Dilqem Ehmed - Wikipedia
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı.
Dilqəm Əhməd | |
---|---|
Doğum adı | Dilqəm Əhmədov |
Doğum tarixi | 3 dekabr 1985 (38 yaş) |
Doğum yeri | |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Politoloq |
Fəaliyyəti | jurnalist, politoloq, yazıçı, tədqiqatçı, kolleksiyaçı, kitab kolleksioneri[d] |
Fəaliyyət illəri | 2005-ci ildən |
İlk əsəri | Bozqırdan uçuruma |
Tanınmış əsəri |
|
Mükafatları |
2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb.
Həyatı və təhsili
redaktəDilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub[1]. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərindəki 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib.
2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub.
2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb. Buranı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla sosial işin aparılmasında Qeyri-Hökumət Təşkilatlarının rolu” mövzusunda magistr dissertasiyası yazaraq, fərqlənmə diplomu ilə bitirib.
2014-cü ilin yayında Amerika Birləşmiş Ştatlarında ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçi Liderlik Proqramında iştirak edib.
2019-cu ildən etibarən "Dövlət Proqramı" çərçivəsində İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda Türkiyə Cümhuriyyəti tarixi üzrə doktorantura təhsili alır.
Fəaliyyəti
redaktəTələbəlik illərindən mətbuatda çıxış edib. İlk məqaləsi 2005-ci ildə "Qoroskop" qəzetində çap olunub. "Azərbaycan xristianlaşır" adlı ilk məqaləsi missionerlərin Bakıdakı fəaliyyəti ilə bağlı olub. Tələbəlik dövründə "Nota Bene", "24 saat" kimi qəzetlərlə əməkdaşlıq edib. 2010–2012-ci illərdə Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Sosial Xidmətlər Təşəbbüsü, SOS Uşaq Kəndləri Beynəlxalq Assosiasiyası kimi təşkilatlarda sosial işçi vəzifəsində çalışıb. 2012–2013-cü illərdə "Publika.Az", 2013–2016-cı illərdə "Gündəlik Teleqraf" qəzetində siyasət şöbəsinin redaktoru olub.
İlk kitabı 2011-ci ildə çap olunub. "Bozqırdan uçurama" adlı kitab şeir və hekayələrdən ibarətdir.
2016-cı ildən etibarən İstanbul şəhərində yaşayır. Burada jurnalistika ilə yanaşı Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixi ilə bağlı araşdırmalara başlayıb. Türkiyə arxivlərindən, mühacir ailələrin varislərinin şəxsi arxivlərindən, müstəqil hərraclardan Azərbaycan tarixinə aid sənədlər, materiallar toplayıb.
2016-cı ildə Azərbaycan Cümhuriyyəti tarixinin tarixi şəxsiyyətləri haqqında "Fərqlilər" kitabını[2], 2017-ci ildə Azərbaycan aydınlarının mühacirət tarixi ilə bağlı yazılmış "Mühacirlərin dönüşü"[3] kitabını çap etdirib.
2018-ci ildə Yusif İlhamoğlu ilə birlikdə "Çapar" aylıq tarix jurnalını təsis edib[4]. 2018-ci il dekabrın 24-də çıxan jurnalın ilk sayı Azərbaycan Cümhuriyyəti Parlamentinin yüz illiyinə ithaf edilib[5]. Jurnalın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru isə Dilqəm Əhməddir[4].
Azərbaycan Xalq Cümhuriyyəti və mühacirəti tarixi ilə bağlı arxiv materialları toplayır, sərgilər keçirir. 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin yüz illiyində müxtəlif universitetlərdə və təşkilatlarda Azərbaycan Cümhuriyyəti ilə bağlı 23 sərgi təşkil edib.
Ədalət Tahirzadə ilə birlikdə yazdığı "Azərbaycan Cümhuriyyəti" kitabı 2020-ci ildə İsveçin "Sivart Förlag" nəşriyyatında isveç dilində nəşr olunub[6]. Kitabı isveç dilinə Səadət Kərim çevirib. Sonralar kitab dan, rus, ingilis dillərində də nəşr olunub.
2023-cü il 11–15 yanvar tarixlərində baş redaktoru olduğu "Çapar" jurnalının təşkilatçılığı ilə Bakıda I Turan Kitab Festivalı keçirlib[7].
Kitabları
redaktə- Bozqırdan uçuruma (hekayələr və povest, 2011)
- İmtina (roman, 2012)
- Kabil'den Bakü'ye sevgi metaformozu (şeirlər, 2014, türkcəyə çevirən: İmdat Avşar)
- Muza (şeirlər, 2014)
Elmi-populyar:
- Tək dahi (məqalələr toplusu, 2014)
- Fərqlilər (məqalələr toplusu, 2015; ikinci nəşri, 2018)
- Əlisa Nicat-80 (yazılar, müsahibələr, fikirlər, Bakı, 2016)
- Emin Abid (Gültekin) – Buzlu Cehennem (İstanbul, 2018)
- Almas İldırım xatirələrdə (Bakı, 2017)
- Mühacirlərin dönüşü (məqalələr toplusu, 2017; II nəşri, 2018)
- Bir ildən yüz ilə (məqalələr toplusu, 2018)
- Ergenekon bayramı. Mühacirlərin Novruzu (Bakı, 2019)
- Əhməd bəy Ağaoğlu. Şuşa, Peterburq və Paris xatirələri: Atatürkə iki məktub (2019)
- Milliyyəti: Türk (məqalələr toplusu, 2019; ikinci nəşri, 2022)
- Mühacirlərin mirası (məqalələr toplusu, 2020)
- Azərbaycan Cümhuriyyəti (Prof.Dr. Ədalət Tahirzadə ilə birgə, Bakı, 2020)
- Ədalət Tahirzadə 70 (təbriklər, xatirələr, məqalələr, Bakı, 2021)
- Beriya müəmması (Ruslan Rəhimovla birgə, Bakı, 2022)
- Sənin Abo. Əbdürrəhman Fətəlibəyli Düdənginskinin məktubları (2022);
- Cümhuriyyət xatirələri (Bakı, 2022)
- Rəsulzadə xatirələri (Bakı, 2022)
- Azərbaycan mühacirət biblioqrafiyası (Bakı, 2022)
- Mustafa Vəkiloğlu – Məqalələr, məktublar (Bakı, 2023)
- Son mənzili İstanbul olan azərbaycanlılar (Bakı, 2024)
Mükafatları
redaktə- — 2019-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib[8].
- 2018-ci ildə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun “Azərbaycan Demokratik Respublikası 100” medalı ilə təltif edilib.
- 2019-cu il iyulun 22-də Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına görə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən "Həsən bəy Zərdabi mükafatı"-na layiq görülüb[9].
İstinadlar
redaktə- ↑ Şəlalə Hümmətli. ""Cümhuriyyət muzeyi açmaq istəyirəm" – Dilqəm Əhməd" (az.). vetenim.info. 2018-09-16. 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ "Fərqlilər" (az.). TEAS Press Nəşriyyat evi. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ "Mühacirlərin dönüşü" (az.). TEAS Press Nəşriyyat evi. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ 1 2 "Cümhuriyyətin 100 illiyinə həsr olunmuş "Çapar" dərgisi çap edildi" (az.). edebiyyatqazeti.az. 2018-12-24. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.
- ↑ "Parlamentin 100 illiyinə həsr olunan dərgi - "Çapar"" (az.). parafr.az. 2018-12-27. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.
- ↑ ""Kiçik xalqları qorumağa hazırıq" - İsveç səfirinin Topçubaşova vədi" (az.). teleqraf.com. 2018-06-04. 2018-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.
- ↑ Türkan Bəşir. "Bakıda "Turan Kitab Festivalı" keçirilib" (az.). Amerikanın Səsi. 2023-01-15. 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.
- ↑ Dilqəm Əhməd. "Cümhuriyyət ili və medalı..." (az.). axar.az. 2019-07-12. Archived from the original on 2022-12-28. İstifadə tarixi: 2022-12-28.
- ↑ "Həsən bəy Zərdabi mükafatı sahiblərinə təqdim olundu" (az.). ayna.az. 2019-07-22. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.