Dinlerin Birliyi Behailikde - Wikipedia
Dinlərin birliyi Bəhai dinində əsas prinsiplərdən biridir və iddia olunur ki, dünya dinləri fundamental olaraq birdir.[1] Bu prinsipə əsasən dünya dinlərinin təlimləri eyni İlahi Qüvvə tərəfindən irəlilədilən vahid planın parçalarıdır.[2] Bu təlim, Bəhai dinində "Allahın birliyi" və "bəşəriyyətin birliyi" ilə yanaşı əsas təlimlərindən biridir.[3]
Bəhai təlimlərinə görə, Allahın ancaq bir dini var və bu din bəşəriyyət yetkinləşdikcə və anlayış səviyyəsi artıqca Allah tərəfindən insanlığa peyğəmbərlər vasitəsilə tədricən açılır. Bəhai yazılarına görə, dini təlimlər arasındakı zahiri fərqlər ona görədir ki, vəhylər dövrün və ərazinin şəraitinə uyğun nazil edilib.[4]
Bəhai yazılarına görə, Məzhərlərin (Peyğəmbərlərin) mahiyyəti iki tərəflidir: insani və ilahi. İlahi tərəf onunla bağlıdır ki, onların hər biri eyni Allah tərəfindən göndərilir və Allahın təlimlərini bəyan edirlər. Bu baxımdan onların hamısı sanki eyni və birdir. Bununla belə onların hər biri fərqli şəxsiyyətlərdir və fərqli adlarla tanınıblar. Hər biri müəyyən missiya ilə gəlir və hər birinin ilahi vəhydə öz payı vardır.
Bəhai dininin peyğəmbəri Bəhaullah iddia edir ki, Budda, İsa, Məhəmməd kimi ilahi tərbiyəçilərdən sonra, bu dövr üçün Allahın peyğəmbəridir, lakin ümumiyyətlə sonuncu deyil.
Dinlərin birliyi
redaktəBəhai təlimlərinə görə din eyni Allah tərəfindən müxtəlif peyğəmbərlər vasitəsilə müxtəlif dövrlərdə, fərqli ərazilərdə tədricən vəhy olunub. Beləliklə, Bəhai təlimləri qəbul edir ki, dinin təməli eynidir və fərqli dinlər Allahın tək dininin tarix boyu olan mərhələləri və sabit təkamülünün göstəriciləridir.[5]
Proqressiv vəhy barədə Bəhai konsepsiyası vurğulayır ki, Allah öz İradəsini insanlığa peyğəmbərlər vasitəsilə vəhy etməkdə müntəzəm və periodikdir. Bəhai lüğətində peyğəmbər sözü əvəzinə daha çox Məzhər sözü istifadə olunur. Məzhərlər insanlarla əhd qurur və dini təlim ortaya çıxarırlar. Bəhai yazılarına əsasən, vəhy prosesi heç vaxt kəsilmir,[6] davamlı və ardıcıl dinlərin ümumi mövzuları Allahın Məzhərləri tərəfindən təkmilləşdirmə tendensiyası üzrə yaradılır və Allahın hər Məzhəri əvvəlki ilə müqayisədə daha böyük ölçüdə "ilahi həqiqət" gətirir.[7] Məzhərlər tərəfindən açılan bu vəhylər arasındakı fərqlər Məzhərlərin xüsusiyyətlərinə ilə yox, bəzi dünyəvi, ictimai və insan faktorları ilə bağlıdır.[7] Bu fərqlər Məzhərlərin gəldiyi dövrün şəraiti və insanlığın ruhani qabiliyyəti ilə bağlıdır.[7] Bəhai təlimlərində bildirilir ki, dini təlimlərin müəyyən aspektləri mütləq olması ilə yanaşı, bəzi aspektləri də nisbidir; məsələn, bütün dini təlimlərdə dürüstlük bəyənilir, oğurluq isə pislənir, lakin boşanma kimi müxtəlif sosial təsisatlarla bağlı hər dini təlimdə fərqli qanunlar ola bilər.[4] Dini təlimlər arasındakı bu cür fərqlər, Bəhai dininə görə, zəruri olub, çünki insanlıq yavaş-yavaş və mərhələli olaraq birliyin ailə formasından tayfalara, daha sonra xalqlara doğru təkamül edib.[7]
Dini həqiqət onu qəbul edənə münasibətdə nisbidir, mütləq deyil; Peyğəmbərlərlər hər bir peyğəmbər tərəfindən yenilənən əbədi əxlaqi və ruhani həqiqətləri elan etməklə yanaşı, həmin vəhyləri bəşəriyyətin həmin peyğəmbərin vaxtındakı özünəməxsus ruhi və maddi təkamülünü əks etdirməsi üçün dəyişirdilər. Bəhai baxışına görə, insanlığın ruhani potensialı və həssaslığının yüksəlməsinə müvafiq olaraq ruhani həqiqətlərin izahı da tədricən dəyişmişdir.[7]
Peyğəmbərlərin birliyi
redaktəBəhai dinində "peyğəmbər" sözünün yerini "Allahın məzhəri" kəlməsi tutur. Allahın məzhərləri insan mənəviyyatının və sivilizasiyanın inkişafı və kamilləşməsi üçün insanlar arasında ilahi sifətləri əks etdirən silsilə şəxslərdir.[8] Allahın məzhərləri insanlıq üçün Allahı tanımağa yeganə qapıdır və onlar Allahın sifətlərini fiziki dünyada əks etdirən mükəmməl güzgülərdir.[9] Bəhai təlimlərinə görə, insanlığın irəliləməsinin hərəkətverici qüvvəsi silsilə Allah məzhərlərinin gəlişi olmuşdur.[10]
Bəhai inancına görə, bütün Allah məzhərləri eyni Allahdandır və eyni ruhani və metafiziki təbiətə malikdi və onlar arasında mütləq bərabərlik var. Bəhaullah izah edir ki, Allahın məzhərləri və onların təlimləri arasındakı fərqlər ortaya çıxdıqları sivilizasiyanın dəyişən ehtiyacları və qabiliyyətləri ilə əlaqədardır, vaciblik və ya təbiətcə birinin digərindən fərqli mərhələdə olması ilə bağlı deyil.[11]
Allahın məzhərləri "bir və eyni" olmağı öyrədirdilər və öz aralarında isə həm birlik məqamı, həm də məxsusilik məqamları vardır.[8] Bu mənada Allahın məzhərlərinin hamısı Allah və onun bəndələri arasında vasitəçi olmaqla eyni məqsədi həyata keçirir və eyni funksiyanı yerinə yetirirlər. Bu yola Allahın hər məzhəri öz dövrünün insanlarının ehtiyac və mədəniyyətinlərinə uyğun dəyişikliklər etməklə Allah kəlamını izhar edir və eyni dini öyrədir. Bəhaullah yazır ki, əgər hər bir Allah məzhəri eyni ilahi sifətlərə malikdirlərsə, onların hər birinə əvvəlkilərin ruhani "qayıdış"ı kimi baxıla bilər. Allahın məzhərlərinin birliyi barədə Bəhai inancı eyni ruhun müxtəlif dövrlərdə və müxtəlif bədənlərdə yenidən dünyaya gəlməsini (reinkarnasiya) nəzərdə tutmur. Bəhai baxışına görə, Allahın müxtəlif məzhərlərinin hər biri ayrı şəxsdir və hər birinin ayrı individual reallıqları var idi. Onların birliyinin mənası budur ki, Allahın məzhərləri Allahın keyfiyyətərini eyni dərəcədə izhar etmiş və vəhy almışlar.[11]
Bütün Allah məzhərlərinin kimliyi bilinmir, lakin Bəhaullah və Əbdül-Bəha onlardan bir neçəsinin şəxsiyyətinə istinad etmişlər. Onlara daxildir: Adəm, Nuh, Krişna, Musa, İbrahim, Zərdüşt, Budda, İsa və Məhəmməd.[12] Bura Bab və Bəhaullah da daxil edilmişdir.[12] Beləliklə, dinlər tarixi hər bir Məzhərin öz dövrünə və coğrafiyasına uyğun gələn daha geniş və kamil vəhy nazil etdiyi silsilə periodlar və ya dövrlər olaraq şərh olunur.
Bəhailər insanın ruhani təkamül prosesində Bəhaullahın vəhyinin Allahın yol göstərməsində sonuncu mərhələ olmasını iddia etmirlər. Bəhai Yazıları əmin edir ki, 1000 ildən sonra Allahın başqa bir Məzhəri insanlığı növbəti pilləyə çıxartmaq üçün göndəriləcək.[13][14]
Relyativizm
redaktəBəhai dininin təməl prinsiplərindən biri budur ki, ruhani həqiqət mütləq yox nisbidir. Müxtəlif dünya dinlərinin təlimləri həqiqətin müxtəlif üzləridir.[15]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. pp. 124–125. Cambridge: Cambridge University Press". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 82. San Francisco: Harper & Row". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 73. San Francisco: Harper & Row". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ 1 2 "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. p. 109. Cambridge: Cambridge University Press". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. p. 108. Cambridge: Cambridge University Press". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
- ↑ "Smith, Peter (2000). A concise encyclopedia of the Bahá'í Faith. pp. 276–277. Oxford: Oneworld Publications". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-05.
- ↑ 1 2 3 4 5 "Lundberg, Zaid (May 1996). Baha'i Apocalypticism: The Concept of Progressive Revelation. Department of History of Religion at the Faculty of Theology, Lund University". 2010-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-05.
- ↑ 1 2 "Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. monograph 9: 1–38". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
- ↑ "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 118. San Francisco: Harper & Row". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
- ↑ "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 115. San Francisco: Harper & Row". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
- ↑ 1 2 "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. pp. 116–117. San Francisco: Harper & Row". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
- ↑ 1 2 "Smith, Peter (2000). A concise encyclopedia of the Bahá'í Faith. p. 231. Oxford: Oneworld Publications". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-05.
- ↑ "Hatcher, W.S.; Martin, J.D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. p. 128. San Francisco: Harper & Row". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
- ↑ "McMullen, Michael D. (2000). The Baha'i: The Religious Construction of a Global Identity. p. 7. Atlanta, Georgia: Rutgers University Press". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
- ↑ "Smith, Peter (2000). "metaphysics: relativism". A Concise Encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. p. 245". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-05.