Unformal - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Unformal — 2001-cü ildə Bakı şəhərində yaradılmış Azərbaycan rok qrupu.
Unformal | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
rok alternativ rok alternativ metal proqressiv rok nu metal |
Fəaliyyət illəri | 2001-2009 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Heyət |
Dilarə Fəridə Yevgeni Rüstəm Luper |
Əməkdaşlıq | Milk & Kisses (duet) |
Vikianbarda əlaqəli mediafayllar |
Quruluş ili
redaktəHər şey Sovetlər Birliyindən qalmış model agentliyinin yerləşdiyi dağılmış çardaqdan başlamışdır. Orada Rüstəm (gitaraçı) və Yevgeni (barabançı) bir neçə artist və musiqiçilərlə birgə otaq kirayə götürürdülər. Bir neçə aydan sonra kollektivə ölkədə yeganə qadın bas gitara ifaçısı qoşulur. Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C. prodüser mərkəzi tərəfindən təşkil edilən Azerbaijan Rock Award Competition mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək "Qızıl aypara" mükafatina layiq görülmüş və öz debütunu etmişdir. 2003-cü ilin mayında Unformal qrupu Gürcüstana festivala dəvət olunur, orada Gürcüstanın məşhur musiqi telekanalı olan "Maestro" və bir sıra başqa kanalarda müsahibələr verir. 2003-cü ildə Unformal qrupu teleşouda iştirak etmişdi və onun ardınca Azərbaycan üzrə qastrollar başlamışdı. 2003-cü ildə Şou proqramın axırıncı konserti Azərbaycanın əsas səhnəsi – Heydər Əliyev adına Sarayda baş tutmuşdu. 2004–2005-ci illərdə Unformal qrupu 11 festival keçirmiş, "Unformal" nümayiş albomunu yazdırmış, özünün 5 ilini solo – konsertlə qeyd etmiş, gələcək albom üçün yeni mahnılar yazdırmışdır. Eyni zamanda Fəridə (bas) öz konservatoriya dostları ilə birgə yeni layihəsinə – "W/Omen" rok – qrupuna həyat vermişdir.
Fəaliyyəti
redaktəTezliklə Unformal qrupu "W/Omen"qrupunun ifaçısı Delya ilə böyük uğura səbəb olan duet yazdırır. 2006-cı ildə Delya Luper (gitaraçı) ilə Unformal qrupuna daxil olurlar. 2006-cı ilin oktyabrında yeniləşmiş Unformal qrupu (Delya – vokal, Luper və Rüstəm – gitaraçılar, Farida – bas və Yevgeni – barabançı) solo konsert verir. Hard rokdan alternativ musiqiyə keçid pərəstişkarlar tərəfindən sevinclə qarşılanır. "İlk sui-qəsd" adlı solo-konsert yeni əsrin başlanğıcında Unformal qrupunun tarixində ən yaxşı konsertlərdən biri olur. Konsertə xüsusilə dəvət olunan məşhur Ukrayna prodüseri Vitali Klimov Unformal qrupu ilə müqavilə imzalayır. İki aydan sonra (dekabrda) qrup Serb musiqiçisi, "Okean Elzi" qrupunun pianoçusu Miloş Yeliçin rəhbərlik etdiyi Kiyev filarmonik orkestri ilə "Sonsuz yol" yeni sinqlını yazdırır. Həmin mahnı Unformal qrupunun "Sirat körpüsü" filmi (quruluşçu rejissor: Samir Kərimoğlu) üçün yazdığı soundtrekin bir parçası hesab olunur. Bundan sonra Unformal qrupu səs rejissoru Vitali Telezinin iştirakı ilə Kiyevdə Ukrayna səsyazma studiyasında özlərinin ilk albomlarını yazdırırlar. 2007-ci ilin martında Unformal qrupu "Sonsuz yol" (rejissor: Samir Kərimoğlu) mahnısı üçün klip çəkdirir. 2007-ci ilin aprelində bu klip 3 həftə ərzində İTV–nin rok kliplər top onluğunda birinci yeri tutmuşdur. 2007-ci ilin avqustunda isə həmin klip M1 kanalının (Ukrayna musiqi telekanalı) top onluğundan uzun müddət düşmür.
Eurovosion-2008
redaktə2008-ci ildə 2008 Avroviziya Mahnı Müsabiqəsində Unformal qrupu Azərbaycanı təmsil etmək üçün milli seçim turlarına qoşulur. Finala çıxan qrup 2 fevral tarixində çıxış edir. Qrup Elnur Hüseynovdan sonra ikinci yeri tuturlar. 2009-cu ildə qrupun iki üzvü: Dilarə və Fəridə Nelson qrupdan ayrılaraq yeni bir layihə hazırlayırlar. Milk & Kisses adlanan qrup 2010 Avroviziya Mahnı Müsabiqəsinin seçmə mərhələsinə qoşulur və Safura Əlizadədən sonra ikinci yeri tutur.
Kliplər
redaktəİstinadlar
redaktə- ↑ https://apa.az/sou-biznes/-162829
- ↑ "Arxivlənmiş surət". 2024-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.