdur. "Unformal" qrupunun tərkibində 2007-ci ildə "Sirat Körpüsü" filminin əsas mahnı mövzusu olan "Sonsuz Yol" mahnısını təqdim etmişdir.
Dilarə Kazımova ilk dəfə 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olmuşdur. "Unformal" qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurmuşdur.[5] İkinci dəfə 2010-cu ildə Avroviziya seçim turlarına qatılmışdır. Bu dəfə "Milk and Kisses" qrupunun solisti kimi seçim turunda iştirak etmiş və yenə də ikinci olmuşdur. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən "Yeni Dalğa 2010" müsabiqəsinin laureatı olmuşdur.[5] Müsabiqədə "Getmə, getmə, gəl" mahnısını ifa etmişdir. 2010-cu ildə Azərbaycan, Bolqarıstan və Rusiyanın ortaq istehsalı olan "Qardaşımdan yaxşısı yox idi" filmində rol almışdır.
2012-ci ildə Orkhan Zeynallı ilə "Doğma Mahnılar" adlı duetini təqdim etmişdir.
2013-cü ildə "Мысли" adlı sinqlı təqdim etmişdir. Mahnının musiqisi Emin Kərimiyə, sözləri Riyad Əliyevə aiddir.
Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün Avroviziya seçim turlarında iştirak etmişdir. O, milli seçim turu olan "Böyük Səhnə" layihəsinin qalibi olmuş və Azərbaycanı Avroviziyada təmsil etmək hüququ qazanmışdır.[6] Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a Fire" (azərb. Bir qığılcım) mahnısını ifa etmişdir. İfaçı Azərbaycanı müsabiqədə təmsil etdiyi mahınını öz dilimizdə "Bir qığılcım", türk dilində isə "Alev Gibi" adı ilə də təqdim etmişdir. Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən Səs (ukr. Голос країни) müsabiqəsinə qatılmış və ilk mərhələni uğurla keçmişdir. Müsabiqədə Svyatoslav Vakarçukun komandasında yarışmışdır.[6] 2014-cü ildə Okean Elzı qrupunun Bakıdakı "Yaşıl teatr"-dakı solo konsertində səhnə almışdır. Konsertdə qrupun üzvü Svyatoslav Vakarçuk ilə "Susie" duetini təqdim etmişdir.
2015-ci ildə " 4.1 şəhər motivləri" və ya digər adıyla "Dmitrov küçəsi 86" filmində rol almışdır. 2015-ci ildə Xocalı faciəsinin 23-cü anım günü münasibətilə Türkiyənin məşhur "Şeffaf Oda" adlı televiziya verlişində qonaq olmuş və "Laçın" xalq mahnısını səsləndirmişdir. [7] 26-28 fevral 2015-ci ildə İstanbulda keçirilən “Gözü yaşlı Xocalım” sərgisində səhnə almışdır. Sərginin açılışı zamanı Alessandro Safina ilə birlikdə “Sarı gəlin” mahnısını ifa etmişdir. İfaçı sərgidə daha sonra Məryəm Əzizlinin müşayəti ilə "Laçın" xalq mahnısını səsləndirmişdir. 24 dekabr 2015-ci ildə "Running" albomunu təqdim etmişdir. Albomun adını daşıyan "Running" mahnısına klipi Qmemmy mükafatına namizəd olmuş ukraynalı rejissor Tanu Muino lentə almışdır.
2016-cı ildə Ukraynada keçirilən "Atlas Weekend" musiqi festivalında səhnə almışdır.
2017-ci ildə "Kəklikotu" filminin saundtrekti olan "Dəm olmuşam" mahnısını səsləndirmişdir. 2017-ci ildə “YARAT” Müasir İncəsənət Mərkəzində solo konsertlə çıxış etmişdir.
2018-ci ildə "613" adlı sinqlını təqdim etmişdir. Mahnı Xocalı faciəsinin 26-cı il dönümüə həsr olunmuşdur. Dilarə bu layihədə Etibar Əsədli və Sahib Əsədli ilə əməkdaşlıq etmişdir. 24 sentyabr 2018-ci ildə Gənclik Mall-da "Azərbaycan" adlı sinqlını təqdim etmişdir. [8] 2018-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən “Star of Asia” musiqi festivalında səhnə almışdır. 2018-ci ildə bəstəkar-müğənni Murad Arif ilə birlikdə "Yalnız Səni Gözlədim" duetini təqdim etmişdir. 2018-ci ildə Türkiyədə təqdim edilən "Qızıl Kəpənək" mükafatlandırma mərasimində "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında namizəd olmuşdur. 2018-ci ildə sözləri Leyla Əliyevaya, musiqisi Novruz Aslanova aid olan "Не уходи" mahnısını ifa etmişdir.
2019-cu ildə təqdim olunan "Qış nağılı" komediya filmində aktrisa kimi rol almış və filmin saundtrektini səsləndirmişdir. 2019-cu ildə "Danış" sinqlını təqdim etmişdir. 2019-cu ildə "Harem" adlı sinqlını təqdim etmişdir. “Jara” Beynəlxalq Musiqi Festivalında səhnə almışdır. 2019-cu ildə Türkiyənin "Akustikhane" adlı YouTube kanalında Azərbaycan və Türk mahnılarını akustik versiyada səsləndirmişdir. 2019-cu ildə "Zeytun Bağları" markasının siması seçilmişdir və həmən il "Zeytun Bağları" sinqlını təqdim etmişdir. Klipdə Dilarənin tərəf müqabili "Best Model of Azerbaijan" və "Best Model of the World" modellik müsabiqələrinin qalibi Rüstəm Cəbrayılov olmuşdur.[9] 2019-cu ildə DJ RAFO tərəfindən remiks olunmuş "Moments (feat. Bikoo)" adlı sinqlını təqdim etmişdir. 2019-cu ildə Misirin "Şarm-əl-Şeyx" şəhərində keçirilən Beynəlxalq Asiya Film Festivalında səhnə almışdır. İfaçı festivalda "Sarı gəlin" mahnısını ifa etmişdir.
2020-ci ildə erməni hakerlərin şikayəti əsasında YouTube hesabı bağlanan ifaçı bütün arxivini yeni açdığı kanala yükləmək məcburuyyətində qalmışdır. 2020-ci ildə "İkinci Qarabağ" müharibəsində Azərbaycanın haqlı qələbəsinə həsr etdiyi "Azərbaycanım" sinqlını təqdim etmişdir.[10] 2020-ci ildə "Heç Vecimə Deyilsən", "Dəb Elə Mənəm", "Xoş Gəldin Həyatima, Mela-Melanxoliya" sinqllarını təqdim etmişdir. 2020-ci ildə ifaçının İtalyanın məşhur “Vogue” jurnalında şəkilləri dərc olunub. İfaçı məşhur “Vogue” jurnalında şəkilləri çıxan ilk azərbaycanlıdır.
2021-ci ildə söz və musiqisi Elşad Xoseyə aid olan "Əsl sevgi" mahnısı reperin özü ilə duet şəklində ifa etmişdir. 2021-ci ildə musiqisi ifaçının özünə aid olan "Ünvanımız xoşbəxtlik" sinqlını təqdim etmişdir. 2021-ci ildə "Qaralama" adlı sinqlını təqdim etmişdir. 2021-ci ilin payız ayında "Olmaram" adlı sinqlını təqdim etmişdir.
2022-ci ilin fevral ayında "Кораблик" adlı mahnını Ülviyyə Rəhimova ilə duet şəklində ifa etmişdir. Mahnının söz və musiqisi ikilinin özünə aiddir. 2022-ci ildə "İsti-isti (feat. Ülkər MC Rain, Fidan Əliyeva & Ülviyyə Rəhimova)" adlı sinqlı təqdim etmişdir. 2022-ci ilin iyul ayında "Xarizma" adlı mahnısı təqdim etmişdir. "Xarizma" adlı sinqlın klip çəkilişlərində ifaçının staylinqi üzərində dünyaca məşhur türk stilist Seyit Ares çalışmışdır. 2022-ci ilin oktyabrında "Darıxsam da" sinqlını təqdim etmişdir.
Diskoqrafiyası
redaktəAlbomları
redaktəTarix | Albomunların Adı(ları) | İstinad |
---|---|---|
24.12.2015 | Running |
Sinqlları
redaktəTarix | Sinqlların Adı(ları) | İstinad |
---|---|---|
2012 | "Doğma Mahnılar (feat. Orxan Zeynallı)" | |
2013 | "Мысли" | |
2014 | "Start a Fire" | |
2014 | "Start a Fire (Remix)" | |
2017 | "Dəm olmuşam" | |
2018 | "613" | |
2018 | "Не уходи" | |
2018 | "Azərbaycan" | |
2018 | "Mənim Evim Azərbaycan (feat. Fidan Hüseynova, Atilla Məmmədov, Hüseyn Abdullayev)" | |
2018 | "Yalnız Səni gözlədim (feat. Murad Arif)" | |
2019 | "Danış" | |
2019 | "Harem" | |
2019 | "Zeytun Bağları" | |
2019 | "Moments (feat. Bikoo)" DJ RAFO Remix | |
2020 | "Azərbaycanım" | |
2020 | "Heç Vecimə Deyilsən" | |
2020 | "Dəb Elə Mənəm" | |
2020 | "Yeni İl Zəfərlə" | |
2020 | "Xoş Gəldin Həyatima, Mela-Melanxoliya" | |
2021 | "Əsl sevgi (feat. Elşad Xose)" | |
2021 | "Ünvanımız xoşbəxtlik" | |
2021 | "Qaralama" | |
2021 | "Olmaram" | |
2022 | "Кораблик (feat. Ülviyyə Rəhimova)" | |
2022 | "Xarizma" | |
2022 | "İsti-isti (feat. Ülkər MC Rain, Fidan Əliyeva & Ülviyyə Rəhimova)" | |
2022 | "Darıxsam da" |
Klipləri
redaktəSay | Ad | Tarix |
---|---|---|
01 | Мысли | 2013 |
02 | Start A Fire | 2014 |
03 | Running | 2015 |
04 | Dream | 2016 |
05 | Dəm | 2017 |
06 | Yalnız Səni Gözlədim ft. Murad Arif | 2018 |
07 | 613 ft. Etibar Asadli, Sahib Asadli | 2018 |
08 | Azərbaycan | 2018 |
09 | Shine | |
10 | Light | |
11 | Danış | 2019 |
12 | Не уходи | 2019 |
13 | Harem | 2019 |
14 | Zeytun Bağları | 2019 |
15 | Heç Vecimə Deyilsən | 2020 |
16 | Xoş Gəldin Həyatıma, Mela-Melanxoliya | 2020 |
17 | Azərbaycanım | 2020 |
18 | Ünvanımız Xoşbəxtlik | 2021 |
19 | Qaralama | 2021 |
20 | Olmaram | 2021 |
21 | Xarizma | 2022 |
22 | İsti-İsti ft. Ulker MC Rain, Fidan, Ulviyya | 2022 |
23 | Darıxsam Da | 2022 |
24 | Alov | 2023 |
25 | Dəli | 2023 |
Filmoqrafiya
redaktəAktrisa kimi | ||||
---|---|---|---|---|
Tarix | Adı | Rol | ||
2006 | Çalış, nəfəs alma | qız | ||
2007 | Sirat körpüsü | Delya | ||
2010 | Qardaşımdan yaxşısı yox idi | |||
2015 | Dmitrov küçəsi 86 | Delya | ||
2017 | Kəklikotu | Delya | ||
2019 | Qış nağılı | |||
Vokalçı kimi | ||||
2007 | Sirat körpüsü | |||
2015 | Dmitrov küçəsi 86 | |||
2017 | Kəklikotu |
TV layihələri
redaktəTarix | Proqram | Obraz | TV |
---|---|---|---|
2010 | Jaunais Vilnis (azərb. Yeni Dalğa) | Özü | LTV |
2014 | Голос країни (azərb. Səs Ukrayna) | Özü | 1+1 |
2014 | Böyük Səhnə | Özü | İctimai TV |
2014 | Eurovision 2014 | Özü | İctimai TV |
2015 | Şeffaf Oda | Özü | TV 8 |
2018 | Star of Asia | Özü | NTK TV |
2019 | ЖАРА-2019 | Özü | ЖАРА TV |
Mükafatları
redaktəESC Radio Awards
redaktəİl | Mükafat | Nəticə |
---|---|---|
2014 | The 2014 ESC Radio Awards | Namizəd |
The Big Apple Music Awards
redaktəİl | Mükafat | Nəticə |
---|---|---|
2015 | The Big Apple Music Awards | Namizəd |
Altın Kelebek Ödülleri
redaktəİl | Mükafat | Nəticə |
---|---|---|
2018 | En İyi Kadın Sanatçısı (azərb. Ən yaxşı qadın sənətçi) | Namizəd |
Konsertləri
redaktəİl | Adı | İstinad |
---|---|---|
2017 | Unplugged | [11] |
İstinadlar
redaktə- ↑ "Dilarə Kazımovanı daha yaxından tanıyaq!" (azərb.). İtv.az. 25 aprel 2014. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2014.
- ↑ publika.az. "Dilarə Kazımova bədənini nümayiş etdirdi – FOTO/VİDEO" (az.). Publika.az. 12.01.2017. 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
- ↑ publika.az. "Dilarə ərindən boşandı, sonra da... – VİDEO" (az.). Publika.az. 19.05.2016. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-31.
- ↑ ""Eurovision-2014" təmsilçimiz bəlli oldu" (azərb). Səs İnformasiya Agentliyi. 1 mart 2014. İstifadə tarixi: 2 may 2014.[ölü keçid]
- ↑ 1 2 "About Dilara Kazimova". Avropa Yayım İttifaqı (ingilis). Eurovision.tv. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-02.
- ↑ 1 2 Aysel Qurbanzadə. "Azərbaycanın "Eurovision" təmsilçisi Dilarə Kazımova kimdir?" (azərb.). Anspress.com. 3 mart 2014. 15 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 may 2014.
- ↑ milliyet.com.tr. "İtalyan tenordan Sarı Gelin" (türk). news. 1 mart 2015. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2015.
- ↑ mallganjlik. "Dilarə Kazımova-nın İmza Gününü Qaçırmayın!" (az.). news. 24 sentyabr 2018. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.
- ↑ qafqazinfo.az. "Dilarə Kazımovanın yeni xiti "Zeytun bağları" - Fotolar + Video" (az.). news. 29 sentyabr 2019. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2019.
- ↑ oxu.az. "Bu mahnı işğaldan azad olunmuş torpaqlarla bağlı stimul verir - Video" (az.). news. 23 noyabr 2020. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2020.
- ↑ events.az. ""Unplugged" – Dilarə Kazımovanın canlı konserti" (az.). news. 16 mart 2017. 2023-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2017.
Xarici keçidlər
redaktə- Dilarə Kazımova: «Stil – dəbdə olan geyimdən asılı olmayaraq düzgün geyim seçmək bacarığıdır.» Arxivləşdirilib 2014-10-15 at the Wayback Machine, SBM.Az
Əvvəlki: Hold Me mahnısı ilə Fərid Məmmədov |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2014 |
Sonrakı: Hour Of The Wolf mahnısı ilə Elnur Hüseynov |